Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 23

Kəfərnahumdakı möcüzələr

Kəfərnahumdakı möcüzələr

MƏTTA 8:14—17 MARK 1:21—34 LUKA 4:31—41

  • İSA PEYĞƏMBƏR CİNLƏRİ QOVUR

  • BUTRUSUN QAYINANASI SAĞALIR

İsa Məsih Butrusu, Andreası, Yaqubu və Yəhyanı adam «ovlamağa» dəvət edib. Bu gün şənbə günü olduğu üçün onlar birlikdə Kəfərnahumdakı sinaqoqa gedirlər və İsa orada təlim verir. Camaat bu dəfə də onun müəllimlik qabiliyyətinə heyran qalır, çünki İsa onların mirzələri kimi yox, ixtiyar sahibi kimi danışır.

Həmin vaxt sinaqoqda cinə tutulmuş bir adam olur. Birdən o qışqırır: «Ey nəsrani İsa! Bizdən nə istəyirsən? Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən». Lakin İsa peyğəmbər cinə zəhmlə: «Səsini kəs, ondan çıx», — deyir (Mark 1:24, 25).

Bu an cin o adamı qıc edib yerə sərir və bağırıb xətər yetirmədən ondan çıxır (Luka 4:35). Hamı heyrətdən donub qalır. Sonra bir-birindən: «Bu nədir belə?» — soruşurlar. «Bu adam hətta murdar ruhlara hökm edir, onlar da itaət edirlər!» (Mark 1:27). Şübhəsiz, bu xəbər bütün Cəliləyə yayılır.

Sinaqoqdan çıxandan sonra İsa şagirdlərlə birgə Şimon Butrusun evinə gedir. Bu vaxt Butrusun qayınanası qızdırmadan yanır. İsadan xahiş edirlər ki, qadına yardım göstərsin. İsa onu əlindən tutub qaldırır. Qadın o saat sağalır, durub onlara qulluq etməyə başlayır və ehtimal ki, onlar üçün yemək bişirir.

Axşam düşəndə bütün ərazilərdən adamlar gəlir və öz xəstələrini Butrusun evinə gətirirlər. Tezliklə demək olar ki, bütün şəhər əhli qapının ağzında toplaşır. Hamı şəfa tapmaq istəyir. Nəticədə hamının nə qədər xəstəsi var idisə, hamısını onun yanına gətirir və İsa əllərini hər birinin üzərinə qoyaraq onları sağaldır (Luka 4:40). Peyğəmbərlik edildiyi kimi, İsa Məsih onlarda nə xəstəlik varsa, hamısına şəfa verir (Əşiya 53:4). Hətta cinə tutulmuş adamları azad edir. Onun qovduğu cinlər adamlardan çıxanda qışqırıb: «Sən Allahın Oğlusan!» — deyirlər (Luka 4:41). Amma İsa onlara hökm edərək danışmağı qəti qadağan edir. Çünki cinlər onun Məsih olduğunu bilirlər. Amma İsa istəmir ki, camaat onların Allaha qulluq etdiyini düşünsün.

Əlavə məlumat

İblis insanları idarə edə bilir?

İblis insanlara necə təsir göstərir? Onun tələlərinə düşməmək üçün nə edə bilərsiniz?