Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 23

Nəşrlərimizin hazırlanması

Nəşrlərimizin hazırlanması

ABŞ, Yazı şöbəsi

Cənubi Koreya

Qafqaz

Burundi

Şri-Lanka

Allahın Kəlamındakı xoş xəbər «hər millətə, qəbiləyə, dilə və xalqa» bəyan edilməlidir. Elə bu məqsədlə biz altı yüzdən çox dildə nəşrlər dərc edirik (Vəhy 14:6). Sözsüz ki, bu iş asan başa gəlmir. Bu işə müxtəlif ölkələrdən olan yazıçılar və təxminən 3000 tərcüməçi əmək qoyur. Onların hamısı Yehovanın Şahididir.

Mətn ingilis dilində yazılır. Rəhbərlik Şurası mərkəzi idarədə yerləşən Yazı şöbəsinin fəaliyyətinə nəzarət edir. Bu şöbə isə mərkəzi idarədə və filialların bəzilərində xidmət edən yazıçıların işini idarə edir. Yazıçıların başqa-başqa mənşələrdən olması sayəsində nəşrlərimizdə müxtəlif xalqların mədəniyyətinə aid mövzular dərc edilir. Bununla da nəşrlərimiz hamı üçün maraqlı olur.

Mətn tərcüməçilərə göndərilir. Hazır mətn redaktə edildikdən və Rəhbərlik Şurası tərəfindən təsdiq olunduqdan sonra elektron formatda bütün tərcümə qruplarına göndərilir. Tərcüməçilər mətni tərcümə edirlər. Bu mərhələdə tərcümə olunmuş mətnin dəqiqliyi və təbiiliyi də yoxlanılır. Tərcüməçilər ingilis mətnindəki fikirləri tam dolğunluğu ilə ana dillərində verməkdən ötrü düzgün sözlər tapmağa çalışırlar (Vaiz 12:10).

Kompüterlərin faydası. Düzdür, kompüter yazıçıları və tərcüməçiləri əvəz edə bilməz, amma onun faydasını da danmaq olmaz. Elektron lüğətlər, axtarış proqramları və başqa vəsaitlər işin sürətini xeyli artırır. Yehovanın Şahidləri tərəfindən yaradılan çoxdilli elektron fotoyığı sistemi (MEPS) sayəsində mətn yüzlərlə dil qrafikasında yazılır, şəkillərlə bərabər yığılır və çapa hazırlanır.

Bəli, biz bu işdən ötrü güc-qüvvəmizi əsirgəmirik. Çalışırıq ki, nəşrlərimiz hətta bir neçə min adamın danışdığı dildə də dərc olunsun. Axı Yehova Allah istəyir ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Timoteyə 2:3, 4).

  • Nəşrlərimizin yazılması barədə nə demək olar?

  • Nəyə görə nəşrlərimiz çoxlu dillərə tərcümə olunur?

Əlavə məlumat

Müxtəlif dillərdə musiqisi eyni olan mahnılar

Mahnının sözlərini çoxlu dillərə tərcüməsi zamanı hansı çətinliklərin yarandığını bilmək istəyirsinizsə, buyurun öyrənə bilərsiniz.