Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin 10 sualına cavab

 9-CU SUAL

Təkamülə inanmaq nə dərəcədə məntiqlidir?

Təkamülə inanmaq nə dərəcədə məntiqlidir?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Əgər təkamül nəzəriyyəsi doğrudursa, deməli, həyatın mənası yoxdur. Əgər hər şeyi Allah yaradıbsa, onda həyatla və gələcəklə bağlı suallara cavab tapmaq mümkündür.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Aqil çaş-baş qalıb. O, uşaqlıqdan inanır ki, hər şeyi Allah yaradıb. Ancaq bu gün biologiya müəllimi qəti şəkildə iddia etdi ki, təkamül nəzəriyyəsi faktdır və elm bunu təsdiq edib. Aqil uşaqların yanında axmaq görünmək istəmir. O, öz-özünə fikirləşir: «Əgər alimlər bunu sübut edibsə, mən kiməm ki, şübhə edim?!»

Aqilin yerində olsaydın, sadəcə, dərslikdə fakt kimi gətirildiyi üçün təkamül nəzəriyyəsinə inanardın?

DAYAN VƏ FİKİRLƏŞ!

Hər iki nəzəriyyəyə inanan insanlar öz mövqelərini əminliklə bildirsələr də, çox vaxt fikirlərini heç nəyə əsaslandıra bilmirlər.

  • Bəziləri dindarlardan eşitdiklərinə görə dünyanı Allahın yaratdığına inanırlar.

  • Bəzilərinin təkamülə inanmalarına səbəb məktəbdə aldıqları təhsildir.

 DÜŞÜNMƏK ÜÇÜN 6 SUAL

Müqəddəs Kitabda deyilir: «Hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır» (İbranilərə 3:4). Nəyə görə bunun həqiqət olduğuna inanmaq olar?

Yaradanın olmadığını iddia etmək evin öz-özünə yarandığını iddia etmək qədər ağılsızlıqdır

İDDİA: Kainatdakı hər şey təsadüfən baş verən böyük partlayış nəticəsində yaranıb.

1 Böyük partlayışa kim və ya nə səbəb olub?

2 Hansı daha məntiqlidir? Hər şeyin öz-özünə yaranması, yoxsa nədənsə və ya kimsə tərəfindən yaranması?

İDDİA: İnsan heyvandan əmələ gəlib.

3 Əgər insan heyvandan, yəni meymundan əmələ gəlibsə, onda niyə insanın zehni qabiliyyəti ilə meymunun zehni qabiliyyəti arasında dağlar qədər fərq var?

4 Nəyə görə hətta ən «sadə» həyat forması belə, mürəkkəb quruluşa malikdir?

İDDİA: Təkamül sübut olunub.

5 Bunu iddia edən insan özü sübutları araşdırıb?

6 Nə qədər insan sırf ziyalılar təkamülə inandığı üçün bu nəzəriyyəyə inanır?

«Meşədə gəzdiyin yerdə qabağına ağacdan gözəl bir ev çıxsaydı: “Necə maraqlıdır! Gör bu ağaclar necə düzgün şəkildə üst-üstə düzülüblər ki, bu cür qəşəng ev yaranıb”, — deyə fikirləşərdin? Əlbəttə ki, yox! Axı bu, məntiqsizdir. Onda nəyə görə Kainatdakı hər şeyin təsadüfən yarandığına inanmalıyıq?» (Fatma).

«Əgər kimsə bir mətbəədə partlayış olduğunu, mürəkkəbin divara və tavana sıçraması nəticəsində böyük lüğət əmələ gəldiyini desəydi, ona inanardın?» (Günay).

 NƏYƏ GÖRƏ MƏN ALLAHA İNANIRAM?

Müqəddəs Kitab bizi ağılla ibadət etməyə səsləyir (Romalılara 12:1). Bu o deməkdir ki, sən yalnızca aşağıda gətirilən səbəblərə görə Allaha inanmamalısan.

  • HİSSLƏR — mənə elə gəlir ki, nəsə ali bir qüvvə olmalıdır

  • BAŞQALARININ TƏSİRİ — mən dindar cəmiyyətdə yaşayıram

  • TƏZYİQ — valideynlərim mənə uşaqlıqdan Allaha inam aşılayıblar. Başqa seçimim yox idi

Əslində, imanın üçün tutarlı əsasların olmalıdır.

«Müəllim insan orqanizminin funksiyalarını izah edəndə Allahın varlığına daha da əmin oluram. Orqanizmimizin hətta ən kiçik üzvünün belə, öz funksiyası var və onlar çox vaxt öz funksiyalarını elə yerinə yetirir ki, heç bizim xəbərimiz də olmur. İnsan orqanizmi, həqiqətən də, heyrətamizdir!» (Təranə).

«Göydələn, böyük gəmi və maşın görəndə öz-özümə soruşuram: “Bunu kim düzəldib?” Məsələn, götürək maşını. Maşının işləməsi üçün onun bütün hissələri düzgün işləməlidir. Bunun üçün isə ağıl gərəkdir. Əgər maşını düzəldən varsa, onda insanı da yaradan olmalıdır» (Rəşad).

«Elmin dərinliklərinə vardıqca təkamül mənə məntiqsiz gəlirdi... Fikrimcə, təkamülə inanmaq üçün insana daha çox “iman” gərəkdir, nəinki Yaradanın mövcudluğuna» (Elçin).

BİR DÜŞÜN

Onilliklərdir aparılan tədqiqatlara baxmayaraq, alimlərin təkamüllə bağlı verdikləri izahatlarda yekdillik yoxdur. Əgər alimlər təkamül məsələsində razılığa gələ bilmirsə, halbuki onlar bu işin mütəxəssisləri sayılır, sənin bu nəzəriyyəni təkzib etməyində səhv nəsə var?

Əlavə məlumat

Müqəddəs Kitabda yaradılış haqda nə deyilir?

Müqəddəs Kitabda altı yaradılış günündən söhbət açılır. Bu günlər 24 saatdan ibarət olub?