Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 98

Həvarilərin növbəti mübahisəsi

Həvarilərin növbəti mübahisəsi

MƏTTA 20:17—28 MARK 10:32—45 LUKA 18:31—34

  • İSA PEYĞƏMBƏR ÖLƏCƏYİ HAQDA YENƏ DEYİR

  • HƏVARİLƏR VƏZİFƏYƏ SAHİB OLMAQ İSTƏYİRLƏR

İsa Məsih ilə şagirdlərinin Pereyanın cənubundakı səyahətləri başa çatır. İndi onlar Ərihanın yaxınlığında İordan çayını keçib Yerusəlimə 33-cü ilin Pasxa bayramını qeyd etməyə gedirlər. Onlarla birgə çoxlu adam gedir.

İsa peyğəmbər şagirdlərindən irəlidə gedir. O Pasxa bayramına gecikməmək üçün vaxtında şəhərdə olmaq əzmindədir. Şagirdlər isə qorxurlar. Çünki İlazər ölən zaman İsa Məsih Pereyadan Yəhudiyyəyə getmək istəyəndə Tomas şagirdlərə demişdi: «Gəlin gedək, biz də onunla ölək» (Yəhya 11:16, 47—53). Yerusəlimə getmək çox təhlükəlidir. Buna görə də təəccüblü deyil ki, şagirdlər Yerusəlimə qorxa-qorxa gedirlər.

İsa peyğəmbər şagirdlərini qarşıda gözləyən hadisələrə hazırlamaq üçün onları qırağa çəkib deyir: «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək və onlar insan Oğlunu ölümə məhkum edəcəklər. Onu başqa xalqlardan olan adamlara təslim edəcəklər, onlar da insan Oğlunu lağa qoyacaq, qamçılayıb dirəkdə edam edəcəklər. Amma o, üçüncü gündə diriləcək» (Mətta 20:18, 19).

Bu artıq üçüncü dəfədir ki, İsa Məsih şagirdlərinə ölüb diriləcəyi barədə danışır (Mətta 16:21; 17:22, 23). Lakin bu dəfə o, dirəkdə edam olunacağını da deyir. Onlar qulaq asırlar, lakin bunu dərk etmirlər. Ola bilsin, onlar İsrail padşahlığının yenidən yer üzündə bərpa olunacağına inanır və yer üzündə padşahlıqda Məsihlə birgə şan-şöhrətə sahib olacaqlarını gözləyirlər.

Pasxaya gedənlər arasında həvari Yaqubla Yəhyanın anası Səlimə də var. İsa peyğəmbər bu iki qardaşı tez özlərindən çıxdıqları üçün «ildırım oğulları» adlandırmışdı (Mark 3:17; Luka 9:54). Artıq bir neçə vaxtdır ki, bu qardaşların ürəyində Məsihin padşahlığında yüksək vəzifə tutmaq istəyi yaranıb və bu istəyi analarına da bildiriblər. Buna görə də Səlimə İsa peyğəmbərə yaxınlaşaraq onun qarşısında diz çökür və oğullarının adından xahiş edir. Peyğəmbər ondan soruşur: «Nə istəyirsən?» O deyir: «Söz ver ki, Padşahlığında bir oğlum sənin sağında, o birisi solunda oturacaq» (Mətta 20:20, 21).

Əslində bunu Yaqubla Yəhya istəyib. İsa Məsih gələcəkdə rüsvay edilib alçaldılacağını nəzərdə tutaraq onlara deyir: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içəcəyim camdan içə bilərsiniz?» Onlar deyirlər: «Bəli, içə bilərik» (Mətta 20:22). Görünür, bu sözlərin onlar üçün nə demək olduğunu dərk etmirlər.

Bununla belə, Məsih onlara deyir: «Mənim içəcəyim camdan içəcəksiniz, amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Atam bu yerləri kimin üçün hazırlayıbsa, onlar da orada oturacaqlar» (Mətta 20:23).

Qalan on həvari Yaqubla Yəhyanın İsa peyğəmbərdən nə xahiş etdiyini xəbər tutanda hiddətlənir. Bəlkə də, bundan əvvəl həvarilər arasında kimin böyük olacağı ilə əlaqədar qalxan mübahisədə bu iki qardaş daha fəal olmuşdu (Luka 9:46—48). Qardaşların indiki xahişi göstərir ki, həvarilərin hamısı İsa peyğəmbərin təvazökarlığa dair verdiyi nəsihəti qulaqardına vurublar. Əfsuslar olsun ki, onlar hələ də bu niyyətlərindən əl çəkməyiblər.

İsa peyğəmbər bu ixtilafı və yaranan incikliyi aradan qaldırmaq üçün on iki həvarisini bir yerə toplayır. O, mülayimliklə onlara nəsihət verir: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları sayılanlar onların üzərində ağalıq edir və xalqların rəhbərləri onlara başçılıq edirlər. Amma sizin aranızda belə olmamalıdır. Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır, birinci olmaq istəyən hamınıza nökərçilik etməlidir» (Mark 10:42—44).

İsa Məsih həvarilərinə özünü nümunə gətirərək deyir: «İnsan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib» (Mətta 20:28). Təxminən üç ildir ki, Məsih insanlara xidmət edir və tezliklə bəşəriyyət uğrunda hətta canını qurban verəcək! Beləliklə, şagirdləri də onun nümunəsini izləyərək başqalarının onlara xidmət etməsini gözləmək və yüksək mövqe tutmaq əvəzinə, başqalarına xidmət etməli və özlərini onlardan aşağı tutmalıdırlar.