Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 17

How Do Circuit Overseers Help Us?

How Do Circuit Overseers Help Us?

Malavi

Təbliğ xidməti görüşü

Evdən-evə təbliğ

Ağsaqqallarla görüş

İncildə tez-tez İsa peyğəmbərin davamçısı Barnabanın və həvari Pavelin adı çəkilir. Onlar bir növ səyyar nəzarətçi idilər, bir-bir yığıncaqlara baş çəkir, bacı-qardaşların imanını gücləndirirdilər. Məsələn, bir dəfə həvari Pavel qardaşların vəziyyətindən xəbər tutmaq üçün qayıdıb onlara baş çəkmək istəmişdi. O, yüzlərlə kilometr yol qət etməyə hazır idi ki, təki qardaşları imanda möhkəmləndirsin (Həvarilərin işləri 15:36). Bu gün səyyar nəzarətçilərin də məqsədi budur.

Bacı–qardaşları ruhlandırırlar. Səyyar nəzarətçilər dedikdə rayon nəzarətçisi vilayət nəzarətçisi nəzərdə tutulur. Rayon nəzarətçisi ildə iki dəfə təxminən 20 yığıncağa baş çəkir, hər yığıncağa ziyarəti bir həftə davam edir. Vilayət nəzarətçisi isə ildə təxminən 10 rayona (rayon özünə müəyyən sayda yığıncağı daxil edir) və yığıncaqlara baş çəkir, rayon konqreslərinə sədrlik edir. Yehovanın Şahidləri bu qardaşların təcrübələrindən və əgər evlidirlərsə, onların həyat yoldaşlarının nümunələrindən bəhrələnirlər. Bu qardaşlar və onların yoldaşları yığıncaqda həm cavanlarla, həm yaşlılarla tanış olur, onlarla birgə evdən-evə təbliğ edir və şagird hazırlamaq işində iştirak edirlər. Bundan başqa, səyyar nəzarətçilər ağsaqqallarla birgə bacı-qardaşları ziyarət edib ruhlandırırlar. Həmçinin yığıncaqlarda və böyük toplantılarda çıxışları ilə hamını möhkəmləndirirlər (Həvarilərin işləri 15:35).

Hamıya maraq göstərirlər. Səyyar nəzarətçilər yığıncağın vəziyyəti ilə yaxından maraqlanırlar. Onlar ağsaqqallarla və xidməti köməkçilərlə görüşüb yığıncağın nailiyyətlərini nəzərdən keçirir və bu qardaşlara məsuliyyətləri ilə bağlı məsləhətlər verirlər. Pionerlər də onların diqqətindən kənarda qalmırlar. Nəzarətçilər onlara xidmətdə püxtələşməyə kömək edirlər. Bu qardaşlar yığıncağa təzə gələnlərlə də maraqlanırlar, onlarla tanış olur, Allahın yolunda atdıqları addımlar barədə söhbət edirlər. Səyyar nəzarətçilər güclərini əsirgəmədən bizim xeyrimiz üçün zəhmət çəkir və bizimlə çiyin-çiyinə xidmət edirlər (2 Korinflilərə 8:23). Biz də onlar kimi möhkəm imana sahib olmalı, Allaha sadiq qalmalıyıq (İbranilərə 13:7).

  • Səyyar nəzarətçilər yığıncaqlara nəyə görə baş çəkirlər?

  • Bu ziyarətlərdən siz necə bəhrələnə bilərsiniz?

Əlavə məlumat

Böyük toplantılar

Each year, we meet together for three special events. How can you benefit from these gatherings?

How Do Jehovah’s Witnesses Organize Their Preaching Work?

We follow the pattern set by Jesus when he was on earth. What are some of these preaching methods?