Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 65

Peyğəmbərin yol boyu verdiyi təlimlər

Peyğəmbərin yol boyu verdiyi təlimlər

MƏTTA 8:19—22 LUKA 9:51—62 YƏHYA 7:2—10

  • PEYĞƏMBƏRİN QARDAŞLARI ONA NECƏ YANAŞIR?

  • PADŞAHLIQ NAMİNƏ XİDMƏT ETMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

Bir müddət İsa peyğəmbər yalnız Cəlilədə təbliğ edir. Yəhudiyyədən fərqli olaraq, burada xoş xəbər daha yaxşı qarşılanır. Üstəlik, peyğəmbər Yerusəlimdə olarkən şənbə günü xəstə adamı sağaldanda «yəhudilər onu öldürmək üçün daha çox fürsət axtarmağa başladılar» (Yəhya 5:18; 7:1).

İndi eramızın 32-ci ilinin payız fəslidir, Çardaqlar bayramı yaxınlaşır. Bu bayram yeddi gün davam edir, səkkizinci gün isə təmtəraqlı yığıncaq keçirilir. Çardaqlar bayramı əkin-biçin ilinin bitdiyini göstərir. Bu vaxt hamı çox sevinir və minnətdarlıqlarını bildirirlər.

İsa peyğəmbərin ögey qardaşları Yaqub, Şimon, Yusif və Yəhuda ona: «Burada qalma, Yəhudiyyəyə get», — deyirlər. Yerusəlim ölkənin din mərkəzi sayılır. İldə üç dəfə keçirilən bayramlar zamanı bu şəhərdə ayaq basmağa yer olmur. Peyğəmbərin qardaşları bu səbəbdən deyirlər: «Məşhurlaşmaq istəyən adam gizlində iş görməz. Sən ki belə işlər görürsən, özünü niyə dünyaya tanıtmırsan?» (Yəhya 7:3, 4).

Əslində, İsanın bu dörd qardaşı onun Məsih olduğuna inanmırlar, amma istəyirlər ki, o, bayrama getsin və oradakı camaata onun xariqüladə qüdrətini görsün. Məsih bilir ki, bu təhlükəlidir. O deyir: «Dünya mənə nifrət edir, çünki mən onun işlərinin şər olduğuna şəhadət edirəm. Ancaq sizə nifrət etməsinə səbəb yoxdur. Siz bayrama gedin. Mən isə getmirəm, çünki mənim vaxtım hələ gəlməyib» (Yəhya 7:5—8).

Qardaşları camaatla getdikdən bir neçə gün sonra İsa peyğəmbər şagirdlərlə birgə heç kimin diqqətini cəlb etmədən gizlincə yola düşür. Adamların çoxu İordan boyu yolla gedir, amma İsa peyğəmbər şagirdləri ilə kəsə gedən yolu seçib Səməriyyənin içindən keçirlər. İsa peyğəmbər şagirdləri ilə Səməriyyədə qalmağa yer tapmalıdırlar. Buna görə də peyğəmbər hazırlıq görülsün deyə, qabaqda adamlarını göndərir. Amma oranın camaatı biləndə ki, onlar Yerusəlimə, yəhudilərin bayramını qeyd etməyə gedirlər, onları qəbul etmirlər. Yaqub və Yəhya qəzəblənərək deyir: «Ağa, istəyirsən deyək göydən alov gəlib bunları məhv etsin?» (Luka 9:54). İsa peyğəmbər onları belə bir təklif etdiklərinə görə məzəmmət edir. Sonra onlar başqa yerə gedirlər.

Yolda ikən bir mirzə İsa peyğəmbərə deyir: «Ustad, sən hara getsən, mən də sənin ardınca gedəcəyəm». Peyğəmbər cavab verir: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə, yeri yoxdur» (Mətta 8:19, 20). İsa peyğəmbər bununla mirzəyə göstərir ki, onun davamçısı olsa, müxtəlif çətinliklərlə üzləşəcək. Amma, görünür, mirzə qürurlu olduğu üçün bu cür yaşamağı özünə sıxışdırmır. Buna görə hər birimiz özümüzdən soruşmalıyıq: «İsa peyğəmbərin ardınca getməyə nə dərəcədə hazıram?»

İsa peyğəmbər başqa bir adama belə deyir: «Ardımca gəl». Həmin adam isə deyir: «Ağa, icazə ver, əvvəlcə gedim atamı dəfn edim». Peyğəmbər onun vəziyyətindən agah olduğu üçün ona göstəriş verir: «Qoy ölülər öz ölülərini dəfn etsinlər, sən isə get hər yerdə Allahın Padşahlığını təbliğ et» (Luka 9:59, 60). Görünür, bu adamın atası hələ sağdır. Əgər o ölmüş olsaydı, çətin ki, oğlu indi İsa peyğəmbərin yanında durub söhbət edərdi. Sadəcə bu adam həyatında Allahın Padşahlığını hər şeydən üstün tutmağa hazır deyil.

Yerusəlimə gedən yolda daha bir adam İsa peyğəmbərə deyir: «Ağa, sənin ardınca gedəcəyəm, amma icazə ver gedim əvvəl evdəkilərlə sağollaşım». Peyğəmbər cavab verir: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan adam Allahın Padşahlığına layiq deyil» (Luka 9:61, 62).

Kim İsa Məsihin davamçısı olmaq istəyirsə, bütün diqqətini Allahın Padşahlığının işlərinə yönəltməlidir. Əgər əkinçi həmişə irəli baxmırsa, onun açdığı şırım əyri-üyrü olacaq. İşdir, o geriyə baxmaq üçün əlindəki xışı yerə qoyarsa, iş ləngiyəcək. Eynilə də, kiminsə gözü geridə, bu köhnə zəmanədə qalarsa, o, asanlıqla əbədi həyat yolunu aza bilər.

Əlavə məlumat

İsa evli idi? İsanın doğma bacı-qardaşı var idi?

Müqəddəs Kitabda İsanın ailə vəziyyəti barədə konkret heç nə deyilmədiyi üçün biz onun evli olub-olmadığını haradan bilə-bilərik?