Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

Yol, həqiqət, həyat

Yol, həqiqət, həyat

Yəqin ki, xoş xəbər almağı xoşlayırsınız. Bizim sizə və doğmalarınıza xoş xəbərimiz var!

Bu xoş xəbər Müqəddəs Kitabda yazılıb. Kainatın Ulu Yaradanı Yehova Allah bu kitabı əsrlər öncə yazdırıb. Əlinizdəki nəşrdə əsasən Müqəddəs Kitabın dörd bölməsinə diqqət yetirilir. Bu bölmələrdə hər birimiz üçün xoş xəbər var. Allah bu bölmələri yazmağı mömin bəndələr olan Mətta, Mark, Luka və Yəhyaya buyurmuşdu. Bölmələr elə onların adını daşıyır.

Çoxları bu dörd bölməni dörd İncil, yaxud Müjdə adlandırır. Çünki onların dördündə də İsa peyğəmbər haqda müjdə və ya xoş xəbər var. Bu xoş xəbər Allahın onun vasitəsilə bəşəriyyəti xilas etməsi və Allahın səmavi Padşahlığının Padşahı kimi İsa Məsihin ona iman edənlərin hamısına əbədi nemətlər verəcəyi barədədir (Mark 10:17, 30; 13:13).

NƏYƏ GÖRƏ MƏHZ DÖRD MÜJDƏ?

Yəqin ki, sizə maraqlı gəlir, nəyə görə İsa Məsihin həyatı və təlimləri barədə yazmaq üçün Allah dörd nəfəri ilhamlandırıb?

İsa Məsihin sözləri və əməlləri barədə dörd müjdənin olması çox böyük üstünlükdür. Bunun doğruluğunu bir nümunə əsasında görmək olar. Təsəvvür edək ki, dörd nəfər bir məşhur müəllimin yanında durub. Müəllimin qarşısında duran adamın vergi idarəsi var. Sağında həkim, solunda isə balıqçı olan ən yaxın dostu durub. Arxada duran isə hamıdan cavandır, o, müşahidəçidir. Onların dördü də dürüst insanlardır, hər birinin fərqli-fərqli baxışları və məqsədləri var. Əgər hər biri müəlliminin danışdığı və etdiyi işlər haqda yazsa, çox yəqin ki, hərəsi müxtəlif təfsilatları və hadisələri vurğulayacaq. Onların baxışlarının və məqsədlərinin fərqli olduğunu yadda saxlayaraq, dördünün də yazdığı məlumatı oxumaqla müəllimin dediyi və etdiyi şeylər barədə tam təsəvvürümüz olacaq. Bu nümunə göstərir ki, Böyük Müəllim İsa Məsihin həyatı barədə dörd Müjdənin olmasının bizə böyük faydası var.

Gəlin nümunəni davam etdirək. Vergi idarəsi olan adam yəhudi mənşəli insanların ürəyinə yol tapmaq istədiyi üçün onlara maraqlı gələn təlimləri və hadisələri yazıb. Həkim xəstələrin və ya əlillərin şəfa tapmasını  vurğulayır, buna görə də vergiyığanın yazdığı hissələri buraxıb və ya onları başqa ardıcıllıqla qələmə alıb. Müəllimin yaxın dostu onun hisslərini və xüsusiyyətlərini təsvir edib. Cavan oğlan isə müəllimi haqda qısa və yığcam məlumat yazıb. Bununla belə, yazarların dördünün də qələmə aldığı məlumatlar tam dəqiqdir. Eynilə, İsa peyğəmbərin həyatı haqda dörd Müjdənin olması sayəsində biz onun fəaliyyəti, təlimləri və şəxsiyyəti barədə hər tərəfli öyrənə bilərik.

