Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 49

Cəlilədə təlim və təbliğ işi

Cəlilədə təlim və təbliğ işi

MƏTTA 9:35—10:15 MARK 6:6—11 LUKA 9:1—5

  • İSA PEYĞƏMBƏR YENİDƏN CƏLİLƏNİ ZİYARƏT EDİR

  • PEYĞƏMBƏR HƏVARİLƏRİ TƏBLİĞ ETMƏYƏ GÖNDƏRİR

İsa peyğəmbər təxminən iki ildir ki, yorulmadan təbliğ edir. Yəqin o, indən belə öz xidmətini azaldıb dincələr. Amma yox, o, fəaliyyətini daha da genişləndirir. Peyğəmbər Cəlilənin şəhərlərini və kəndlərini qarış-qarış gəzməyə başlayır, sinaqoqlarda vəz edir, Padşahlıq haqqında müjdəni təbliğ edir, hər cür xəstəliyi və naxoşluğu sağaldır (Mətta 9:35). Bu səyahət zamanı gördüyü şeylər onu əmin edir ki, daha çox təbliğ etmək lazımdır. Bəs o, bunu necə edəcək?

İsa peyğəmbər hansı yerə gedirsə, ruhani cəhətdən yoxsul, təsəlliyə möhtac kütlələri görür. Çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıqdırlar. O, onların halına acıyır. Buna görə də şagirdlərinə deyir: «Bəli, məhsul bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin» (Mətta 9:37, 38).

İsa peyğəmbər bunu həll etməyin yolunu bilir. O, on iki həvarisini çağırır, onları iki-iki bölür və beləcə altı cüt müjdəçi alınır. Peyğəmbər onlara tapşırır: «Başqa xalqların yanına aparan yola çıxmayın və Səməriyyə şəhərlərinə girməyin. Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə: “Səmavi Padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin» (Mətta 10:5—7).

Onlar səmavi Padşahlıq haqqında təbliğ etməlidirlər. Nümunə üçün verdiyi duada İsa şagirdlərinə bu Padşahlıq haqqında danışmışdı. Bu Padşahlıq yaxınlaşıb, yəni Allahın təyin etdiyi Padşah, İsa Məsih onlarladır. Şagirdlər səmavi hökumətin nümayəndələri olduqlarını təsdiq edə bilsinlər deyə, Məsih onlara şəfa vermək və diriltmək qabiliyyəti verir. Həmçinin onlara tapşırır ki, bunu havayı etsinlər. Bəs şagirdlər öz ehtiyaclarını necə ödəyəcəklər, məsələn, yemək pulu haradan tapacaqlar?

İsa peyğəmbər şagirdlərinə deyir ki, təbliğə gedərkən maddi ehtiyacları üçün tədarük görməsinlər. Onlar özləri ilə qızıl, gümüş və ya mis pul, hətta heybə, dəyişək köynək, səndəl götürməməlidirlər. Görəsən niyə? Peyğəmbər onları əmin edir: «Zəhmətkeş yemək yeməyə layiqdir» (Mətta 10:10). Xoş xəbərə minnətdarlıqla hay verənlər onların əsas tələbatlarını ödəyəcəklər. O deyir: «Hansı evə girsəniz, o yerdən gedənə kimi həmin evdə qalın» (Mark 6:10).

Bunun ardınca İsa Məsih şagirdlərinə ev sakinləri ilə Padşahlıq haqqında söhbətə başlamağı öyrədir: «Bir evə girəndə ev sakinlərini salamlayın. Əgər o evdəkilər layiqli adamdırlarsa, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin, yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın. Hansı yerdə sizi qəbul etməsələr və ya sözünüzü dinləməsələr, o evdən, yaxud o şəhərdən çıxanda ayağınızın tozunu çırpın» (Mətta 10:12—14).

Bəlkə də, elə olacaq ki, şagirdlərin gətirdiyi xəbəri bütün şəhər və ya kənd qəbul etməyəcək. Bəs belə əraziləri nə gözləyir? İsa peyğəmbər deyir ki, onlar məhkum ediləcək. O, belə izah edir: «Əmin olun ki, Hökm günündə Sədum və Əmurə torpağının cəzası o şəhərinkindən yüngül olacaq» (Mətta 10:15).