Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 15

Həqiqət yolunda addımla

Həqiqət yolunda addımla

1. Müqəddəs Kitabı öyrənməyə davam edin

Sözsüz ki, Müqəddəs Kitabın əsas təlimlərini öyrənmək sizi Yehova Allaha yaxınlaşdırıb. İndi ürəyinizdə Allaha olan məhəbbəti bəsləyib böyütmək lazımdır (1 Butrus 2:2). Əbədi yaşamaq ümidiniz Allahla yaxın münasibət qurmağınızdan asılıdır. Bunun üçün Allahın Kəlamını müntəzəm öyrənmək lazımdır. Yəhya 17:3; Yəhuda 21 ayələrini oxuyun.

Allah barədə biliyiniz artdıqca, imanınız da artacaq. İman da, öz növbəsində, sizi Allahı razı salmağa şövqləndirəcək (İbranilərə 11:1, 6). Çünki iman insanı həyatında vacib dəyişikliklər etməyə təşviq edir. Həvarilərin işləri 3:19 ayəsini oxuyun.

2. Allah barədə biliyinizdən başqaları necə bəhrələnə bilər?

Sizin Yehova Allahla yaxın münasibət qurmaq imkanınız var

Kiməsə şad xəbər vermək insana xoşdur. Yəqin ki, sizdə də öyrəndiyiniz gözəl şeyləri başqaları ilə bölüşmək arzusu var. Müqəddəs Kitabı öyrəndikcə onu yaxşı biləcəksiniz. Onda Müqəddəs Kitabdan müjdəni və Yehova Allaha olan imanınızı məharətlə izah edə biləcəksiniz. Romalılara 10:13—15 ayələrini oxuyun.

Çoxları öyrəndiyi həqiqətləri ilk növbədə qohumlarına, dost-tanışa danışır. Siz də belə edə bilərsiniz. İmanınızı nəzakətlə izah edin. Onların inanclarını ittiham etmək əvəzinə, Allahın gözəl vədlərini danışın. Həmçinin yadda saxlayın ki, insana sözlərinizdən çox mehriban rəftarınız təsir edəcək. 2 Timutiyə 2:24, 25 ayələrini oxuyun.

3. Qarşınızda hansı imkan açılır?

Allahın Kəlamını öyrəndikcə Yehovaya yaxınlaşacaqsınız. Nəticədə, Allahla sizin aranızda xüsusi münasibət yaranacaq və siz  Onun ailəsinin üzvü olacaqsınız. 2 Korinflilərə 6:18 ayəsini oxuyun.

4. İndi nə etməlisiniz?

Ruhani inkişafınız üçün bundan sonra da Allahın Kəlamını öyrənməyə davam edin (İbranilərə 5:13, 14). Bu işdə Yehovanın Şahidləri sizə həvəslə kömək edərlər. Allahın Kəlamından qidalandıqca həyatınız daha dolğun, daha mənalı olacaq. Zəbur 1:1—3; 73:27, 28 ayələrini oxuyun.

Yehova xoşbəxt Allahdır. O, xoş müjdənin mənbəyidir. Yehovanın xalqı ilə dostluğunuz gücləndikcə Onunla da dostluğunuz möhkəmlənəcək (İbranilərə 10:24, 25). Yehova Allahın rəğbətini qazanmağa çalışmaqla siz əsil həyat, yəni əbədi həyat yoluna qədəm qoymuş olursunuz. Dünyada Allahın dostu olmaqdan gözəl heç nə ola bilməz! 1 Timutiyə 1:11; 6:19 ayələrini oxuyun.

Əlavə məlumat

İbadət görüşlərimiz necə keçirilir?

Gəlin, öz gözünüzlə görün.

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?