Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 12

Allaha yaxınlaşın

Allaha yaxınlaşın

1. Allah hansı duaları qəbul edir?

Allah bütün insanları Ona dua vasitəsilə yaxınlaşmağa dəvət edir (Zəbur 65:2). Lakin bir şeyi qeyd etmək lazımdır ki, Allah bütün duaları qəbul etmir. Misal üçün, əgər kişi arvadı ilə pis rəftar edirsə, onun duası Allahın dərgahına çatmır (1 Butrus 3:7). Qədimdə Allahın seçilmiş xalqı olan israillilər pis əməllərindən əl çəkməyəndə Allah onların dualarını rədd edirdi. Digər tərəfdən, qatı günahkar belə tövbə edərsə, Allah onun duasını qəbul etməyə hazırdır. Bəli, dua etmək böyük imtiyazdır. Əşiya 1:15; 55:7 ayələrini oxuyun.

2. Allaha necə dua etməliyik?

Dua ibadətin ayrılmaz bir hissəsidir. Biz yalnız yaradanımız Yehova Allaha dua etməliyik (Mətta 4:10; 6:9). Ancaq dua edərkən özünü günahlarımızdan ötrü fidyə etmiş İsa Məsihin adını da çəkməliyik. Çünki biz günahlıyıq və məhz bu fidyə pak Allaha yaxınlaşmağımıza yol açır (Yəhya 14:6). Yehova Allah istəyir ki, dualarımız ürəkdən gəlsin. Duaları əzbərləyib təkrarlamaq, yaxud üzdən oxumaq lazım deyil. Mətta 6:7; Filippililərə 4:6, 7 ayələrini oxuyun.

Yaradanımız ürəkdə söylənən duaları da eşidir (1 İşmuil 1:12, 13). Biz hər zaman Allaha dua edə bilərik. Məsələn, günün əvvəlində, günün sonunda, süfrə başında, çətinliklərlə üzləşəndə dua etmək münasibdir. Zəbur 55:22; Mətta 15:36 ayələrini oxuyun.

3. Nə üçün Allahın xidmətçiləri birgə toplaşmalıdır?

Bu zəmanədə Allaha yaxınlaşmaq istəyən insan müxtəlif maneələrlə üzləşməli olur, axı biz Allahsız dünyada yaşayırıq.  İndiki insanlar Allahın vədlərinə inanmır (2 Timutiyə 3:1, 4; 2 Butrus 3:3, 13). Buna görə də iman qardaşlarımızla bir-birimizi ruhlandırıb möhkəmləndirməliyik. Buna həm onların, həm bizim ehtiyacımız var. İbranilərə 10:24, 25 ayələrini oxuyun.

Allahı sevən insanlarla ünsiyyətdə olmaq bizi Allaha daha da yaxın edir. Yehovanın Şahidlərinin yığıncaqları bunun üçün gözəl imkan yaradır, bura gələnlər bir-birinin imanını bərkidir, bir-birini ruhlandırırlar. Romalılara 1:11, 12 ayələrini oxuyun.

4. Allaha yaxınlaşmaq üçün daha nə etmək lazımdır?

Yehova Allaha yaxınlaşmaq üçün Onun Kəlamını oxuyub-öyrənmək, Onun işlərini, nəsihətlərini, vədlərini dərk etmək lazımdır. Yaradanın sonsuz məhəbbəti və dərin hikməti üzərində düşünəndə ürəyiniz Ona qarşı minnətdarlıqla dolub-daşacaq. Yuşə 1:8; Zəbur 1:1—3 ayələrini oxuyun.

Allaha yaxınlaşmaq üçün Ona etibar etmək, iman etmək zəruridir. İman isə bitki kimidir, onu bəsləmək gərəkdir. İman üçün vacib olan bilikləri mənimsəyin, belə etsəniz, imanınız getdikcə artacaq. Mətta 4:4; İbranilərə 11:1, 6 ayələrini oxuyun.

5. Allaha yaxınlaşmaq sizə hansı faydanı gətirəcək?

Yehova Allah Onu sevənləri sevir, onların imanına və əbədi həyat ümidinə xətər dəyməyə qoymur (Zəbur 91:1, 2, 7—10). O, bizi səhhətimizə zərər vuran və səadətimizə maneə törədən şeylərdən xəbərdar edir. Yehova Allah bizə ən gözəl həyat yolunu öyrədir! Zəbur 73:27, 28; Yaqub 4:4, 8 ayələrini oxuyun.

Əlavə məlumat

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?