Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gələcək barədə nə fikirləşirsiniz?

Gələcək barədə nə fikirləşirsiniz?

Sizcə, dünyadakı vəziyyət...

  • olduğu kimi qalacaq?

  • daha betər olacaq?

  • yaxşılaşacaq?

 MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Allah... onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (İncil, Vəhy 21:3, 4).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Mənalı və sevinc gətirən iş(Peyğəmbərlərin kitabı, Əşiya 65:21—23).

Xəstəliyin və ağrı-acının olmayacağı həyat (Peyğəmbərlərin kitabı, Əşiya 25:8; 33:24).

Doğmalarınızın və dostlarınızın əhatəsində xoşbəxt əbədi həyat (Zəbur 37:11, 29).

 MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı iki səbəbə görə:

  • Allah Öz vədlərini yerinə yetirməyə qadirdir. Müqəddəs Kitabda yalnız Yehova Allah «Qüdrət Sahibi» adlanır, çünki Onun gücünün həddi-hüdudu yoxdur (İncil, Vəhy 15:3). Elə buna görə də O, yer üzündəki şəraiti yaxşılığa doğru dəyişəcəyinə dair vədini həyata keçirməyə qadirdir. Müqəddəs Kitabda deyildiyi kimi, «Allah üçün hər şey mümkündür» (İncil, Mətta 19:26).

  • Allah vədini yerinə yetirmək istəyir. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Allah ölən insanların həsrətini çəkir və onları həyata qaytaracağı vaxtı gözləyir (Peyğəmbərlərin kitabı, Əyyub 14:14, 15).

    Həmçinin Müqəddəs Kitabda yazılıb ki, İsa peyğəmbər xəstələrə şəfa verirdi. Bəs o, nəyə görə belə xeyirxah əməllər görürdü? Çünki bu, onun ürəyindən gəlirdi (İncil, Mark 1:40, 41). Allaha-Taala kimi, İsa peyğəmbər də ehtiyacı olanlara yardım etmək istəyirdi (İncil, Yəhya 14:9).

    Bəli, Yehova Allah bizim xoşbəxt gələcəyə qovuşmağımıza kömək etmək istəyir! (Zəbur 145:16; İncil, 2 Butrus 3:9).

 DÜŞÜNÜN

Allah yer üzündə şəraiti yaxşılığa doğru necə dəyişəcək?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: MƏTTA 6:9, 10; DƏNYAL 2:44.

Əlavə məlumat

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.

Allahın Padşahlığı

Allahın Padşahlığının Padşahı kimdir? Bu hökumət nələri həyata keçirəcək?