Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 10

Allaha məqbul ibadət

Allaha məqbul ibadət

1. Bütün dinlər Allaha məqbuldurmu?

«Özünüzü yalançı peyğəmbərlərdən gözləyin» (MƏTTA 7:15).

İsa peyğəmbər insanlara tək bir dini, haqq dinini öyrədirdi. O, bu dini əbədi həyata aparan yola bənzətmişdi və demişdi ki, «bu yolu az adam tapır» (Mətta 7:14). Yalnız haqq kəlamı olan Müqəddəs Kitaba əsaslanan ibadət Allaha məqbuldur. Bütün dünyada Allaha sidqi-ürəkdən ibadət edənlər tək bir dində, həqiqi dində birləşirlər. Yəhya 4:23, 24; 14:6 ayələrini oxuyun.

2. İsa Məsih davamçılarını nə barədə xəbərdar etdi?

«Onlar hamının qarşısında Allahı tanıdıqlarını söyləyirlər, ancaq əməlləri ilə Onu danırlar» (TİTUSA 1:16).

İsa peyğəmbər qabaqcadan demişdi ki, zahirən mömin görünən yalançılar peyda olacaq və onun qoyduğu yolu korlayacaq. Onları necə tanımaq olar? Əməllərindən. Dildə İsanın qoyduğu yolla getdiyini deyən, amma əməlləri bu iddianın tam əksi olan dinləri tanıyırsınız? Haqq yolu ilə gedənlərin xüsusiyyətləri və əməlləri bu yola uyğun olmalıdır. Mətta 7:13—23 ayələrini oxuyun.

3. Kimlər Allahın yolu ilə gedir?

Bu adamları növbəti əlamətlərdən tanımaq olar:

  • Müqəddəs Kitabı rəhbər tuturlar. Allahın yolu ilə gedənlər Onun Kəlamına uyğun yaşayırlar. Deməli, həqiqi dində insanın icad etdiyi təlimlər olmamalıdır (Mətta 15:7—9). Həqiqi ibadətçilərin sözü ilə əməli birdir. Yəhya 17:17; 2 Timutiyə 3:16, 17 ayələrini oxuyun.

  •   Yehova Allahın adını uca tuturlar. Allahın yolu ilə gedənlər Allahın adına böyük ehtiram bəsləyirlər. Musa, Davud kimi peyğəmbərlər Allahın adını bilir, Onu bu adla çağırırdılar. İsa Məsih də Allahın adını uca tutur, onu insanlara bildirirdi. Üstəlik, Allahın adının müqəddəs tutulması üçün dua etməyi öyrədirdi (Mətta 6:9). Bəs bu gün kimlər Yehova Allahın adını insanlara açıqlayır? Yəhya 17:26; Romalılara 10:13, 14 ayələrini oxuyun.

  • Allahın Padşahlığını müjdələyirlər. Allah-Taala İsa Məsihi yer üzünə xoş müjdə ilə göndərmişdi. Həmin müjdə səmavi Padşahlıq haqqında idi. Bu Padşahlıq bəşəriyyətin yeganə ümid yeridir. İsa peyğəmbər müjdəni son nəfəsinədək bəyan etdi (Luka 4:43; 8:1; 23:42, 43). O, davamçılarına da tapşırdı ki, bu müjdəni dünyaya yaysınlar. Allahın yolu ilə gedənlər bu tapşırığı icra edirlər. Mətta 24:14 ayəsini oxuyun.

  • Dünya işlərinə qarışmırlar. Allahın yolu ilə gedənlər siyasətə və ictimai münaqişələrə baş qoşmurlar (Yəhya 17:16; 18:36). Həmçinin onlar zəmanəmizin çirkin əməllərindən kənarda durur və saxta dəyərlərin dalınca düşmürlər. Yaqub 4:4 ayəsini oxuyun.

  • Aralarında qardaşlıq məhəbbəti var. Allahın yolu ilə gedənlər milliyətindən asılı olmayaraq, hər bir insana hörmət edirlər. Bu, Müqəddəs Kitabın tələbidir. Əksər dinlər müharibələri dəstəklədiyi halda, Allahın tərəfində olanlar heç bir münaqişəyə qarışmırlar (Mikə 4:1—3). Əksinə, var güclərini ülvi məqsədlərə sərf edirlər. Yəhya 13:34, 35; 1 Yəhya 4:20 ayələrini oxuyun.

4. Hansı din:

Təlimlərini Müqəddəs Kitabdan götürür? Allahın adını uca tutur? Allahın Padşahlığını bəşəriyyətin yeganə ümid yeri kimi müjdələyir? Əsil qardaşlıq məhəbbəti ilə səciyyələnir və münaqişələrdən kənarda durur? Siz nə deyərdiniz? 1 Yəhya 3:10—12 ayələrini oxuyun.