Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 13

Müjdəçilik işində öndə gedənlər

Müjdəçilik işində öndə gedənlər

Kanada

Evdən-evə təbliğ

Müqəddəs Kitab dərsi

Şəxsi mütaliə

Tanınmayan yerlərə birinci daxil olan, başqaları üçün yol açan adama «pioner» deyilir. Bu sözləri İsa peyğəmbərə də şamil etmək olar. Allah onu yer üzünə göndərmişdi ki, insanlara həyat yolunu öyrətsin və onlar üçün nicat yolu açsın (Matta 20:28). Müasir dövrdə İsanın davamçıları da vaxtlarını əsirgəmədən şagird hazırlayırlar (Matta 28:19, 20). Yehovanın Şahidlərindən bəziləri pioner kimi xidmət edirlər. Bu, nə deməkdir?

Tammüddətli müjdəçi. Yehovanın Şahidlərinin hamısı xoş xəbərin müjdəçiləridir. Bununla belə, bəziləri işlərini elə qururlar ki, hər ay 70 saat təbliğ edə bilsinlər. Bunlar daimi pioner adlanırlar. Adətən, daimi pionerlər elə iş tapmağa çalışırlar ki, xidmətə vaxtları çox qalsın. Yehovanın Şahidlərindən bəziləri isə təbliğçilərə tələbat olan yerlərə xüsusi pioner təyinatı alırlar. Onlar ayda ən azı 130 saat təbliğ edirlər. Bu tammüddətli müjdəçilər sadə həyat sürürlər. Onlar əmindirlər ki, Yehova Allah onları heç nəyə möhtac qoymayacaq (Matta 6:31—33; 1 Timoteyə 6:6—8). Yehovanın Şahidləri arasında bu qədər təbliğ etməyə imkanı olmayanların bəziləri köməkçi pioner kimi xidmət edirlər. Onlar ayda ya 30, ya da 50 saat təbliğ edirlər.

Allaha və insanlara məhəbbətin izharı. İsa peyğəmbərin dövründə insanlar Allahdan uzaq düşmüşdü və gələcəyə heç bir ümidləri yox idi. Bu gün də vəziyyət eynidir (Mark 6:34). Ancaq biz insanlara kömək edə bilərik, çünki Allah haqqında biliyə sahibik. Bu bilik isə artıq indidən insanları zülmətdən işığa çıxarıb onlara ümidli gələcək bəxş edə bilər. Tammüddətli müjdəçilər insanları sevdikləri üçün vaxtlarını, güclərini əsirgəmir, onlara xoş xəbəri çatdırırlar (Matta 22:39; 1 Salonikililərə 2:8). Bunun xeyrini onlar özləri də görürlər, belə ki, onların imanı möhkəmlənir, Allaha daha da yaxınlaşır və xoşbəxtlik duyurlar (Həvarilərin işləri 20:35).

  • Pioner xidməti nədir?

  • Nə üçün Yehovanın Şahidlərindən bəziləri tammüddətli xidmət edirlər?

[Çərçivə və şəkil: səhifə 16]

PİONERLƏR ÜÇÜN MƏKTƏBLƏR

Ən azı bir il xidmət etmiş daimi pionerlər Pioner Xidməti Məktəbində iki həftəlik təlim alırlar. Müəyyən tələblərə cavab verən və ehtiyac olan yerdə xidmət etmək istəyən subay qardaşların iki ay davam edən Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbində təlim almaq imkanı var. Nümunəvi ər-arvadlar üçün də məktəb təsis olunub. Onlar Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbində təlim ala bilərlər. Bu məktəblərdə aldıqları təlim sayəsində bu bacı-qardaşlar xidmətlərini tam yerinə yetirə bilirlər (2 Timoteyə 4:5).

Əlavə məlumat

Pioner xidməti Allahla münasibətlərimizi möhkəmləndirir

Pioner xidmətinin Allahla münasibətimizi möhkəmləndirdiyini göstərən səkkiz üsulu araşdır. Bu dəyərli xidməti davam etdirməyə sənə nə kömək edə bilər?