Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 3

Müjdədən bəhs edən kitab

Müjdədən bəhs edən kitab

1. Müqəddəs Kitabın müəllifi kimdir?

İnsanların yer üzündə əbədi yaşayacağı barədə xoş müjdə məhz Müqəddəs Kitabda yazılıb (Zəbur 37:29). Şərqdə Müqəddəs Kitab həmçinin Tövrat, Zəbur və İncil kimi tanınır. Müqəddəs Kitab 66 bölmədən ibarətdir. Allah bu kitabı qırxa yaxın müqəddəs bəndəsinə yazdırıb. Tövrat adı ilə tanınan ilk beş bölməni təxminən 3500 il bundan əvvəl Musa peyğəmbər qələmə alıb. Vəhy adlanan sonuncu bölməni isə təqribən 1900 il bundan öncə İsa peyğəmbərin davamçısı Yəhya yazıb. Bəs Allah onlara məlumatı necə çatdırıb? Müxtəlif yollarla. Bəzən diqtə edib, bəzən mələyi vasitəsilə bildirib, bəzən röyada aşkarlayıb, bəzən isə ürəklərinə salıb (Vəhy 1:1). Beləcə, bu adamlar Allahın fikirlərini qələmə alıblar. Bəli, Müqəddəs Kitabın müəllifi Yehova Allahdır. Çıxış 34:27; 2 Timutiyə 3:16 ayələrini oxuyun.

2. Müqəddəs Kitabın Allahdan olduğuna hansı sübutlar var?

Müqəddəs Kitabın Allahdan olduğuna dəlalət edən əsas amillərdən biri onun gələcək barədə dəqiq və ətraflı məlumat verməsidir. İnsan buna qadir deyil (Yuşə 23:14). Bəşəriyyətin gələcəyini dəqiqliyi ilə söyləməyə ancaq və ancaq Allah-Taala qadirdir. Əşiya 42:9; 46:10 ayələrini oxuyun.

Yəqin razılaşarsınız ki, Allahın nazil etdiyi kitab digər kitabların içində gözəçarpan dərəcədə seçilməlidir. Müqəddəs Kitab məhz belə kitabdır. O, yüzlərlə dildə dərc olunub və onun milyardlarla nüsxəsi yayılıb. Müqəddəs Kitab çox qədim kitab olsa da, müasir elmlə uzlaşır. Onu yazan 40 nəfərin sözləri bir-birinə zidd getmir, əksinə, biri digərini tamamlayır *. Bundan əlavə, Müqəddəs Kitabın səhifələrindən  nur saçan ilahi məhəbbət insanların həyatını kökündən dəyişmək qüdrətinə malikdir. Bu faktlar bizi əmin edir ki, Müqəddəs Kitab Allahın Kəlamıdır. 1 Salonikililərə 2:13 ayəsini oxuyun.

Bəs Tövrat və İncilin dəyişdirilməsi fikri doğrudurmu? Xeyr! Bu kitabların hal-hazırda mövcud olan qədim əlyazmaları onların dəyişilmədiyini, səhih şəkildə bizə gəlib çatdığını təsdiqləyir. Bu əlyazmalardan bəzilərinin yaşı iki min ildən çoxdur (Əşiya 40:8). Qadir Allah əsla yol verməz ki, kimsə Onun Kəlamını təhrif etsin. Zəbur 12:6, 7; 1 Butrus 1:24, 25 ayələrini oxuyun.

3. Müqəddəs Kitab nədən bəhs edir?

Allahın bəşəriyyət üçün gözəl niyyəti haqqında xoş müjdə Müqəddəs Kitabın əsas mövzusunu təşkil edir. Kitabda bəşər tarixinin başlanğıcında Adəmlə Həvvanın cənnəti itirməsindən danışılır. Oradan öyrəndiyimiz gözəl xəbərlərdən biri də odur ki, gələcəkdə dünya Cənnət olacaq. Vəhy 21:4, 5 ayələrini oxuyun.

Bundan əlavə, Müqəddəs Yazılarda qanunlar, prinsiplər və nəsihətlər vardır. Orada Allahın insanlarla rəftarına aid nümunələr yazılıb. Bu nümunələr Allahın ülvi sifətlərini açıqlayır. Bu yolla Müqəddəs Kitab bizə Allahı yaxından tanımağa və Onun dostu olmağa kömək edir. Zəbur 19:7, 11; Yaqub 2:23; 4:8 ayələrini oxuyun.

4. Müqəddəs Kitabı başa düşməyə nə kömək edə bilər?

Bu kitabçaya ən vacib mövzular daxil edilib. Hər fəsildə mövzunun əsaslandığı ayələr gətirilir və onların mənası açıqlanır. Allahın sözlərini öyrədən peyğəmbərlər də bu cür edirdilər. Luka 24:27, 45 ayələrini oxuyun.

Bəli, Allahdan nazil olmuş xoş xəbər misilsizdir! Lakin bəzi insanlar bu xəbərə laqeyd qalır, bəziləri hətta istehza da edir. Amma qoy belə hallar sizi ruhdan salmasın. Bilin ki, əbədi həyata ümidiniz Allah haqqında bilik almağınızdan asılıdır. Yəhya 17:3 ayəsini oxuyun.

^ abz. 7 «Hamı üçün olan kitab» broşürünə baxın.

Əlavə məlumat

Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?

Müqəddəs Kitabın müəllifi Allahdırsa, o, digər kitablardan fərqlənməlidir.