Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 11

Böyük toplantılar

Böyük toplantılar

Meksika

Almaniya

Botsvana

Nikaraqua

İtaliya

Simasından sevinc, təbəssüm yağan insanları görürsünüz? Onlar səbirsizliklə gözlədikləri böyük toplantıya gəliblər. Bu mərasimlərin təməli qədim vaxtlardan qoyulub. Keçmişdə Allah xidmətçilərinə buyurmuşdu ki, ildə üç dəfə bir yerə toplaşsınlar (Qanunun təkrarı 16:16). Bu gün də bütün dünyada ildə üç dəfə böyük toplantılar keçirilir: xüsusi birgünlük konqres, rayon konqresi vilayət konqresi. Bu görüşlərin məqsədi nədir?

Qardaşlıq tellərini möhkəmləndirir. Qədim dövrdə israillilər böyük yığıncaqda Yehovanı mədh edirdilər. Biz də böyük toplantılarda Allaha birgə ibadət edirik (Məzmur 26:12; 111:1). Bu görüşlərdə biz ayrı-ayrı yığıncaqlardan, hətta başqa ölkələrdən gəlmiş dindaşlarımızla tanış oluruq. Nahar fasiləsi zamanı nahar etməklə yanaşı, bir-birimizlə söhbət edərək yeni dostlar qazanırıq (Həvarilərin işləri 2:42). «Bütün qardaşlığı» birləşdirən məhəbbəti bu toplantılarda hər kəs duya bilər (1 Peter 2:17).

Allahın yolunda irəliləməyə kömək edir. Qədimdə Allahın xalqına Onun kəlamından ayələr oxunub izah olunurdu. Bu, xalqın rifahına xidmət edirdi (Nehemya 8:8, 12). Bu gün biz də böyük toplantılarda Allahın Kəlamından təlim alırıq. Proqram Müqəddəs Kitabdan götürülmüş bir ayəyə əsaslanır, məruzələrdən, səhnəciklərdən və sairədən ibarət olur. Bütün bunlar bizə Allaha məqbul həyat sürməyə kömək edir. Sınaqlar qarşısında imandan dönməyən bacı-qardaşlarımızın həyatında baş verən hadisələri eşidəndə isə güc-qüvvət alırıq. Böyük toplantıların birində dramlar səhnələşdirilir. Bu dramlar Müqəddəs Kitabdakı hadisələri gözümüzün qarşısında canlandırır və bizə ibrətamiz dərslər verir. Belə toplantılarda həyatını Yehovaya həsr edənlər vəftiz olur.

  • Nəyə görə böyük toplantılar xüsusi mərasimdir?

  • Bu görüşlərdən siz necə bəhrələnə bilərsiniz?

Əlavə məlumat

Videorolik: Yehovanın Şahidlərinin illik konqresləri

Bu qədər insan bu görüşlərə nəyə görə yığışır? Videorolikdən bunun səbəbini öyrənə bilərsiniz.