Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 2

O doğulmazdan öncə ehtiram görür

O doğulmazdan öncə ehtiram görür

LUKA 1:34—56

  • MƏRYƏM QOHUMU İLSƏBAGİLƏ GƏLİR

Cəbrayıl mələk Məryəmə oğlan uşağı doğacağını, onun adının İsa olacağını və bu uşağın padşah kimi əbədiyyən hökmranlıq edəcəyini bildirəndən sonra Məryəm ondan soruşur: «Bu necə ola bilər? Axı mənim kişi ilə yaxınlığım olmayıb?» (Luka 1:34).

Cəbrayıl cavab verir: «Müqəddəs ruh üzərinə gələcək, Haqq-Taalanın gücü sənin üstünə kölgə salacaq. Buna görə də bətnindən çıxana müqəddəs deyiləcək, o, Allahın Oğlu adlanacaq» (Luka 1:35).

Məryəmin bu xəbəri qəbul etməsi üçün Cəbrayıl mələk əlavə edir: «Bax, sonsuz adlandırılan qohumun İlsəba da qoca yaşında bir oğlan uşağına hamilə qalıb və artıq altıncı ayındadır. Çünki Allahın dediyi hər bir söz mütləq yerinə yetir» (Luka 1:36, 37).

Məryəm Cəbrayılın sözünü qəbul edir. Bunu onun cavabından görmək olar. O deyir: «Mən Yehovanın quluyam! Qoy sən deyən kimi olsun» (Luka 1:38).

Cəbrayıl gedəndən sonra Məryəm hazırlaşıb İlsəbagilə gedir. İlsəba əri Zəkəriyyə ilə Yəhudiyyənin dağlıq bölgəsində, Yerusəlimin yaxınlığında yaşayır. Məryəmin yaşadığı Nasirə şəhərindən oraya üç-dördgünlük yoldur.

Məryəm gəlib Zəkəriyyənin evinə çatır. O, içəri girib İlsəbanı salamlayır. Bu an İlsəba müqəddəs ruhla dolub Məryəmə deyir: «Qadınlar arasında bəxtiyarsan, bətnindəki uşaq da bəxtiyardır! Gör mənə necə böyük şərəf nəsib olub! Ağamın anası yanıma gəlib! Bax, salamını eşidən kimi bətnimdəki uşaq sevincindən tərpəndi» (Luka 1:42—44).

Məryəm bu sözləri eşidəndə səmimi minnətdarlıq hissi ilə cavab verir: «Qəlbim Yehovanı ucaldır, ruhum Allahıma, Xilaskarıma görə cuşa gəlir, çünki O, fağır bəndəsinə fikir verdi. Bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər. Qüdrətli Allahım mənim üçün böyük işlər gördü. Onun adı müqəddəsdir, Ondan qorxanlara nəsildən-nəslə mərhəmət göstərir». Bir fikir verin, Məryəmə bu qədər lütf göstərilməsinə baxmayaraq, o, bütün şərəfi, şöhrəti Allaha verir (Luka 1:46—50).

Məryəm Allahı tərənnüm edərək peyğəmbərlik sözləri deyir: «Qolunun qüvvəti ilə böyük işlər gördü, ürəyində təkəbbürlü niyyət tutanları pərən-pərən etdi. O, güclüləri taxtdan saldı, fağırları yüksəltdi. Acları naz-nemətlə doyurdu, varlıları əliboş qaytardı. O, qulu İsrailin imdadına çatdı. Bununla göstərdi ki, İbrahimə və onun övladlarına mərhəmət göstərəcəyi haqda verdiyi vədi heç vaxt unutmur» (Luka 1:51—55).

Məryəm təxminən üç ay İlsəbanın yanında qalır və hamiləliyinin son həftələrində onun qulluğunda durur. Allahın köməkliyi ilə hamilə qalmış bu iki sədaqətli qadının həyatlarının belə bir çağında birgə olmaları necə də xoşdur!

Görün İsa hələ doğulmazdan əvvəl ona necə ehtiram göstərilir! İlsəba onu «Ağam» adlandırır və Məryəm içəri daxil olanda bətnindəki uşaq sevincindən tərpənir. Amma irəlidə görəcəyik ki, başqaları Məryəmə və onun hələ doğulmamış uşağına tamamilə fərqli münasibət göstərir.

Əlavə məlumat

İMAN ÖRNƏKLƏRİ

Məryəm — «Mən Yehovanın quluyam!»

Məryəmin Cəbrayıl mələyə verdiyi cavab onun imanı haqqında nə deyir? Məryəm daha hansı gözəl keyfiyyətlər əks etdirmişdi?