Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 11

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

1. Nəyə görə biz rəhbərliyə ehtiyac duyuruq?

Müqəddəs Kitab prinsipləri bizi özümüzdən muğayat olmağa çağırır (ZƏBUR 36:9).

Yaradan Allah biz insanlardan qat-qat hikmətlidir. O, mehriban bir ata kimi xoşbəxt olmağımızı istəyir. Biz Ondan asılıyıq, O, bizi belə yaradıb (Ərəmya 10:23). Uşağa valideyn tərbiyəsi vacib olduğu kimi, biz də Allahın rəhbərliyinə möhtacıq (Əşiya 48:17, 18). Allah Öz rəhbərliyini bizə Müqəddəs Kitab prinsipləri vasitəsilə verir. 2 Timutiyə 3:16 ayəsini oxuyun.

Yehova Allahın prinsip və qanunları həyatımızı mənalı edir, üstəlik, qarşıdakı əbədi nemətlərə aparan yolu bizə göstərir. Həyatımıza görə Yaradana borclu olduğumuz üçün Onun verdiyi rəhbərliyi minnətdarlıqla qəbul etməliyik. Zəbur 19:7, 11; Vəhy 4:11 ayələrini oxuyun.

2. Müqəddəs Kitab prinsipləri deyiləndə nə nəzərdə tutulur?

Müqəddəs Kitab prinsipləri ümumi qaydalardır. Prinsip qanundan fərqlənir — qanun konkret göstərişdir (Qanunun təkrarı 22:8). Müəyyən vəziyyətlə üzləşəndə biz hansı prinsip əsasında davranmalı olduğumuzu götür-qoy etməliyik (Məsəllər 2:10—12). Misal üçün, Müqəddəs Kitab öyrədir ki, həyat Allahın bəxşişidir. Bu prinsipdir. Deməli, bu bəxşişin qədrini bilməliyik, yəni istər evdə, istər işdə, istər yolda olarkən özümüzdən muğayat olmalıyıq. Həvarilərin işləri 17:28 ayəsini oxuyun.

3. Əsas prinsiplər hansılardır?

İsa peyğəmbər iki təməl prinsip haqda danışmışdı. Onlardan birincisi insanın mövcudluğunun məqsədini vurğulayır: insan Allahı tanımalı, sevməli və sədaqətlə Ona qulluq etməlidir. Bütün qərarlarımızın əsasında bu prinsip durmalıdır (Məsəllər 3:6). Bu prinsiplə yaşayan insan  Allahın dostluğunu qazanır, əsil xoşbəxtliyə yetişir və Cənnətdə yaşaması üçün zəmin yaradır. Mətta 22:36—38 ayələrini oxuyun.

İkinci prinsip başqaları ilə xoş münasibətdə olmağa kömək edir (1 Korinflilərə 13:4—7). Bu prinsipə görə, insan başqalarına Allahın gözü ilə baxmalı və buna uyğun davranmalıdır. Mətta 7:12; 22:39, 40 ayələrini oxuyun.

4. Müqəddəs Kitab prinsiplərinin bizə hansı faydası var?

Müqəddəs Kitab prinsipləri ailələri mehriban və möhkəm edir (Koloslulara 3:12—14). Allahın Kəlamında ailənin keşiyində duran daha bir prinsip var: nikah daimi olmalıdır. Yaradılış 2:24 ayəsini oxuyun.

Müqəddəs Kitabdakı prinsiplər insanın güzəranını yaxşılaşdırır və ona qəlb rahatlığı gətirir. Məsələn, sahibkarlar adətən vicdanlı, çalışqan işçilərə üstünlük verirlər. Müqəddəs Kitab da bizə məhz belə adam olmağı öyrədir (Məsəllər 10:4, 26; İbranilərə 13:18). Həmçinin Allahın Kəlamı bizə zəruri şeylərlə qane olmağı və Allahla münasibəti maddi şeylərdən üstün tutmağı aşılayır. Mətta 6:24, 25, 33; 1 Timutiyə 6:8—10 ayələrini oxuyun.

Müqəddəs Kitab prinsiplərinin həmçinin insanın səhhətinə də xeyri var (Məsəllər 14:30; 22:24, 25). Məsələn, Allah sərxoşluğu qadağan edir. Bu qadağa həyatımızı bir sıra ciddi xəstəliklərdən, o cümlədən bədbəxt hadisələrdən qoruyur (Məsəllər 23:20). Allah içkini tamamilə qadağan etmir, ancaq insan həddi aşmamalıdır (Zəbur 104:15; 1 Korinflilərə 6:10). Allahın öyüdləri sayəsində nəinki davranışımızı, həmçinin düşüncəmizi də təmiz saxlaya bilərik (Zəbur 119:97—100). Bununla belə, biz Allahın buyurduqlarına sırf öz mənfəətimizdən ötrü əməl etmirik. Bizim qayəmiz Yaradana şərəf gətirməkdir. Mətta 5:14—16 ayələrini oxuyun.

Əlavə məlumat

Müqəddəs Yazıları təmənnasız öyrənmək istəyirsiniz?

Müqəddəs Yazıları sizə rahat olan yerdə və vaxtda təmənnasız öyrənmək haqda istəyinizi bizə göndərin.