Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 13

Peyğəmbər sınaqlardan başıuca çıxır

Peyğəmbər sınaqlardan başıuca çıxır

MƏTTA 4:1—11 MARK 1:12, 13 LUKA 4:1—13

  • ŞEYTAN PEYĞƏMBƏRİ SINAĞA ÇƏKİR

Bildiyimiz kimi, İsa peyğəmbər vəftiz olunanda göylər açılmışdı (Mətta 3:16). Bununla da o, göydəki həyatını və öyrəndiklərini yada sala bilmişdi. Vəftizdən dərhal sonra Allahın ruhu peyğəmbəri Yəhudiyyədəki çöllüyə aparır. Çünki o, çox şey haqda düşünməlidir.

İsa 40 gün 40 gecə çöllükdə qalır. Bütün bu vaxt ərzində o, ağzına bir loğma çörək də olsun almır. O, lap ac olanda birdən Şeytan İblis peyda olur. O, İsaya yaxınlaşıb deyir: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün» (Mətta 4:3). İsa peyğəmbər bu təklifi rədd edir. Çünki bilir ki, fövqəlbəşəri gücünü özü üçün sərf etməsi düzgün deyil.

İblis yenə də əl çəkmir. O, başqa fənd işlədir. Bu dəfə İsanı sövq edir ki, özünü məbədin hasarının üstündən atsın. Peyğəmbər isə özünü nümayiş etdirmək fikrində deyil. O, Yazılardan sitat gətirərək deyir ki, Allahı bu cür sınamaq olmaz!

Üçüncü dəfə İblis İsa Məsihə «dünyanın bütün səltənətlərini və onların calalını» göstərib deyir: «Əgər diz çöküb mənə səcdə qılsan, bütün bunları sənə verərəm». İsa bu dəfə də Şeytanın təklifini qətiyyətlə rədd edir. O deyir: «Rədd ol, Şeytan!» (Mətta 4:8—10). Peyğəmbər bilir ki, yalnız Yehovaya ibadət etmək lazımdır, buna görə də Allaha qarşı günah etmək istəmir. Bəli, o, Allaha sadiq qalmaq əzmindədir.

İsa peyğəmbərin üzləşdiyi sınaqlardan və bu sınaqlardan necə başıuca çıxdığından çox şey öyrənə bilərik. Peyğəmbərin qarşılaşdığı sınaqlar, həqiqətən də, baş verirdi. Bu da o deməkdir ki, İblis, bəzilərinin düşündüyü kimi, insanın ürəyindəki pislik deyil. O, gözəgörünməz varlıqdır və doğrudan da, mövcuddur. Həmçinin bu hadisədən görünür ki, dünyadakı bütün hökumətlər İblisin əlindədir, yəni onları idarə edən odur. Əks halda, bu, İsa peyğəmbər üçün sınaq olmazdı.

Bundan əlavə, Şeytan bildirmişdi ki, İsa Məsih bircə dəfə ona səcdə etsə, dünyanın bütün səltənətlərini ona verəcək. Bu gün Şeytan bizi də sınağa çəkmək üçün bu üsula əl atır. Misal üçün, o, var-dövlət, ad-san və ya vəzifə sahibi olmaq imkanı yaradır. Bəs biz necə davranacağıq? Hansı sınaq olursa olsun, biz İsa peyğəmbər kimi Allaha sadiq qalsaq, ağıllı davranmış olarıq! Amma həmin hadisəyə yenə qayıtsaq, görəcəyik ki, İblis «başqa bir fürsət tapana qədər» peyğəmbərdən ayrıldı (Luka 4:13). Şeytan bu gün də belə edir, buna görə də sükanı buraxmamalıyıq!

Əlavə məlumat

Nəfsinə hakim ol

Nəfsə hakim olmaq mümkündür. Nəfsə uymağın gətirdiyi ağrı-acını yaşamamaq üçün burada gətirilən altı məsləhət sənə qətiyyətini möhkəmləndirməyə kömək edəcək.