Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Dərd-sər nə vaxtsa bitəcək?

Dərd-sər nə vaxtsa bitəcək?

Siz necə fikirləşirsiniz?

  • bəli

  • xeyr

  • ola bilsin

 MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Allah... onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (İncil, Vəhy 21:3, 4).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Problemlərinizin səbəbkarının Allah olmadığına əmin olacaqsınız (İncil, Yaqub 1:13).

Əzablarımızı görən Allahın dərdimizə yandığını bilmək ürəyinizə toxtaqlıq verəcək (Peyğəmbərlərin kitabı, Zəkəriyyə 2:8).

Həyatdakı iztirabların bitəcəyinə ümidiniz yaranacaq (Zəbur 37:9—11).

 MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı iki səbəbə görə:

  • Allah-Taala əzablara və ədalətsizliyə nifrət edir. Qədimdə Allahın xalqına zülm ediləndə O, buna biganə qalmırdı. Müqəddəs Kitabda deyilir ki, xalqının zalım qaniçənlərin əlindən fəryad etdiyini görmək Allaha ağır idi (Peyğəmbərlərin kitabı, Hakimlər 2:18).

    Allah başqalarına əzab verənləri mühakimə edir. Məsələn, Kəlamda deyilir ki, «günahsız qan tökən əllər»ə Allah-Taala nifrət edir (Peyğəmbərlərin kitabı, Məsəllər 6:16, 17).

  • Yaradan hər bir bəndəsi ilə maraqlanır. Nə çəkdiyimizi, dərd-qəmimizi təkcə özümüz yox, Allah da bilir (Peyğəmbərlərin kitabı, 2 Salnamələr 6:29, 30).

    Allah tezliklə səmavi hökuməti vasitəsilə hər bir insanın dərd-sərinə son qoyacaq (İncil, Mətta 6:9, 10). Hələ ki o vaxt gəlməyib, Xudavənd Yehova səmimi-qəlbdən Ona üz tutanlara nəvazişlə təskinlik verir (İncil, Həvarilərin işləri 17:27; 2 Korinflilərə 1:3, 4).

 DÜŞÜNÜN

Allah əzablara nə üçün yol verir?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: ROMALILARA 5:12; 2 BUTRUS 3:9.

Əlavə məlumat

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

Pislik haradan başlayıb? Nə üçün Allah bu vaxtadək əzablara son qoymayıb? Pisliklərin sonu nə vaxtsa gələcəkmi? Pisliklərə nə vaxtsa son qoyulacaq?