Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 25

İbadət yerləri. Onların inşası və məqsədi

İbadət yerləri. Onların inşası və məqsədi

Boliviya

Nigeriya, əvvəl və sonra

Taiti

Yehovanın Şahidlərinin ibadət yerləri Padşahlıq zalı adlanır. Çünki burada Müqəddəs Kitabın və İsa peyğəmbərin təbliğinin əsas mövzusu olan Allahın Padşahlığı haqqında təlim verilir (Luka 8:1).

Saf ibadət məkanı. Allahın Padşahlığı haqqında müjdəçilik işi məhz buradan həyata keçirilir (Matta 24:14). Padşahlıq zallarının ölçüsü və quruluşu müxtəlif olur. Bununla belə, onların hamısı sadə tikilidir və çoxunda bir neçə yığıncaq görüş keçirir. Yığıncaqlar artdıqca Padşahlıq zallarına da tələbat artır. Bu səbəbdən son illərdə Yehovanın Şahidləri on minlərlə yeni ibadət binaları (orta hesabla günə beş bina) tikmişlər. Bu, necə mümkündür? (Matta 19:26).

İanələr hesabına tikilir. Padşahlıq zallarındakı ianə qutularından birinin üzərində Padşahlıq zallarının tikintisinə ianə yazılıb. Bu qutudan yığılan ianələr filiala göndərilir. Filial da ibadət binalarının tikilməsi, ya da hazır binaların rekonstruksiyası üçün yığıncaqlara faizsiz borc verir.

Könüllülər tərəfindən tikilir. Bir çox ölkələrdə Padşahlıq zallarının tikinti briqadaları təşkil olunmuşdur. Tikinti briqadası və başqa könüllülər ölkə daxilində bir yerdən başqa yerə gedərək tikinti layihələrinin həyata keçirilməsinə başçılıq edir və yerli Şahidlərə bu iş üçün lazımi bacarıqlar öyrədirlər. Başqa ölkələrdə müəyyən bölgə daxilində tikinti və bərpa işlərinə nəzarət etmək üçün Regional tikinti komitəsi yaradılmışdır. Bu komitədə xidmət edən ağsaqqallar tikinti sahəsində zəngin təcrübəyə malikdirlər. Onlar layihənin bütün mərhələlərində yığıncaqlara göstərişlər verir və bu layihədə çalışan peşəkar könüllülərin işinə nəzarət edir. Hər layihədə əsas işçi qüvvəsini yerli yığıncağın üzvləri təşkil edir. Onlar könüllü və can-dildən bu işdə iştirak edirlər. Bütün bunlar yalnız Yehovanın ruhunun və Onun xalqının fədakar əməyi sayəsində mümkün olur (Məzmur 127:1; Koloslulara 3:23).

  • Nəyə görə ibadət yerlərimiz Padşahlıq zalı adlanır?

  • Bütün dünyada Padşahlıq zallarının tikilməsi nəyin sayəsində mümkün olur?

Əlavə məlumat

İbadət görüşlərimiz necə keçirilir?

Gəlin, öz gözünüzlə görün.

Görüşlərimiz necə keçir?

Have you ever wondered what takes place at our meetings? You will no doubt be impressed by the quality of Bible education you can receive there.