Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS14

Allahın xalqı

Allahın xalqı

1. Allah nə üçün qədimdə israilliləri Özünə xalq seçmişdi?

Yehova Allah İbrahim peyğəmbərin nəslindən Öz adına bir xalq yaratmışdı. Bu, İsrail xalqı idi. Allah onlara qanunlar vermiş, həqiqi ibadətinin keşiyində durmaq və Öz kəlamını qorumaq vəzifəsini həvalə etmişdi (Zəbur 147:19, 20). Bütün ümmətlər bu xalqdan bəhrələnə bilərdi. Yaradılış 22:18 ayəsini oxuyun.

Allah İsrail xalqını Özünə şahid seçmişdi. Bu xalqın tarixçəsi aydın göstərir ki, Allahın qanunlarına əməl etmək insanı gözəlləşdirir (Qanunun təkrarı 4:6). Digər xalqlar israillilərin vasitəsilə Allahı tanıya bilərdilər. Əşiya 43:10, 12 ayələrini oxuyun.

2. Nə üçün Allah Öz xidmətçilərini bir təşkilatda birləşdirir?

Zaman keçdikcə İsrail xalqı Allahın rəğbətini itirdi. Yehova Allah onların yerinə məsihi icmasını seçdi (Mətta 21:43; 23:37, 38). Hal-hazırda Yehova Allahın xalqı həqiqi məsihilərdir. Bu xalq Onun şahididir. Həvarilərin işləri 15:14, 17 ayələrini oxuyun.

İsa peyğəmbər öz davamçılarını hazırlayıb xoş xəbəri bütün millətlərə müjdələmək, insanlara Allahın yolunu öyrətmək üçün göndərmişdi. Bu iş mütəşəkkil surətdə icra olunmalı idi (Mətta 10:7, 11; 24:14; 28:19, 20). Həmin iş bu dövrün yekununda böyük vüsət alıb. Bəşər tarixində ilk dəfədir ki, Yehova Allah bütün xalqların içindən milyonlarla insanı yığıb haqq yolunda birləşdirib (Vəhy 7:9, 10). Bu gün həqiqi məsihilər bir təşkilat kimi fəaliyyət göstərir, bir-birilərini dəstəkləyir, kömək edirlər. Bütün dünyada onların yığıncaq görüşləri eyni proqram üzrə keçir və orada Allahın Kəlamı tədris edilir. İbranilərə 10:24, 25 ayələrini oxuyun.

 3. «Yehovanın Şahidləri» təşkilatının yeni tarixi nə vaxtdan başlayır?

1870-ci illərdən başlayaraq Müqəddəs Kitabı öyrənən bir qrup insan onun çoxdan unudulmuş həqiqətlərini üzə çıxarmağa başladı. Onlar başa düşdülər ki, İsa peyğəmbər məsihi yığıncağını təbliğ işi üçün təşkil etmişdir. Buna görə də Allahın Padşahlığı haqda xoş xəbəri dünya miqyasında müjdələməyə başladılar. 1931-ci ildə onlar Yehovanın Şahidləri adını qəbul etdilər. Həvarilərin işləri 1:8; 2:1, 4; 5:42 ayələrini oxuyun.

4. Yehovanın Şahidlərinin təbliğ fəaliyyəti necə təşkil olunub?

Eramızın I əsrində məsihi yığıncaqları müxtəlif ərazilərdə təşkil edilmişdi. Bu yığıncaqlar rəhbərlik şurasının rəhbərliyi altında fəaliyyət göstərirdi. Rəhbərlik şurası da, öz növbəsində, məsihi icmasının başı olan İsa Məsihə tabe idi (Həvarilərin işləri 16:4, 5). Bu gün də bütün dünyada Yehovanın Şahidlərinin müjdəçilik işinə təcrübəli ağsaqqallardan ibarət Rəhbərlik Şurası nəzarət edir. Bu şuranın rəhbərliyi altında təşkilatın filialları fəaliyyət göstərir. Burada 700-dən çox dilə Müqəddəs Kitab vəsaitləri tərcümə edilir və çap olunur. Sonra bu vəsaitlər yığıncaqlara paylanır. Beləcə, şura bütün dünyada yüz on mindən çox yığıncağı ruhani qida ilə təmin edir və onlara rəhbərlik verir. Hər yığıncağa qayğıkeş ağsaqqallar nəzarət edir. 1 Butrus 5:2, 3 ayələrini oxuyun.

İsa peyğəmbərin ilk şagirdləri kimi, Yehovanın Şahidləri də ev-ev gedib insanlara xoş xəbəri müjdələyirlər (Həvarilərin işləri 20:20). Onlar haqqı sevən insanları Müqəddəs Kitabı öyrənməyə dəvət edirlər. Ancaq Yehovanın Şahidləri sadəcə təşkilat deyil. Bu adın arxasında mehriban Allahın başçılıq etdiyi ailə durur. Bizim aramızda əsil qardaşlıq məhəbbəti var (2 Salonikililərə 1:3). Bəli, Yehovanın xalqı Onun qulluğunda durmaq və insanlara kömək etmək üçün təşkil olunmuş ən xoşbəxt ailədir! Zəbur 33:12; Həvarilərin işləri 20:35 ayələrini oxuyun.

Əlavə məlumat

Yehovanın Şahidləri ilə tanışlıq

How many of Jehovah’s Witnesses do you know? What do you really know about us?