Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 5

Allahın bəşəriyyət üçün niyyəti

Allahın bəşəriyyət üçün niyyəti

1. Allah Yer kürəsini nə üçün yaradıb?

Yehova Allah Yer kürəsini insan üçün yaradıb. Bura bizim evimizdir. İlk insanlar Adəm və Həvva göydə yaşamaq üçün yaranmamışdılar. Göydə yaşamaq üçün Allah mələkləri yaratmışdı (Əyyub 38:4, 7). Yehova Allah ilk insanı Ədən bağı adlanan gözəl cənnətdə yerləşdirdi (Yaradılış 2:15—17). Allah ona və onun gələcək övladlarına yer üzündə əbədi yaşamaq imkanı vermişdi. Zəbur 37:29; 115:16 ayələrini oxuyun.

Başlanğıcda yalnız Ədən bağı cənnət idi. İlk insan cütü törəyib bütün dünyaya sahib olmalı və onu cənnətə çevirməli idi (Yaradılış 1:28). Allah buyurur ki, Yer kürəsi heç vaxt məhv olmayacaq, o, əbədiyyən bəşəriyyətin evi olaraq qalacaq. Zəbur 104:5 ayəsini oxuyun.

2. Bəs nə üçün dünya indi cənnət deyil?

Adəmlə Həvva Allahın sözündən çıxdılar, buna görə də Yehova Allah onları cənnət bağından qovdu. Cənnət itirildi! Heç bir insan onu bərpa etməyə qadir deyil. Müqəddəs Kitab açıqlayır ki, o vaxtdan bəri «dünya şərin ixtiyarına verilib» (Əyyub 9:24). Yaradılış 3:23, 24 ayələrini oxuyun.

Lakin Yaradanımız Yehova hər şeyə qadirdir. O, bəşəriyyətlə bağlı ilk niyyətindən dönməyib (Əşiya 45:18). Allah bəşəriyyəti əzəldən niyyət etdiyi duruma qaytaracaq. Zəbur 37:11 ayəsini oxuyun.

3. Cənnət necə bərpa olacaq?

Allahın təyin etdiyi padşahın, İsa Məsihin hakimiyyəti dövründə cənnət yer üzündə bərpa ediləcək. Armageddon adlanan döyüşdə Məsih öz başçılığı altında olan mələklərlə  birgə Allaha boyun əyməyənlərin hamısını məhv edəcək. Sonra İsa Məsih Şeytanı tutub min illiyə buxovlayacaq. Allahın xalqı isə sağ qalacaq, çünki İsa Məsih onları hifz edib nicat yoluna yönəldəcək. Onlar Cənnətdə əbədi yaşayacaqlar. Vəhy 20:1—3; 21:3, 4 ayələrini oxuyun.

4. Əzab-əziyyətin sonu nə vaxt gələcək?

Bəs Allah pisliyi nə vaxt yox edəcək? İsa peyğəmbər sonun yaxın olduğuna işarə edən əlamət vermişdi. Bu gün dünyada cövlan edən hadisələr bəşəriyyəti uçuruma sürükləyir. Buradan məlum olur ki, biz dövrün yekununda yaşayırıq. Mətta 24:3, 7—14, 21, 22 ayələrini oxuyun.

İsa Məsih minillik hakimiyyəti ərzində, göydən yeri idarə edən zaman əzab-əziyyətə son qoyacaq (Əşiya 9:6, 7; 11:9). Həmçinin o, Allahı sevən insanların günahlarını siləcək. Xəstəlik, qocalıq, ölüm dünyadan götürüləcək. Beləcə, İsa Məsih Allahın əzəli niyyətini həyata keçirəcək. Əşiya 25:8; 33:24 ayələrini oxuyun.

5. Cənnətdə kimlər yaşayacaq?

Yehovanın Şahidlərinin ibadət evlərində Allahı sevən və Onun yollarını öyrənən adamlar toplaşır

Cənnətdə Allaha tabe olan insanlar yaşayacaq (1 Yəhya 2:17). İsa peyğəmbər öz davamçılarına tapşırıb ki, həlim insanları axtarıb tapsınlar və onlara Allahın yolu ilə getməyi öyrətsinlər. Bu gün Yehova Allah milyonlarla insanı Cənnətdə yaşamaq üçün hazırlayır (Səfənya 2:3). Yehovanın Şahidlərinin yığıncaqlarında insanlar yaxşı ər, yaxşı arvad, yaxşı ata-ana olmağı öyrənirlər. Uşaqlarla valideynlər Allaha ibadət edir və Onun kəlamından bəhrələnirlər. Mikə 4:1—4 ayələrini oxuyun.