Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 123

Peyğəmbər qəm-qüssə içində dua edir

Peyğəmbər qəm-qüssə içində dua edir

MƏTTA 26:30, 36—46 MARK 14:26, 32—42 LUKA 22:39—46 YƏHYA 18:1

  • İSA PEYĞƏMBƏR GETSEMANİ BAĞINDA

  • PEYĞƏMBƏRİN TƏRİ QAN DAMLALARI KİMİ YERƏ DÜŞÜR

İsa peyğəmbər sadiq həvariləri ilə dua edib qurtarır. Sonra onlar mədh nəğmələri oxuyub Zeytun dağına yollanırlar (Mark 14:26). Onlar şərq tərəfə, Getsemani adlı bağa gedirlər. İsa Məsih tez-tez oraya gedərdi.

Onlar zeytun ağacları ilə əhatə olunmuş bu gözəl yerə çatırlar. İsa Məsih səkkiz həvarisini orada qoyub yoluna davam edir. Ola bilsin, bu həvarilər bağın girişində qalırlar, çünki İsa Məsih onlara: «Siz burada oturun, mən isə gedim dua edim», — deyir. Həvari Butrusu, Yaqubu və Yəhyanı isə özü ilə götürüb bağa girir. İsa peyğəmbəri dərin kədər bürüyür. O, üç həvarisinə deyir: «Kədərim hədsizdir, dözülməzdir. Siz burada durun, mənimlə birgə oyaq qalın» (Mətta 26:36—38).

Sonra özü bir az irəliyə gedərək üzüqoylu yerə qapanıb dua etməyə başlayır. Bu çətin anlarında o, Allahdan nə diləyir? Peyğəmbər dua edir: «Ata, Sənin üçün hər şey mümkündür. Bu camı məndən uzaqlaşdır. Fəqət qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun» (Mark 14:35, 36). Bu, nə məna kəsb edir? O, canını fidyə olaraq qurban verməkdən boyun qaçırır? Xeyr, bu belə deyil!

Məsih göydə ruhani varlıq olarkən romalıların insanlara necə işgəncə verərək öldürdüklərini görmüşdü. İndi o, insandır və ağrının nə demək olduğunu bilir. Buna görə də qarşıda onu gözləyən əzabların həsrətini çəkmir. Amma onu ən çox başqa bir şey narahat edir. O, cinayətkar kimi ölməkdən və bununla da Allahın adına ləkə gətirməkdən qorxur. Çünki o, bir neçə saatdan sonra Allaha küfr danışmaqda ittiham olunub dirəkdə edam ediləcək.

Xeyli dua etdikdən sonra Məsih həvarilərinin yanına qayıdır və görür ki, onlar yatırlar. O, Butrusa baxıb deyir: «Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz? Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz». Lakin sarsıntı keçirdiklərini və artıq gecə olduğunu başa düşərək İsa Məsih onlara deyir: «Bəli, ruh şövqlü, cisim isə zəifdir» (Mətta 26:40, 41).

Sonra ikinci dəfə dua etməyə gedir və Allahdan «camı» ondan uzaqlaşdırmağı xahiş edir. Geri qayıdanda yenə də görür ki, həvarilər sınağa məruz qalmamaları barədə dua etmək əvəzinə, yatırlar. İsa Məsih danışanda onlar bilmirlər nə desinlər (Mark 14:40). Üçüncü dəfə də o gedir və diz çöküb Allaha dua edir.

Cinayətkar kimi öləcəyi və bu ölümün Atasının adına ləkə vuracağı onu çox narahat edir. Yehova Allah onun duasını eşidir və onu möhkəmləndirmək üçün mələyini göndərir. Amma o, bundan sonra da dua edir və daha da hərarətlə Allaha yalvarır. Peyğəmbər emosional cəhətdən çox gərgindir. Hətta onun təri qan damlaları kimi yerə düşür (Luka 22:44). Çünki onun çiynində böyük məsuliyyət yükü var. Axı söhbət həm özünün, həm də bütün imanlı insanların əbədi həyatından gedir!

İsa Məsih üçüncü dəfə həvarilərinin yanına qayıdanda görür ki, onlar yenə yatırlar. O deyir: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! İnsan Oğlunun günahlıların əlinə veriləcəyi saat yetişdi. Durun gedək. Xain yaxınlaşır» (Mətta 26:45, 46).

Əlavə məlumat

Nəyə görə İncildə deyilir ki, Allaha dua edərkən İsa Məsihin adını çəkmək lazımdır?

Nəyə görə Allaha duada İsa Məsihin adını çəkməklə onlara ehtiram bəsləmiş oluruq?