Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 31

Şənbə günü sünbül dərmək olar?

Şənbə günü sünbül dərmək olar?

MƏTTA 12:1—8 MARK 2:23—28 LUKA 6:1—5

  • ŞAGİRDLƏR ŞƏNBƏ GÜNÜ SÜNBÜL DƏRİR

  • İSA MƏSİH «ŞƏNBƏNİN AĞASIDIR»

İsa Məsih şagirdləri ilə birgə şimala, Cəliləyə üz tutur. Bahar fəslidir və zəmilərdə taxıl yetişib. Şagirdlər ac olduqlarından sünbül dərir və ovub yeyirlər. Onların bu hərəkəti fərisilərin gözündən yayınmır, çünki bu gün şənbədir.

Bayaq Yerusəlimdə din xadimləri İsa peyğəmbəri şənbəyə aid əmri pozmaqda günahlandıraraq öldürmək istəyirdilər. İndi fərisilər şagirdlərin hərəkətinə görə ittiham irəli sürürlər: «Bax, sənin şagirdlərin şənbə günü qadağan olunmuş işi görürlər» (Mətta 12:2).

Fərisilər iddia edirlər ki, sünbül dərib əldə ovmaq taxıl biçmək və dən üyütmək kimi bir şeydir (Çıxış 34:21). Din xadimlərinin qoyduğu məhdudiyyətlər ucbatından şənbə ruhani cəhətdən təravətləndirici, xoş gün yox, üzücü bir ənənəyə çevrilib. Amma Yehova Allah heç vaxt istəməzdi ki, şənbə haqqındakı qanuna bu cür riayət olunsun. Buna görə də İsa Məsih onların bu məsələyə səhv yanaşdıqlarını göstərmək üçün Müqəddəs Yazılardan nümunələr gətirir.

Nümunələrdən biri Davud peyğəmbər və onun adamları haqqındadır. Onlar acanda Allahın evinə girib Allaha təqdim olunan çörəkləri yemişdilər. Yehova Allahın hüzurundan götürülüb yeniləri ilə əvəz olunmuş bu çörəkləri kahinlər yeyə bilərdi. Lakin Davud və onun yoldaşları çıxılmaz vəziyyətdə olduqlarından bu çörəkləri yemişdilər, ancaq yediklərinə görə mühakimə olunmamışdılar (Lavililər 24:5—9; 1 İşmuil 21:1—6).

Sonra İsa peyğəmbər digər nümunə çəkir: «Tövratda oxumamısınız ki, şənbə günləri kahinlər məbəddə şənbə gününü pozurlar, amma günahkar sayılmırlar?» Bəli, məbəddə xidmət edən kahinlər hətta şənbə günü də heyvan kəsir və digər işləri görürlər. İsa Məsih deyir: «Bunu bilin ki, burada məbəddən də böyük bir adam durub» (Mətta 12:5, 6; Saylar 28:9). Bəli, baş kahin olan İsa Məsih şənbəni pozmaqdan qorxmayaraq öz təyinatını yerinə yetirə bilər.

İsa peyğəmbər Müqəddəs Yazılara əsaslanaraq belə deyir: «Əgər siz “Mən qurban yox, mərhəmət istəyirəm” sözlərinin mənasını başa düşsəydiniz, günahsız adamları məhkum etməzdiniz». O, sözünə belə yekun vurur: «Çünki insan Oğlu şənbənin ağasıdır». Burada İsa Məsih əmin-amanlıq gətirəcək səmavi Padşahlıqda minillik hakimiyyətini nəzərdə tutur (Mətta 12:7, 8; Huşə 6:6).

Artıq uzun illərdir ki, bəşəriyyət Şeytan İblisin əsarətindən əzab çəkir; zorakılıq və müharibələr baş alıb gedir. Ancaq Böyük Şənbə, yəni İsa Məsihin hakimiyyəti insanları həsrətində olduqları və ehtiyac duyduqları azadlığa çıxaracaq.