Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin 10 sualına cavab

 2-Cİ SUAL

Nəyə görə xarici görkəmim məni narahat edir?

Nəyə görə xarici görkəmim məni narahat edir?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Həyatda insanın xarici görkəmindən qat-qat vacib şeylər var.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Valideynləri və dostları Cəmaləyə arıq olduğunu söyləsə də, o, hər dəfə güzgüyə baxanda kök olduğunu düşünür və öz-özünə deyir: «Arıqlamaq lazımdır».

Bu yaxınlarda Cəmalə qarşısına məqsəd qoyub ki, iki-üç kiloqram arıqlasın. Buna görə də neçə gündür, özünə zülm edir, demək olar ki, heç nə yemir...

Cəmalənin yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Ola bilsin, xarici görünüşünlə bağlı təsəvvürün əyri güzgüdəki əksinə bənzəyir

Xarici görkəm barədə düşünmək normal haldır. Elə Müqəddəs Kitabda da bir neçə nəfərin, məsələn, Sara, Rəhilə, Abiqayil, Yusif və Davudun görkəmi vəsf olunur. Orada Abişaq adlı bir qız «misilsiz gözəl» kimi təsvir olunur (1 Padşahlar 1:4).

Amma gənclərin çoxu xarici görkəminə görə həddən artıq narahat olur. Bu da bir sıra problemlər yaradır. Məsələn:

  • Bir araşdırmaya əsasən, qızların 58 faizi çox kök olduğunu düşünür, əslində isə onların yalnız 17 faizi kökdür.

  • Digər araşdırma nəticəsində məlum olub ki, qadınların 45 faizi hədsiz arıq olduqları halda həddən artıq kök olduqlarını düşünürlər.

  • Arıqlamağa çalışan bəzi gənclər anoreksiya xəstəliyinə tutulur. Bu, qida qəbulu pozuntusu ilə və insanın ifrat dərəcədə arıqlaması ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli xəstəlikdir.

 Özündə anoreksiyanın əlamətlərini və ya qida pozuntusu müşahidə edirsənsə, kömək istə. Əvvəla, bu barədə valideyninə, yaxud böyüklərdən etibar etdiyin bir nəfərə danış. Müqəddəs Kitabda yazılıb: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

ZAHİRİN, YOXSA DAXİLİN VACİBDİR?

Əslində, insanı gözəlləşdirən onun daxili aləmidir. Buna əmin olmaq üçün Davud padşahın oğlu Absalamın nümunəsinə baxa bilərik. Müqəddəs Kitabda yazılıb:

«Absalamın yaraşığı dillər əzbəri idi... Onda bircə dənə də eyib yox idi» (2 İşmuil 14:25).

Amma Absalam həddən artıq qürurlu, şöhrətpərəst və xəyanətkar insan idi. Müqəddəs Kitabda o, yaxşı insan kimi yox, xain və qəddar insan kimi təsvir olunur.

Müqəddəs Kitabda gözəl məsləhət var:

«Yeni şəxsiyyəti geyinin» (Koloslulara 3:10).

«Qoy bəzəyiniz zahiri şeylər... yox,.. daxili varlığınız olsun» (1 Butrus 3:3, 4).

Gözəl görünməkdə pis bir şey yoxdur, ancaq daha vacibi sənin daxilən necə insan olmağındır. Səninlə tanış olandan bir müddət sonra insanları sənin gözəl bədən quruluşun yox, gözəl xüsusiyyətlərin cəlb edəcək. Fəridə deyir: «Ola bilsin, sənin gözəlliyin insanları dərhal cəlb etsin, ancaq onların yadında qalan sənin gözəl xüsusiyyətlərin olacaq».

SƏN VƏ XARİCİ GÖRKƏMİN

Xarici görkəminə görə tez-tez pis olursan?

Nə vaxtsa ağlından plastik əməliyyat etdirmək və ya ciddi pəhriz saxlamaq keçib?

Əlində olsaydı, xarici görkəmində nəyi dəyişərdin?

  • BOY

  • ÇƏKİ

  • SAÇ

  • BƏDƏN QURULUŞU

  • ÜZ

  • DƏRİNİN RƏNGİ

Əgər ilk iki suala «bəli» cavabı vermisənsə və variantlardan üçünü və ya bir neçəsini seçmisənsə, bu fikri yadda saxla: Sənin özündə gördüyün qüsurları, çox ehtimal ki, başqaları ümumiyyətlə görmür. Xarici görkəm məsələsi həddən artıq narahatçılığa və insanın ifrata varmasına səbəb ola bilər (1 İşmuil 16:7).

Əlavə məlumat

Gənclər sağlam həyat tərzi haqda nə deyirlər?

Düzgün qidalanmaq və idman etmək sənin üçün çətindir? Bu çarxa bax və gör yaşıdların sağlam qalmağın üsulları barədə nə deyirlər.