Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 22

Şagirdlər balıq əvəzinə adam «ovlayacaq»

Şagirdlər balıq əvəzinə adam «ovlayacaq»

MƏTTA 4:13—22 MARK 1:16—20 LUKA 5:1—11

  • İSA PEYĞƏMBƏR ŞAGİRDLƏRİNİ DAİMA ONUN ARDINCA GETMƏYƏ ÇAĞIRIR

  • ADAM «OVLAYAN» BALIQÇILAR

Nasirə əhli İsa Məsihi öldürməyə cəhd göstərəndə o, Cəlilə dənizinin yaxınlığındakı Kəfərnahum şəhərinə gəlir. Bu dəniz həmçinin Gennesaret gölü adlanır (Luka 5:1). Beləcə, Əşiya peyğəmbərin yazdığı daha bir peyğəmbərlik yerinə yetir. Həmin peyğəmbərlikdə deyilirdi ki, sahil boyunca yaşayan Cəlilə camaatı parlaq işıq görəcək (Əşiya 9:1, 2).

İsa peyğəmbər burada da səmavi Padşahlığın yaxınlaşdığını bəyan edir (Mətta 4:17). Təbliğ edərkən İsa şagirdlərindən dördünü tapır. Qabaqlar onu müşayiət etmiş bu kişilər İsa ilə Yəhudiyyədən geri dönəndən sonra yenidən balıqçılıq işlərinə qayıtmışdılar (Yəhya 1:35—42). Lakin indən belə onlar həmişə onun yanında olmalıdırlar, çünki İsa Məsih onlara təlim verməlidir ki, o olmayandan sonra onlar xidməti davam edə bilsinlər.

Bir gün İsa Məsih gölün sahili ilə gedərkən Şimon Butrusu, onun qardaşı Andreası və onların yoldaşlarını görür. Onlar torları yuyurlar. Məsih onlara yaxınlaşıb Butrusun qayığına minir və buyurur ki, qayığı bir qədər sahildən aralasın. O, əyləşib sahildə toplaşmış camaata Allahın Padşahlığı barədə həqiqətləri öyrətməyə başlayır. Bir qədər sonra İsa peyğəmbər Butrusa deyir:

— Qayığı dərin bir yerə sürüb torları suya atın.

— Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq. İndi ki sən deyirsən, baş üstə, torları ataram (Luka 5:4, 5).

Balıqçılar torları suya atırlar və torlara o qədər balıq düşür ki, onlar yırtılmağa başlayır. Balıqçılar o biri qayıqdakı yoldaşlarını köməyə çağırıb balıqları qayıqlara doldururlar. Qayıqların ikisi də ağzınacan dolur və batmağa başlayır. Bunu görən Butrus İsanın ayaqlarına yıxılıb deyir:

— Ağa, mən günahlı adamam, sənə layiq deyiləm.

— Qorxma! İndən belə adam ovlayacaqsan (Luka 5:8, 10).

İsa Məsih Butrusa və qardaşı Andreasa deyir: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız» (Mətta 4:19). Bu iki qardaşla yanaşı, İsa digər iki balıqçını, Zəbədinin oğulları Yaqubla Yəhyanı da dəvət edir. Onlar canla-başla dəvəti qəbul edirlər. Beləcə, bu dörd nəfər işlərini atıb İsanın daimi şagirdi olur.

Əlavə məlumat

İMAN ÖRNƏKLƏRİ

Butrus qorxu və şübhə ilə mübarizə aparırdı

Şübhə çox güclü hissdir. O, insanın imanını məhv edə bilər. Amma Butrus şübhə və qorxuya qalib gəlib İsanın ardınca getdi.