Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 7

Münəccimlər körpəni görməyə gəlir

Münəccimlər körpəni görməyə gəlir

MƏTTA 2:1—12

  • MÜNƏCCİMLƏR «ULDUZU» İZLƏYƏRƏK YERUSƏLİMƏ, SONRA İSANIN YANINA GƏLİRLƏR

Şərqdən bir neçə adam gəlir. Onlar münəccimlərdir. Münəccimlər göy cisimlərinin vəziyyətini araşdırıb insanların həyatında baş verən hadisələrin mənasını bildiklərini iddia edən insanlardır (Əşiya 47:13). Onlar öz ölkələrində yeni bir «ulduz» görüb onun ardınca yüzlərlə kilometr yol qət edirlər. Maraqlıdır ki, bu «ulduz» onları Beytləhmə yox, Yerusəlimə gətirib çıxarır.

Yerusəlimə çatdıqda onlar soruşurlar: «Yəhudilərin təzəcə anadan olmuş padşahı haradadır? Biz şərqdə olanda onun ulduzunu gördük. Gəlmişik ona təzim edək» (Mətta 2:1, 2).

Yerusəlim padşahı Hirod bunu eşidəndə təşvişə düşür. O, böyük kahinləri və digər yəhudi din xadimlərini toplayıb onlardan Məsihin harada doğulmalı olduğunu xəbər alır. Onlar Müqəddəs Yazılarda oxuduqlarına əsasən, cavab verirlər: «Yəhudiyyə Beytləhmində» (Mətta 2:5; Mikə 5:2). Onda Hirod münəccimləri gizlincə yanına çağırıb deyir: «Gedin, uşağı yaxşı-yaxşı axtarın. Tapan kimi mənə xəbər verin ki, mən də gəlib ona təzim edim» (Mətta 2:8). Əslində isə onun niyyəti uşağı öldürməkdir.

Onlar yola düşdükdən sonra qəribə bir şey baş verir. Şərqdə gördükləri «ulduz» onların qabağınca gedir. Görünür, bu, qeyri-adi bir ulduzdur, axı o, münəccimlərə yol göstərmək üçün göndərilib. Ulduz gəlib Yusiflə Məryəmin körpə ilə birlikdə qaldıqları evin düz üzərində dayanır.

Münəccimlər evə girirlər. Onlar Məryəmlə balaca İsanı görəndə diz çöküb uşağa təzim edirlər. Sonra torbalarından qızıl, kündür və mürr çıxarıb ona təqdim edirlər. Münəccimlər Hirodun yanına qayıtmaq istəyəndə Allah yuxularında onlara tapşırır ki, ora getməsinlər. Buna görə də öz ölkələrinə başqa yolla qayıdırlar.

Sizcə, münəccimlərə yol göstərən bu «ulduzu» kim göndərmişdi? Yadınızdadır, ulduz münəccimləri birbaşa Beytləhmə, İsanın olduğu yerə yox, əvvəlcə Yerusəlimə, İsanı öldürmək istəyən padşah Hirodun yanına gətirmişdi. Əgər Allah işə qarışıb münəccimlərə xəbərdarlıq etməsəydi, Hirod uşağı öldürəcəkdi. Əslində, İsanın ölümünü arzulayan kəs Allahın düşməni olan Şeytan İblis idi. O, bu niyyətinə yetişmək üçün həmin «ulduzdan» istifadə etmişdi.