Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 7

Görüşlərimiz necə keçir?

Görüşlərimiz necə keçir?

Yeni Zelandiya

Yaponiya

Uqanda

Litva

İsa peyğəmbərin erkən davamçıları yığıncaqda dua edir, Müqəddəs Yazıları oxuyub müzakirə edir və Allahı nəğmələrdə tərənnüm edirdilər. O görüşlərdə heç bir ritual ayinlər icra olunmurdu (1 Korinflilərə 14:26). Bugünkü yığıncaqlar da buna bənzər tərzdə keçir.

Allahın Kəlamı tədris olunur və aktuallığı göstərilir. Həftənin axırı iki hissədən ibarət görüş keçirilir. Açıq məruzə adlanan birinci hissədə Müqəddəs Kitaba əsaslanan 30 dəqiqəlik məruzə söylənilir. Məruzədə Allahın Kəlamındakı öyüdlərin faydasından və onun yaşadığımız zəmanədə nə dərəcədə aktual olduğundan danışılır. Hamı oxunan ayələri izləyir. Məruzədən sonra «Gözətçi qülləsi» müzakirəsi başlayır və bir saat ərzində dinləyicilərin iştirakı ilə «Gözətçi qülləsi» jurnalının təlim nəşrindən bir məqalə müzakirə olunur. Bu məqalələr bizə kömək edir ki, addımlarımızı Allahın Kəlamını rəhbər tutaraq ataq. Bütün dünyada sayı 100 000-dən çox olan yığıncaqlarda eyni material keçirilir.

Təlim bacarıqlarına yiyələnirik. Həftənin ortası üç hissədən ibarət başqa bir görüş keçirilir. Birinci hissə 30 dəqiqə sürən Yığıncağın Müqəddəs Kitab öyrənməsidir. Görüşün bu hissəsi müzakirə şəklində keçir və Müqəddəs Yazılardakı prinsiplər və peyğəmbərliklər dərindən araşdırılır. Ondan sonra 30 dəqiqəlik Teokratik Xidmət Məktəbi başlanır. Əvvəlcə Müqəddəs Kitabdan hamının qabaqcadan oxuduğu fəsillər müzakirə olunur. Sonra məktəbə yazılan şagirdlər qısa nitq və səhnəciklər vasitəsilə müəyyən mövzuları açıqlayırlar. Məktəbin təlimatçısı şagirdlərə oxu və danışıq qabiliyyətlərini təkmilləşdirmək üçün məsləhət və tövsiyələr verir (1 Timoteyə 4:13). Axırıncı hissə, Xidməti görüş 30 dəqiqə davam edir. Burada nitqlər, kiçik səhnəciklər və müsahibələr vasitəsilə Allahın Kəlamını tədris etməyi öyrənirik.

Biz əminik ki, görüşlərimizə gəlsəniz, orada eşidəcəyiniz proqram sizin çox xoşunuza gələcək (Yeşaya 54:13).

  • Yehovanın Şahidlərinin görüşləri necə keçir?

  • Hansı görüşdə iştirak etmək istəyərdiniz?

Əlavə məlumat

İbadət görüşlərimiz necə keçirilir?

Gəlin, öz gözünüzlə görün.

Yehovanın Şahidlərinin yığıncaqları necə təşkil edilib?

Yığıncaq vasitəsilə rəhbərlik və təlimatları necə aldığımızı bilmək istəyirsinizsə, buyurun, öyrənə bilərsiniz.