Bəzən insanlar «Məttanın İncili» və ya «Yəhyanın İncili» deyirlər. Belə demək səhv deyil, çünki hər birində İsa Məsih haqda müjdə var (Mark 1:1). Amma geniş mənada, İsa Məsih haqda əslində bir xoş xəbər var və bu haqda dörd müjdənin dördündə də oxumaq olar.

Allahın Kəlamını tədqiq edən bir çox insan Mətta, Mark, LukaYəhyanın Müjdələrindəki hadisələri və məlumatları müqayisə edib tutuşdurub. Məsələn, eramızın təxminən 170-ci ilində Tatyan adlı suriyalı bir yazıçı belə bir şey etməyə çalışmışdı. O, İsa Məsih haqda yazılan dörd Müjdənin Allahdan ilham aldığını və dəqiq olduğunu qəbul edirdi. O Müjdələrin dördünü həmahəng şəkildə birləşdirərək «Diatessaron» adlanan əsər meydana gətirmişdi.

Əlinizdə tutduğunuz bu kitab Tatyanın yazdığı kitaba bənzəyir, amma daha dəqiqdir və başa çatdırılıb. Bu, İsa Məsihlə bağlı bir çox peyğəmbərliklərin gerçəkləşməsinindediyi məsəllərin açıqlanmasının daha yaxşı başa düşməyimizin sayəsindədir. Bunun sayəsində onun dediyi sözlər və etdiyi işlər, habelə hadisələrin hansı ardıcıllıqla cərəyan etdiyi daha aydın olur. Arxeoloji tapıntılar da bəzi təfsilatlara və yazarların baxışlarına aydınlıq gətirir. Əlbəttə ki, hər bir hadisənin hansı ardıcıllıqla cərəyan etdiyini heç kim qətiyyətlə deyə bilməz. Ancaq «İsa peyğəmbər. Yol, həqiqət, həyat» kitabında hadisələrin ardıcıllığı ağlabatan və məntiqli şəkildə təqdim olunub.

YOL, HƏQİQƏT, HƏYAT

Bu kitabı oxuyarkən onun sizə və doğmalarınıza çatdırmaq istədiyi əsas fikri nəzərinizdə saxlayın. İsa Məsihin həvari Tomasa dediyi sözləri yadınıza salın: «Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6).

Bu kitab sizə İsa peyğəmbərin hansı mənada «yol» olduğunu başa düşməyə kömək edəcək. Yalnız onun vasitəsilə biz Yehova Allaha duada yaxınlaşa bilərik. Bundan əlavə, İsa Məsih bizi Allahla barışığa aparan yoldur (Yəhya 16:23; Romalılara 5:8). Üstəlik, biz yalnız onun vasitəsilə Allahın rəğbətini qazana bilərik.

İsa peyğəmbər «həqiqətdir». O, sözləri və əməllərilə Allah haqda həqiqəti mükəmməl şəkildə təzahür etdirirdi. O, çoxlu peyğəmbərlikləri yerinə yetirdi və onlar onun vasitəsilə «bəli» oldu (2 Korinflilərə 1:20; Yəhya 1:14). Bu peyğəmbərliklər İsa Məsihin Allahın niyyətinin gerçəkləşməsində əsas yer tutduğunu başa düşməyə kömək edir (Vəhy 19:10).

İsa peyğəmbər «həyatdır». Məsihin öz kamil bədənini və qanını bizim uğrumuzda qurban verməsi sayəsində bizim əsil həyata, yəni əbədi həyata qovuşmaq imkanımız var (1 Timutiyə 6:12, 19; Efeslilərə 1:7; 1 Yəhya 1:7). O həmçinin Cənnətdə əbədiyyən yaşamaq ümidilə dirilən insanlar üçün də həyat olacaq (Yəhya 5:28, 29).

Allahın niyyətində İsa peyğəmbərin oynadığı rolu hər birimiz dərk etməliyik. Arzumuz budur ki, yol, həqiqət və həyat olan İsa peyğəmbər barədə sevə-sevə öyrənəsiniz!

Əlavə məlumat

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.