Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 8

Yığıncağa müvafiq geyim

Yığıncağa müvafiq geyim

İslandiya

Meksika

Qvineya-Bisau

Filippin

Bu kitabçadakı şəkillərdən göründüyü kimi, Yehovanın Şahidləri görüşlərə səliqəli geyinib gəlirlər. Gəlin baxaq nəyə görə.

Allaha ehtiramımızı göstəririk. Düzdür, Allah insanın görünüşünə yox, onun ürəyinə baxır (1 Şamuel 16:7). Amma biz Allaha ibadət etmək üçün yığışanda geyimimiz Onun adına layiq olmalı və bacı–qardaşlarımıza hörmət etdiyimizi göstərməlidir. Tutaq ki, siz məhkəmədə hakim qarşısında durmusunuz. Bu zaman geyiminiz necə olardı? Çox güman ki, ona hörmətdən irəli gələrək geyiminizə fikir verərdiniz. Yehova Allah isə bütün dünyanın Hakimidir. Buna görə biz yığıncağa gedərkən Allaha və ibadət yerimizə layiq geyinməliyik (Yaradılış 18:25).

Əxlaq dəyərlərimizi əks etdiririk. Müqəddəs Kitabda yazılıb ki, mömin insanın geyimi ləyaqətli, abırlı və ədəb-ərkanlı olmalıdır (1 Timoteyə 2:9, 10). Bu o deməkdir ki, biz açıq-saçıq, əcaib, yöndəmsiz, səliqəsiz geyinməməliyik. Bununla belə, geyim məsələsində qarşımızda böyük seçim var. Bizim səliqəli, abırlı geyimimiz «Xilaskarımız Allahın təlimini bəzəyir» və Allaha şərəf gətirir (Titusa 2:10; 1 Peter 2:12). Beləliklə, yığıncağa müvafiq tərzdə geyinib gəlməklə Yehova Allahın yolu haqqında gözəl şəhadət veririk.

Düşünməyin ki, əgər müvafiq paltarınız yoxdursa, yığıncağa gələ bilməzsiniz. Şərt deyil ki, geyim bahalı və dəbdəbəli olsun, ən əsası təmiz və səliqəli olsun.

  • İbadət vaxtı geyimimizə nə üçün fikir verməliyik?

  • Geyimə və xarici görünüşə gəldikdə hansı prinsipi rəhbər tutmalıyıq?