Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 22

Bet-Ellərdə görülən iş

Bet-Ellərdə görülən iş

Solomon Adaları

Kanada

Cənubi Afrika

Hər Bet-El bir, yaxud bir neçə ölkədə görülən təbliğ işinə cavabdehdir. Orada müxtəlif şöbələr fəaliyyət göstərir. Bet-Eldə xidmət edən bacı-qardaşlar tərcümə işində, jurnalların çap edilməsində, kitabların cildlənməsində, onların anbarlara yığılmasında və audio-video məhsulların hazırlanmasında iştirak edirlər. Bundan başqa, Bet-Ellər nəzarət etdikləri bölgəylə bağlı məsələlərə də baxırlar.

Filial Komitəsinin işi. Rəhbərlik Şurası Bet-Ellərin işinə nəzarəti Filial Komitələrinə həvalə edib. Filial Komitəsi ən azı üç təcrübəli ağsaqqaldan ibarət olur. Komitə öz nəzarəti altında olan ölkələrdə fəaliyyətimizin gedişatilə, yaranan problemlərlə bağlı Rəhbərlik Şurasına məlumat verir. Bu məlumatın əsasında Şura gələcək nəşrlər, yığıncaqlar və böyük toplantılar üçün mövzular hazırlayır. Rəhbərlik Şurası Filial Komitəsinə tövsiyə və göstərişlər vermək üçün mütəmadi olaraq öz təmsilçisini, filiallar üzrə nəzarətçini filiallara göndərir (Süleymanın məsəlləri 11:14). Onun gəlişi ilə əlaqədar filialın cavabdeh olduğu ərazidə yaşayan bacı-qardaşlar üçün xüsusi görüş təşkil olunur, görüş zamanı filiallar üzrə nəzarətçi çıxış edir.

Yığıncaqlara dayaq. Bet-Eldəki məsul qardaşlar yeni yığıncaqların təsis olunmasını təsdiq edir və ağsaqqal, xidməti köməkçi təyinatlarına baxırlar. Qardaşlar həmçinin filial ərazisində xidmət edən pionerlərin, xüsusi təyinatlı müjdəçilərin, səyyar nəzarətçilərin fəaliyyətinə rəhbərlik edirlər. Bundan savayı, onlar böyük toplantılar təşkil edir, yeni ibadət yerlərinin inşasına və ədəbiyyatların yığıncaqlara çatdırılmasına nəzarət edir. Filialda görülən bütün işlər təbliğ fəaliyyətinin mütəşəkkil surətdə icra olunmasına xidmət edir (1 Korinflilərə 14:33, 40).

  • Filial Komitəsi Rəhbərlik Şurası ilə necə əməkdaşlıq edir?

  • Bet-Ellərdə hansı işlər görülür?