Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 7

Allahın Padşahlığı

Allahın Padşahlığı

1. Allahın Padşahlığı nədir?

Nəyə görə demək olar ki, ən ideal padşah İsa Məsihdir? (MARK 1:40—42).

Allahın Padşahlığı səmavi hökumətdir. O, bütün hökumətləri əvəz edəcək, Allahın niyyətini göydə və yerdə həyata keçirəcək. Allahın Padşahlığı bəşəriyyətin əsrlər boyu arzuladığı gözəl hökumətdir. Bu Padşahlıq dünyada bütün insanları birləşdirəcək. Dənyal 2:44; Mətta 6:9, 10; 24:14 ayələrini oxuyun.

Adətən, padşahlığın başında padşah durur. Allahın Padşahlığını da idarə edən padşah var. Bu padşah Allahın təyin etdiyi İsa Məsihdir. Vəhy 11:15 ayəsini oxuyun.

2. Nəyə görə İsa Məsih ən yaxşı padşahdır?

İsa Məsih ideal padşahdır, çünki o, xeyirxahdır və haqq tərəfdarıdır (Yəhya 1:14). O, dünyanı göydən idarə edəcək və bəşəriyyəti firavanlığa qovuşduracaq. İsa Məsih ölüb diriləndən sonra göyə qalxdı və Yehova Allahın sağında əyləşib padşah səlahiyyətini alanadək gözlədi (İbranilərə 10:12, 13). Vaxt yetişəndə Allah onu taxta çıxartdı. Dənyal 7:13, 14 ayələrini oxuyun.

3. Padşahlıqda daha kimlər var?

Müqəddəs Kitab göstərir ki, İsa Məsihlə bərabər Padşahlıqda Allahın seçdiyi müqəddəs insanlar hakimiyyət sürəcək (Dənyal 7:27). Bu qrupa ilk olaraq İsa Məsihin sadiq həvariləri seçiliblər. Yehova Allah indiyədək mömin kişi və qadınları seçib müqəddəslərin sırasına daxil edir. İsa Məsih kimi, onlar da öləndə ruhani varlıq olaraq dirilib göyə qalxırlar. Yəhya 14:1—3; 1 Korinflilərə 15:42—44 ayələrini oxuyun.

 Bəs səmavi Padşahlığa neçə nəfər çağırılır? İsa peyğəmbərin sözlərindən məlum olur ki, onların sayı məhduddur (Luka 12:32). Bu adamların sayı cəmi 144 000 nəfər olacaq. Onlar İsa Məsihlə birgə Yeri idarə edəcəklər. Vəhy 14:1 ayəsini oxuyun.

4. İsa Məsihin taxta çıxması hansı hadisələrlə müşayiət olundu?

Allahın Padşahlığı 1914-cü ildə fəaliyyətə başladı. İsa Məsih taxta çıxan kimi, ilk növbədə, Şeytanı və onun cinlərini göydən yerə atdı. Şeytan bundan bərk qəzəbləndi və bütün dünyanı zülmə qərq etdi (Vəhy 12:7—10, 12). O vaxtdan bəri bəşəriyyətin dərd-bəlası günü-gündən artır. Müharibələr, qıtlıqlar, epidemiyalar, zəlzələlər baş alıb gedir. Bütün bunlar ona işarə edir ki, tezliklə Allahın Padşahlığı dünyanın işlərini bütövlüklə əlinə alacaq. Luka 21:7, 10, 11, 31 ayələrini oxuyun.

5. Allahın Padşahlığı nələrə nail olub?

Allahın Padşahlığı ümumdünya təbliğ işi sayəsində bütün millətlərdən çoxlu sayda insanı qardaşlıq telləri ilə birləşdirib. Milyonlarla həlim ürəkli insan padşah İsanın təbəələri sırasına qoşulur. Allahın Padşahlığı bu dünya düzənini məhv edəndə həmin insanları qoruyub saxlayacaq. Kim Allahın Padşahlığının gətirdiyi nemətləri dadmaq istəyirsə, Məsih padşaha itaət göstərməyi öyrənməlidir. Vəhy 7:9, 14, 16, 17 ayələrini oxuyun.

Padşahlıq min il ərzində Allahın bəşəriyyətlə bağlı əzəli niyyətini həyata keçirəcək. Yer kürəsi Cənnət olacaq. Sonda İsa Məsih padşahlığı Atasına təhvil verəcək (1 Korinflilərə 15:24—26). Siz də Allahın Padşahlığı barədə bu gözəl xəbəri dost-tanışınıza danışa bilərsiniz. Zəbur 37:10, 11, 29 ayələrini oxuyun.

Əlavə məlumat

How Do Jehovah’s Witnesses Organize Their Preaching Work?

We follow the pattern set by Jesus when he was on earth. What are some of these preaching methods?