Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 14

Xüsusi təyinatlı müjdəçilər

Xüsusi təyinatlı müjdəçilər

Vətənlərində

Gilead Məktəbində

Panamada bir ailə ilə dərs keçərkən

Bu gün minlərlə Yehovanın Şahidi xoş xəbəri müjdələmək üçün öz ev-eşiyini qoyub başqa ölkəyə gedir. Onlar da Yeşaya peyğəmbər kimi: «Mən buradayam. Məni göndər», — deyirlər (Yeşaya 6:8). Həmçinin bu bacı-qardaşlar Allahdan xüsusi tapşırıq almış İsa Məsihin gözəl nümunəsini təqlid edirlər (Yəhya 7:29).

İsanın izləri ilə gedirlər. Allah İsa Məsihi yer üzünə, günahlı insanların arasına göndərmişdi. İsa yer üzündə ədalətsizliyin hökm sürdüyünü görürdü, ancaq çevriliş etməyə çalışmırdı, bütün diqqətini Allahın Padşahlığını müjdələməyə yönəldirdi. O bilirdi ki, insanların problemlərini yalnız Allahın Padşahlığı həll edə bilər (Luka 4:43). Xüsusi təyinatlı müjdəçilər də İsadan nümunə götürürlər.

Sadə həyat sürürlər. Xüsusi təyinatlı müjdəçilər yeni şəraitə, yad mədəniyyətə, iqlimə, yeməyə öyrəşməli, yerli əhalinin dilini öyrənməli olurlar. Bəzən ucqar ərazilərə getmək üçün o qədər də rahat olmayan nəqliyyat növlərindən istifadə edirlər. İnsanları sevmədən bu cür fədakarlıq göstərmək qeyri-mümkündür.

Lazımi təlim alırlar. Xüsusi təyinatlı müjdəçilərin çoxu beş ay Gilead Məktəbində təlim alır. Bu müddət ərzində onların Yehova Allaha, Onun Kəlamına və təşkilatına etibarı artır (Süleymanın məsəlləri 3:5, 6). Həmçinin özlərində Allaha məqbul keyfiyyətlər tərbiyə edir və bacarıqlara yiyələnirlər. Bu keyfiyyətlər onlara həyatda, bacarıqlar isə daha yaxşı təlim verməkdə gərəkli olur. Beləcə, bu müjdəçilər Allahın Kəlamını «yerin ucqarlarınadək» yaymağa hazır olurlar (Həvarilərin işləri 1:8).

  • Xüsusi təyinatlı müjdəçi nəyə hazır olmalıdır?

  • Bu xidmət üçün hansı məktəb təsis olunub?

Əlavə məlumat

Padşahlığın xidmətçilərinin aldığı təlim

Teokratik məktəblər Padşahlığın xidmətçilərinə öz məsuliyyətlərini yerinə yetirməyə necə kömək edir?