Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 20

Rəhbərlik Şurası

Rəhbərlik Şurası

Birinci əsrdə rəhbərlik şurası

Rəhbərlik şurasından məktub

Birinci əsrdə Yerusəlimdə fəaliyyət göstərən rəhbərlik şurasına həvarilər və ağsaqqallar daxil idi. Bu qardaşlar bütün məsihçi yığıncaqlarının ruhani rifahından ötrü vacib qərarlar qəbul edirdilər (Həvarilərin işləri 15:2). Onlar hər hansı məsələ ilə bağlı qərar verməzdən əvvəl Allahın Kəlamını araşdırır və Allahın ruhunun göstərdiyi yolla gedirdilər (Həvarilərin işləri 15:25). Müasir dövrdə də Yehovanın Şahidlərinin Rəhbərlik Şurası onlardan örnək alır.

Allahın işini irəli aparırlar. Rəhbərlik Şurası Allahın Kəlamına dərin ehtiram bəsləyən məsh olunmuş qardaşlardan ibarətdir. Onlar təşkilati və ruhani məsələlərlə məşğul olurlar və bu sahədə çox zəngin təcrübəyə malikdirlər. Bu qardaşlar Allahın xalqına aidiyyəti olan vacib məsələləri müzakirə etmək üçün hər həftə iclas keçirirlər. Birinci əsrdə olduğu kimi, bu gün də Müqəddəs Kitaba əsaslanan göstərişləri yığıncaqlara ya məktublar, ya səyyar nəzarətçilər, ya da başqa qardaşlar vasitəsilə çatdırırlar. Bu da Allahın xalqı arasında birliyə və yekdilliyə səbəb olur (Həvarilərin işləri 16:4, 5). Rəhbərlik Şurası ruhani qidanın hazırlanmasına, təbliğ fəaliyyətinin irəliləməsinə və qardaşlara təyinat verilməsinə rəhbərlik edir.

Allahın ruhunun göstərdiyi yolla gedirlər. Rəhbərlik Şurasına Külli-İxtiyar Yehova və yığıncağın başı İsa Məsih istiqamət verir (1 Korinflilərə 11:3; Efeslilərə 5:23). Şura üzvləri özlərini Allahın xalqının başçısı hesab etmirlər. Onlar, eləcə də bütün məsh olunmuş məsihçilər İsanın «ardınca gedirlər» (Vəhy 14:4). Rəhbərlik Şurasındakı qardaşlar onlar üçün etdiyimiz dualara görə hamımıza minnətdardır.

  • Birinci əsrdə rəhbərlik şurasına kimlər daxil idi?

  • Bu gün Rəhbərlik Şurasının Allahın göstərdiyi istiqamətlə getdiyi nədən bəllidir?

Əlavə məlumat

Yehovanın Şahidlərinin banisi kimdir?

Nəyə görə Çarlz Teyz Rasselin yeni dinin əsasını qoymadığının səbəblərini öyrənin.