Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 8

Onlar zalım padşahdan qaçırlar

Onlar zalım padşahdan qaçırlar

MƏTTA 2:13—23

  • İSANIN AİLƏSİ MİSİRƏ QAÇIR

  • YUSİF AİLƏSİ İLƏ BİRGƏ NASİRƏ ŞƏHƏRİNƏ KÖÇÜR

Gecəyarısı Yehovanın mələyi Yusifə görünüb deyir: «Dur, uşağı və anasını götür, Misirə qaç. Mən sənə deməyincə oradan çıxma. Çünki Hirod uşağı tapıb öldürmək istəyir» (Mətta 2:13). Yusif dərhal Məryəmi oyadıb bu təcili xəbəri ona çatdırır.

Onlar bir an belə yubanmadan gecəyarısı ölkədən qaçırlar. Bu lap vaxtında olur, çünki Hirod münəccimlərin onu aldatdığını öyrənir. Hirod onlara İsanı tapanda gəlib yerini ona xəbər vermələrini tapşırmışdı. Münəccimlər isə padşaha heç nə demədən ölkədən çıxıb getmişdilər. Padşah bərk qəzəblənir və İsanı öldürməkdən ötrü Beytləhm və onun ətrafında iki yaşa qədərki bütün oğlan uşaqlarını öldürməyi əmr edir. Bu yaş həddini o, şərqdən gəlmiş münəccimlərdən aldığı məlumata əsasən təxmin edir.

Körpə uşaqların qətlə yetirilməsi dəhşətli bir şeydir! Düzdür, nə qədər uşağın öldürüldüyü bizə məlum deyil, amma bir onu deyə bilərik ki, bununla Ərəmya peyğəmbərin anaların ağlaşması və böyük şivən qoparması ilə bağlı dediyi peyğəmbərlik yerinə yetir (Ərəmya 31:15).

Bu arada Yusif ailəsi ilə Misirə gəlib çatır və orada məskunlaşır. Günlərin bir günü gecə Yehovanın mələyi yenə Yusifə yuxuda görünür. İndi isə o, belə deyir: «Dur, uşağı və anasını götür, İsrail torpağına get, çünki uşağın canına qəsd etmək istəyənlər öldülər» (Mətta 2:20). Beləcə, Yusif qərara gəlir ki, ailəsini götürüb vətəninə qayıtsın. Bununla da başqa bir peyğəmbərlik — Allahın Öz oğlunu Misirdən çağıracağı haqqındakı peyğəmbərlik yerinə yetir (Huşə 11:1).

Yusif Yəhudiyyədə, Beytləhm şəhərinin yaxınlığında, Misirə qaçmazdan əvvəl yaşadığı yerə qayıtmaq istəyir. Amma eşidir ki, orada Hirodun qəddar oğlu Arxela padşahlıq edir. Həmçinin röyada da Allah onu təhlükə barədə xəbərdar edir. Ona görə də o, ailəsi ilə şimala, Cəlilənin Nasirə şəhərinə, yəhudilərin dini fəaliyyətinin qaynaşdığı yerdən uzaq bir yerə köçür. İsanın burada böyüməsi ilə daha bir peyğəmbərlik həyata keçir: «Ona nəsrani deyəcəklər» (Mətta 2:23).

Əlavə məlumat

Oxucuların sualları, dekabr 2014

Yeremya peyğəmbər Rəhilənin uşaqları üçün ağladığını deyərkən nəyi nəzərdə tuturdu?

Yusif yaxşı ər, yaxşı ata idi

Yusif ailəsini qorumaq üçün nə etdi? Nəyə görə o, Məryəmlə İsanı Misirə apardı?