Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

İsa peyğəmbər kimi...

İsa peyğəmbər kimi...

ŞƏFQƏTLİ OLUN

İsa peyğəmbər kamil insan idi. O, insanların yaşadığı ağrı-acıların, narahatçılıqların çoxunu yaşamamışdı. Ancaq, bununla belə, onların dərdinə şərik olurdu. O, insanlardan köməyini əsirgəmirdi, hətta ilk baxışdan vacib görünməyən şeyləri belə, onlar üçün edirdi. Bəli, o, şəfqət hissindən irəli gələrək başqalarına kömək edirdi. Onun bu xüsusiyyəti necə təzahür etdirdiyi barədə daha dərindən düşünmək üçün 32, 37, 5799-cu fəsilə baxın.

ƏLÇATAN OLUN

İsa Məsih yaşından asılı olmayaraq, hər kəs üçün əlçatan idi. Çünki o, özünü çox məşğul və vacib adam kimi göstərmirdi. İsa peyğəmbər insanlara səmimi maraq göstərdiyi üçün onlar onun yanında özlərini rahat hiss edirdilər. Bu barədə daha ətraflı 25, 2795-ci fəsildən oxuya bilərsiniz.

DAİMA DUA EDİN

İsa peyğəmbər istər təklikdə, istərsə də davamçıları ilə bir yerdə olsun o, Allaha daima ürəkdən dua edirdi. O, yalnız yemək vaxtı yox, hər bir vəziyyətdə dua edirdi. O, şükran duaları edirdi, dualarında Allahı ucaldırdı və həmçinin ciddi qərarlar verməmişdən qabaq Ondan rəhbərlik diləyirdi. Bunu 24, 34, 91, 122123-cü fəsildə görə bilərsiniz.

FƏDAKAR OLUN

İsa Məsih bəzən çox yorulurdu və güc toplamaq üçün istirahətə ehtiyac duyurdu, ancaq o, başqalarına görə öz istirahətini qurban verirdi. O, ilk növbədə özünü yox, başqalarını düşünürdü. Bu sahədə də peyğəmbər bizim üçün gözəl nümunə qoyub. İsa Məsihi bu sahədə necə təqlid edə biləcəyimizi 19, 4152-ci fəsildən öyrənə bilərik.

BAĞIŞLAYIN

İsa peyğəmbər bağışlamağın vacib olduğunu yalnız sözlərlə demirdi, o bunu əməlləri ilə də göstərirdi. Peyğəmbər həm şagirdlərini, həm də başqalarını dəfələrlə bağışlayıb. Bu barədə dərindən düşünmək üçün 26, 40, 64, 85131-ci fəsillərə baxın.

ÇALIŞQAN OLUN

Müqəddəs Kitabda qabaqcadan peyğəmbərlik olunmuşdu ki, əksər yəhudilər Məsihi qəbul etməyəcəklər və sonda düşmənləri onu öldürəcək. Belə ki, İsa Məsih insanlara kömək etmək üçün özünü əziyyətə verməyə bilərdi, amma o, belə etmədi. Əksinə, Məsih dəridən-qabıqdan çıxıb həqiqi ibadəti dirçəltdi. Bununla İsa peyğəmbər etinasızlığa və hətta təqiblərə uğrayan bütün davamçılarına çalışqan olmaqda nümunədir. 16, 72103-cü fəsillərə baxın.

SADƏ OLUN

İsa Məsih qeyri-kamil insanlardan, bilik və hikmət də daxil olmaqla, çox sahələrdə üstün idi. Məsih kamilliyindən irəli gələrək fiziki və əqli cəhətdən mükəmməl idi və heç kim bu sahədə ona çata bilməzdi. Bununla belə, o, çox sadə insan idi və başqalarına xidmət edirdi. Siz 10, 62, 66, 94116-cı fəsildən buna dair çoxlu nümunələr tapa bilərsiniz.

SƏBİRLİ OLUN

Bəzən həvarilər və başqaları onun sözlərinə məhəl qoymurdular və ondan örnək almırdılar. Belə məqamlara o, onlarla səbirlə davranırdı. Onlar Yehova Allahı razı sala bilsinlər deyə, o, səbirlə onları təkrar-təkrar öyrədirdi. Onun qoyduğu nümunə üzərində düşünmək üçün 74, 98, 118135-ci fəsli oxuyun.