Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin 10 sualına cavab

 3-CÜ SUAL

Valideynlərimlə necə söhbət edim?

Valideynlərimlə necə söhbət edim?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Valideynlərinlə yola getməyi bacarsan, həyatın rahat olacaq.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Çərşənbə günü axşamdır. 17 yaşlı Yusif ona tapşırılan işləri görüb qurtarıb. İndi dincələ bilər! O, televizoru açır və sevimli kreslosuna əyləşir.

Elə bu vaxt atası qapının ağzını kəsdirir. Üzündən narazı olduğu görünür.

«Yusif! Mən sənə nə demişdim? Boş-boş televizorun qabağında nə oturmusan? Sənə deməmişdim, qardaşına dərslərini eləməyə kömək edəsən? Heç vaxt deyilən işi axıra kimi görmürsən!»

«Yenə başladı da», — deyə Yusif dodağının altında deyinir, ancaq atası onun nə dediyini eşidir.

O, qabağa əyilərək deyir: «Nə dedin?! Bir də təkrar elə!»

«Heç nə», — Yusif ufuldayaraq gözlərini süzdürür.

Atası özündən çıxır: «Bu nə danışıqdır?»

Yusifin yerində olsaydın, məsələnin bu həddə gəlib çıxmaması üçün nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Valideynlərlə ünsiyyəti, müəyyən mənada, maşın sürməyə bənzətmək olar. Sürücü yolda qarşısına maneə çıxanda başqa yol axtarır.

 MƏSƏLƏN:

Leyla deyir: «Atamla danışmaq mənim üçün çətindir. Bəzən elə olur ki, mən danışıram, danışıram, birdən atam qayıdıb soruşur: “Bağışla, sən nəsə dedin?”»

LEYLANIN ÜÇ SEÇİMİ VAR:

  1. Atasına səsini qaldırsın.

    Leyla qışqırır: «Ata, vacib şey danışıram. Qulaq as da!»

  2. Atası ilə söhbəti dayandırsın.

    Problemi haqda danışmağa bir daha cəhd göstərmir.

  3. Münasib vaxtı gözləsin və yenidən danışsın.

    Atası ilə üz-üzə söhbət edir və ya problemi haqda ona məktub yazır.

Sən Leylaya hansı variantı məsləhət görərdin?

DÜŞÜN: Leylanın atasının fikri başqa yerdədir, buna görə də qızının qanıqara olduğunu görmür. Əgər Leyla A variantını seçsə, ola bilsin, atası çaş-baş qalacaq. Belə etməklə atası, onsuz da, ona qulaq asan deyil. Üstəlik, bununla atasına hörmətsizlik etmiş olar (Efeslilərə 6:2). Aydındır ki, bu variant işə yaramır.

Sürücü yoluna davam etmək üçün başqa yol tapdığı kimi, sən də valideynlərinlə dil tapmağa çalış

B variantı ən asan üsul olsa da, vəziyyətdən ən yaxşı çıxış yolu deyil. Nəyə görə? Problemlərini həll etmək üçün Leyla vəziyyəti atasına danışmalıdır. Atası da ona kömək edə bilsin deyə, onunla nə baş verdiyini bilməlidir. Göründüyü kimi, susmaq vəziyyəti həll etmir.

Leyla C variantını seçsə, yol verməyəcək ki, yaranmış vəziyyət onun yolunu kəssin. O, atası ilə başqa bir vaxt söhbət etməyə çalışacaq. Əgər o, məktub yazmaq qərarına gəlsə, çox ehtimal ki, dərhal rahatlıq hiss edəcək.

Məktub yazmaq ona hisslərini aydın ifadə etməyə kömək edəcək. Atası məktubu oxuduqdan sonra qızının onunla nə haqda danışmaq istədiyini biləcək və onun vəziyyətini başa düşəcək. Beləliklə, həm Leyla, həm də atası üçün C variantı ən əlverişli variantdır. Bu variantı seçməklə Leyla Müqəddəs Kitabın «sülhə aparan... şeylərə can ataq» məsləhətinə əməl etmiş olacaq (Romalılara 14:19).

Səncə, Leyla vəziyyəti daha necə həll edə bilər?

Öz variantın və onun mümkün nəticələri barədə düşün.

 AYDIN DANIŞ

Unutma ki, sən bir şey deyə bilərsən, valideynlərin isə tamamilə başqa şey başa düşə bilər.

MƏSƏLƏN:

Valideynlərin səndən nəyə görə kefsiz olduğunu soruşurlar. Sən də: «Bu haqda danışmaq istəmirəm», — deyə cavab verirsən.

Ancaq onlar sənin sözlərini: «Mən sizə etibar etmirəm. Problemlərimi dostlarıma danışaram, amma sizə yox», — kimi başa düşə bilər.

Təsəvvür et ki, çətin problemlə üzləşmisən və valideynlərin sənə kömək etmək istəyir. Sən deyirsən: «Narahat olmayın, özüm həll edərəm».

  • Valideynlərin nə başa düşə bilər?

  • Necə daha yaxşı cavab verə bilərsən?