Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 44

İsa peyğəmbər fırtınanı ram edir

İsa peyğəmbər fırtınanı ram edir

MƏTTA 8:18, 23—27 MARK 4:35—41 LUKA 8:22—25

  • İsa Peyğəmbər Cəlilə Dənizində Fırtınanı Ram Edir

Bu gün İsa peyğəmbər üçün uzun və yorucu gün olub. Axşam düşəndə o, şagirdlərinə deyir: «Gəlin [Kəfərnahumdan] o biri sahilə üzək» (Mark 4:35).

Cəlilə dənizinin şərq sahili gerasalıların bölgəsidir. Ora həmçinin Dekapol kimi də tanınır. Bu bölgənin şəhərləri yunan mədəniyyətinin mərkəzi olsa da, orada xeyli yəhudi yaşayır.

İsa peyğəmbərin Kəfərnahumdan çıxıb dənizin o biri sahilinə keçməsi başqalarının diqqətindən yayınmır. Digər qayıqlar da onların ardınca üzməyə başlayır (Mark 4:36). Qarşı tərəfdəki sahil elə də uzaq deyil. Çünki Cəlilə dənizi böyük duzsuz göldür. Uzunluğu təxminən 21 kilometr, ən enli yeri isə 12 kilometrdir. Amma bu dəniz dayaz deyil.

İsa Məsih kamil insan olsa da, çox xidmət etdiyi üçün yorulub. Onlar sahildən bir qədər aralandıqdan sonra o, qayığın arxa hissəsində uzanır və başını yastığa qoyub yatır.

Həvarilərdən bir neçəsi təcrübəli dənizçilərdir. Lakin bu dəfə yol asan olmur. Cəlilə dənizi dağlarla əhatə olunub və dənizin səthinin temperaturu çox vaxt isti olur. Arabir dağların soyuq hava kütləsi dənizin isti səthinə enərək dənizdə gözlənilməz güclü fırtınalar yaradır. Bu dəfə də belə olur. Fırtına qalxır və güclü dalğalar qayığa çırpılır. Qayığa su dolmağa başlayır və onlar üçün böyük təhlükə yaranır (Luka 8:23). Amma bütün bunlar baş verən vaxt İsa peyğəmbər şirin yuxudadır.

Bu təcrübəli dənizçilər var gücləri ilə qayığı idarə etməyə çalışırlar. Əlbəttə, bu, onların qarşılaşdığı ilk fırtına deyil. Amma bu səfər onlarda heç nə alınmır. Onlar həyatlarının təhlükədə olduğunu görərək: «Ağa, batırıq, bizi xilas et!» — deyə qışqırıb onu oyadırlar (Mətta 8:25). Şagirdlər batacaqlarından çox qorxurlar.

İsa peyğəmbər oyanıb həvarilərinə deyir: «Niyə qorxdunuz, ey az imanlılar?» (Mətta 8:26). Peyğəmbər küləyə və dənizə əmr edir: «Dayan! Sakit ol!» (Mark 4:39). Güclü külək yatır və dəniz sakitləşir. (Dərin təsir bağışlayan bu hadisəni qələmə alan Markla Luka isə ilk əvvəl İsa peyğəmbərin möcüzəvi surətdə fırtınanı ram etdiyini vurğulayır, sonra şagirdlərinin imanlarının zəif olduğunu deyir.)

Gördüklərinin şagirdlərə necə təsir etdiyini bir təsəvvür edin! Onlar elə indicə fırtınalı dənizin tam sakitləşdiyinin şahidi oldular. Şagirdlərin canını vahimə bürüyür. Onlar bir-birinə deyirlər: «Bu kimdir ki, hətta külək də, dəniz də ona itaət edir?» Beləcə, onlar sağ-salamat dənizin o biri sahilinə gəlib çatırlar (Mark 4:41—5:1). Ola bilsin, dənizdəki digər qayıqlar geriyə, dənizin qərb sahilinə qayıda bilirlər.

İsa Məsihin təbiət qüvvələri üzərində hökmü olduğunu bilmək bizə necə də xoşdur! O, bütün diqqətini yer üzünü idarə etməyə cəmləyəndə bütün insanlar qorxu bilmədən yaşayacaq, çünki heç bir təbii fəlakət insanlara xətər yetirməyəcək!

Əlavə məlumat

Allahın Padşahlığı

Allahın Padşahlığının Padşahı kimdir? Bu hökumət nələri həyata keçirəcək?