Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 21

What Is Bethel?

What Is Bethel?

ABŞ, Bədii tərtibat şöbəsi

Almaniya

Keniya

Kolumbiya

Bet-El ibrani dilindən tərcümədə «Allahın evi» deməkdir (Yaradılış 28:17, 19). Yehovanın Şahidlərinin təbliğ fəaliyyətinə nəzarət edən və dünyanın müxtəlif yerlərində yaradılan idarələr, yaxud filiallar Bet-El adlanır. Mərkəzi idarə ABŞ-ın Nyu-York ştatında yerləşir. Rəhbərlik Şurası buradan bütün Bet-Ellərin fəaliyyətinə nəzarət edir. Bet-Eldə xidmət edənlər bir ailə kimi, bir yerdə işləyir, bir yerdə yaşayır, bir süfrə arxasında yemək yeyir və birlikdə Müqəddəs Kitabı öyrənirlər (Məzmur 133:1).

Fədakar ailə. Bet-Eldə xidmət edənlər özlərini Allahın işinə həsr ediblər və bunun üçün əllərindən gələni əsirgəmirlər (Matta 6:33). Bu bacı-qardaşlar maaş almırlar, lakin onlar otaqla, yeməklə və müəyyən məbləğdə xərcliklə təmin olunurlar. Bet-Eldə hər kəsin öz işi var, kimisi ofisdə, kimisi mətbəxdə, kimisi yeməkxanada işləyir. Başqaları isə mətbəədə, cildləmə emalatxanasında, camaşırxanada, təmizlik və texniki xidmət şöbələrində və sairə sahələrdə çalışırlar.

Müjdəçilik işinin dirəyi. Bütün dünyadakı Bet-Ellər insanları Müqəddəs Kitab barədə maarifləndirmək məqsədinə xidmət edir. Bu kitabça da buna bir nümunədir. Kitabça Rəhbərlik Şurasının nəzarəti altında yazılmış, sonra elektron formatda bütün dünyada olan tərcümə qruplarına göndərilmişdir. Daha sonra Bet-El mətbəələrində yüksək sürətli çap maşınlarında dərc olunmuş və sayı 100 000-dən çox olan yığıncaqlara göndərilmişdir. Bu kitabçanın ərsəyə gəlməsində xidməti olan bütün Bet-El ailələri ən vacib işə — müjdəçilik işinə böyük töhfə vermişlər (Mark 13:10).

  • Bet-Eldə kimlər xidmət edir? Onlar nə ilə təmin olunurlar?

  • Bet-El ailəsi hansı vacib işi dəstəkləyir?

Əlavə məlumat

Videorolik: Yehovanın Şahidlərinin ümumdünya təbliğ kampaniyası

Nəyə görə yüzlərlə dildə həyata keçirilən bu işə milyardlarla saat sərf olunur?