Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 10

Ailəvi ibadət nədir?

Ailəvi ibadət nədir?

Cənubi Koreya

Braziliya

Avstraliya

Qvineya

Ta qədimdən Yehova Allahın istəyi bu olub ki, ailə telləri möhkəm olsun və ailənin hər bir üzvü Onunla yaxın münasibət qursun. Bunun üçün ailə birlikdə vaxt keçirməlidir (Qanunun təkrarı 6:6, 7). Elə bu məqsədlə Yehovanın Şahidləri hər həftə vaxt ayırıb ailəliklə Allaha ibadət edirlər. Bu ibadətlər xoş ab-hava içində keçir, ibadət zamanı ailənin tələbatına uyğun ruhani mövzular müzakirə olunur. Ailəli olmayanlar da hər həftə ruhani mövzular seçib araşdırırlar. Bunun sayəsində onların Allahla münasibəti güclənir.

Yehova Allaha yaxınlaşmaq üçün gözəl imkan. «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Müqəddəs Kitabdan Yehovanın gözəl xüsusiyyətləri, nəcib işləri barədə öyrəndikcə Onu daha yaxşı tanıyır, özümüzü Allaha daha yaxın hiss edirik. Bunun üçün ailəvi ibadət gözəl imkan yaradır. Ailəvi ibadət keçirmək elə də çətin deyil. Əvvəldə ailəliklə Müqəddəs Kitabı oxuya bilərsiniz. Ailə üzvləri sıra ilə Müqəddəs Kitabı oxuya, sonra da hamı oxunan parçalardan nə öyrəndiyini söyləyə bilər. Bu işdə sizə Teokratik Xidmət Məktəbinin həftəlik cədvəlinin köməyi dəyə bilər.

Ailə tellərini möhkəmləndirmək üçün fürsət. Allahın Kəlamını ailəlikcə öyrənmək ərlə arvad, uşaqla valideyn arasında yaxşı münasibətə zəmin yaradır. İbadət elə xoş, elə mehriban ab-havada keçməlidir ki, ailənin hər bir üzvü bu günü səbirsizliklə gözləsin. Valideynlər ailəvi ibadət üçün «Gözətçi qülləsi» jurnalından və başqa nəşrlərdən uşaqlarının yaşına uyğun mövzu seçə bilərlər. Uşaqlarla məktəbdə qarşılaşdıqları çətinliklər barədə söhbət edib, onlara bu çətinlikləri dəf etməklə bağlı məsləhət verə bilərlər. Ailəvi ibadət vaxtı növbəti görüşdə oxunacaq nəğmələri də məşq etmək olar. İbadətdən sonra isə hamı çay süfrəsi ətrafında toplaşa bilər.

Hər həftə keçirilən ailəvi ibadət sayəsində ailənin hər bir üzvünün Allahın Kəlamına məhəbbəti artacaq. Yehova da onların zəhmətini yerdə qoymayacaq (Məzmur 1:1—3).

  • Nəyə görə ailəvi ibadət keçirmək vacibdir?

  • Valideynlər nə edə bilərlər ki, ailəvi ibadət hər kəs üçün xoş olsun?