Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 1

İlahi müjdə

İlahi müjdə

1. Müjdə nədən ibarətdir?

Allah istəyir ki, insanlar xoşbəxt yaşasın. O, Yer kürəsini, onun üzərindəki cürbəcür nemətləri, ümumiyyətlə hər şeyi insanları sevdiyi üçün yaradıb. Allah tezliklə əzab-əziyyətin kökünü kəsəcək və bütün dünyada insanlara gözəl həyat bəxş edəcək. Ərəmya 29:11 ayəsini oxuyun.

Hələ heç bir hökumət insanları zorakılığın, xəstəlik və ölümün pəncəsindən qurtara bilməyib. Biz sizə şad xəbər çatdırmaq istəyirik! Allah tezliklə yer üzündə Öz hakimiyyətini bərqərar edəcək. Artıq heç bir başqa hökumət olmayacaq. O zaman Allahın sadiq bəndələri şad-xürrəm, canları sağ, əmin-amanlıq içində yaşayacaqlar. Dənyal 2:44; Əşiya 25:8; Vəhy 21:4 ayələrini oxuyun.

2. Müjdəni eşitməyimiz nə üçün vacibdir?

Allah buyurur ki, əzab-əziyyətin kökünü kəsmək üçün dünyanı pislərdən təmizləmək niyyətindədir (Səfənya 2:3). Görəsən, O, bunu nə vaxt edəcək? Bu gün bizi narahat edən vəziyyət Allahın Kəlamında axırzaman kimi təsvir olunmuşdur. Deməli, dünyada cərəyan edən hadisələr Allahın təyin etdiyi vaxtın lap yaxın olduğunu göstərir. 2 Timutiyə 3:1—5 ayələrini oxuyun.

3. Biz nə etməliyik?

Biz Müqəddəs Kitabdan Allah haqqında öyrənməliyik. Müqəddəs Kitab mehriban və qayğıkeş Yaradanımızın bizə göndərdiyi namədir. Bu kitab həm indi xoşbəxtliyə yetişməyin, həm də gələcəkdə yer üzündə əbədi həyata qovuşmağın yollarını göstərir. Ola bilsin ki, sizin Müqəddəs Kitabı öyrənməyiniz kiminsə xoşuna gəlməyəcək. Amma bunu bilin ki, bu kitabdan öyrəndikləriniz gözəl gələcəyiniz üçün zəmin yaradır. Bu fürsəti əldən verməyin. Məsəllər 29:25; Vəhy 14:6, 7 ayələrini oxuyun.

Əlavə məlumat

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?