Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 96

İsa peyğəmbər və varlı gənc

İsa peyğəmbər və varlı gənc

MƏTTA 19:16—30 MARK 10:17—31 LUKA 18:18—30

  • VARLI GƏNC ƏBƏDİ HƏYATLA MARAQLANIR

İsa Məsih Pereyadan keçib Yerusəlimə tərəf gedərkən yolda bir gənc qaça-qaça gəlib onun qabağında diz çökür. Bu gənc rəhbərlərdən biridir. Ola bilsin, o, sinaqoq rəisidir, yaxud da Sinedrionun üzvüdür. O peyğəmbərdən soruşur:

— Gözəl Ustad, əbədi həyatı almaq üçün mən nə etməliyəm? (Luka 8:41; 18:18; 24:20).

— Məni niyə belə adlandırırsan? Allahdan başqa gözəl Varlıq yoxdur.

Ehtimal ki, bu gənc adam ravvinlər kimi «gözəl» sözünü titul kimi işlədir. İsa Məsih gözəl ustad olsa belə, o, yenə də göstərir ki, bu titul yalnız Allaha məxsusdur.

— Əgər həyata qovuşmaq istəyirsənsə, əmrlərə daima riayət et, — deyə Məsih ona məsləhət verir.

— Hansı əmrlərə?

— Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şəhadət vermə, atana və anana hörmət et, — deyərək İsa peyğəmbər On əmrdən beşini sadalayır və daha vacib olan əmri vurğulayır:

— Yaxınını özünü sevdiyin kimi sev (Mətta 19:17—19).

— Bütün bunlara əməl edirəm. Daha nə edim? (Mətta 19:20).

Ola bilsin, ona elə gəlir ki, əbədi həyata nail olmaq üçün onda hansısa yaxşı əməl, qəhrəmanlıq çatışmır. Onun səmimiliyi peyğəmbərin ürəyinə yatır (Mark 10:21). Amma ona maneə olan bir şey var.

Oğlan öz var-dövlətinə çox bağlıdır. İsa Məsih ona deyir: «Bircə şeyin çatmır. Get, nəyin varsa, sat və kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl». Bəli, o, pulları kasıblara paylayıb Məsihin şagirdi ola bilər. Lakin bu gənc ayağa qalxır və kədərli halda çıxıb gedir. İsa peyğəmbər bunu təəssüflə izləyir. Bəli, var-dövlət bu gəncin gözlərini örtdüyündən o, həqiqi sərvəti qiymətləndirə bilmir (Mark 10:21, 22). Məsih deyir: «Pullu adamlara Allahın Padşahlığına girmək necə də çətin olacaq!» (Luka 18:24).

Onun bu sözləri şagirdləri bərk təəccübləndirir. Üstəlik: «Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır», — sözləri onları lap çaş-baş qoyur. Şagirdlər bilmək istəyirlər: «Bəs onda kim xilas ola bilər?» Yəni xilas olmaq o qədər çətindir ki, heç kim xilas ola bilməz? İsa peyğəmbər onların gözlərinə baxaraq cavab verir: «İnsan üçün mümkün olmayan şey Allah üçün mümkündür» (Luka 18:25—27).

Butrus varlı gəncdən fərqli seçim etdiklərini qeyd edərək deyir: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?» İsa Məsih onların düzgün seçim etdiklərinə görə onları gözləyən mükafat barədə deyir: «Hər şey yeniləşəndə və insan Oğlu öz şanlı taxtına oturanda mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsinə hakimlik edəcəksiniz» (Mətta 19:27, 28).

Aydındır ki, İsa peyğəmbər gələcəkdə Ədən bağındakı kimi şəraitin yenidən yer üzündə bərpa olunacağı vaxtı nəzərdə tutur. Butrus və o biri şagirdlər isə Məsihlə birgə padşahlıq edib yerüzü Cənnəti idarə etmək şərəfinə layiq görüləcəklər. Sözsüz ki, bu misilsiz mükafat hər bir qurbana dəyər!

Bununla yanaşı, İsa Məsih göstərir ki, onun ardınca gedənlər üçün hətta indi də mükafat var: «Allahın Padşahlığı uğrunda evini, arvadını, qardaşlarını, valideynlərini və uşaqlarını qoyub gələn bu dövrdə əvəzini artıqlaması ilə alacaq, gələcəkdə isə əbədi həyata qovuşacaq» (Luka 18:29, 30).

Bəli, İsa peyğəmbərin davamçıları dünyanın hansı yerinə gedirlərsə getsinlər, iman bacı-qardaşları ilə münasibətləri ailə üzvləri ilə münasibətdən daha yaxın və qiymətli olacaq. Təəssüflər olsun ki, həmin varlı gənc həm bu mükafatı, həm də səmavi Padşahlıqda əbədi həyat mükafatını əldən buraxır.

İsa Məsih sözünə əlavə edir: «Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq» (Mətta 19:30). Bəs bu nə deməkdir?

Varlı gənc yəhudi rəhbərlərin arasında olduğu üçün «birincilər» sırasındadır. Allahın qanunlarına riayət etdiyi üçün ondan çox şey gözlənilir. Amma o, var-dövləti hər şeydən üstün tutur. Adi xalq isə İsa Məsihin öyrətdiyinin həqiqət olduğunu və həyata apardığını başa düşürlər. Onlar «axırıncı» sayılsalar da, «birinci» olurlar. Onlar Padşahlıqda İsa Məsihin hakimiyyət şərikləri olub Cənnətdə hakimiyyət sürmək şərəfinə layiq görüləcəklər.