Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

Övladlarımızın nəyə ehtiyacı var?

Övladlarımızın nəyə ehtiyacı var?

BÜTÜN valideynlər heç bir insanın sona qədər başa düşmədiyi bir möcüzənin baş verməsində iştirak edirlər. Onların hər biri özündən bir parça verir və nəticədə ananın bətnində tam formalaşmış canlı insan yaranır. Buna görə də təəccüblü deyil ki, uşağın dünyaya gəlməsini möcüzə adlandırırlar.

Düzdür, uşağı dünyaya gətirmək valideynin üzərinə düşən məsuliyyətin yalnız başlanğıcıdır. Əvvəlcə körpələr, demək olar ki, tamamilə valideynlərindən asılı olurlar, ancaq böyüdükcə, onların sadəcə fiziki tələbatlarını ödəmək kifayət etmir. Onlara əqli, emosional, əxlaqi və ruhani cəhətdən inkişaf etməyə kömək etmək lazımdır.

Sağlam inkişaf etmələri üçün uşaqların valideyn məhəbbətinə xüsusilə ehtiyacı var. Məhəbbəti sözlərlə ifadə etmək vacib olsa da, sözləri əməldə doğrultmaq gərəkdir. Bəli, valideynin uşağa gözəl nümunə verməsi vacibdir. Onlara əxlaq məsələlərində yol göstərmək və həyati prinsipləri aşılamaq lazımdır. Bütün bunları isə körpəlikdən etmək lazımdır. Buna vaxtında başlamamağın nəticəsi çox pis olur və bu, həm valideynlərə, həm də onların övladlarına kədər, göz yaşları gətirir.

Buna dair ən yaxşı prinsiplər Müqəddəs Kitabda yerləşir. Müqəddəs Kitaba əsaslanan təlim-tərbiyənin misli-bərabəri yoxdur. Bu cür təlim-tərbiyənin sayəsində uşaqlar başa düşəcəklər ki, onlara deyilənlər hansısa insanın yox, Yaradanın, onların səmavi Atalarının sözləridir. Bu, verilən məsləhətin gücünü müqayisəyəgəlməz dərəcədə artırır.

Müqəddəs Kitab düzgün prinsipləri övladlarına aşılamaq üçün valideynləri əllərindən gələni etməyə təşviq edir. Ancaq uşaqlar böyüdükcə vacib məsələləri onlarla müzakirə etmək çox vaxt valideynlərə çətin gəlir.  «Böyük Müəllimdən öyrən» adlı bu kitab belə vəziyyətlərin qarşısının alınması üçün nəzərdə tutulub. Burada övladlarınızla bir yerdə oxumağınız üçün ruhani məsələlərə dair mövzular var. Ən vacibi isə odur ki, kitab uşaqlarla kitabı oxuyanın arasında canlı söhbətin yaranmasına imkan verir.

Görəcəyiniz kimi, bu kitab uşaqları öz fikirlərini bildirməyə təşviq edir. Kitabda çoxlu maraqlı suallar var. Onlardan sonra tilda (~) işarəsi qoyulub. Bu işarə fasilə etməyin və uşağı öz fikrini deməyə təşviq etməyin lazım olduğunu xatırladır. Uşaqlar müzakirədə iştirak etməyi xoşlayırlar. Fikrini bölüşməyə imkan verilməyəndə isə, tezliklə onların marağı sönür.

Daha vacibi isə odur ki, bu suallar sizə uşağın düşüncə tərzini öyrənməyə kömək edəcək. Əlbəttə, onun cavabları həmişə düz olmayacaq. Lakin uşağın düzgün qənaətə gəlməsi üçün kitabda hər sualdan sonra cavab da yazılıb.

Kitabın səciyyəvi xüsusiyyətlərindən biri orada 230-dan çox şəklin olmasıdır. Onların əksəriyyəti uşağı gördüyünə və oxuduğuna əsasən nə fikirləşdiyini söyləməyə təşviq edir. Buna görə də şəkilləri uşaqla birlikdə nəzərdən keçirin. Onlar öyrətdiyiniz vacib fikirləri vurğulamağa kömək edən gözəl təlim vəsaiti kimi xidmət edə bilər.

Uşaq oxumağı öyrənəndə onu bu kitabı ucadan, eləcə də ürəyində oxumağa təşviq edin. Nə qədər çox oxusa, oradakı gözəl məsləhətlər bir o qədər onun zehninə və ürəyinə həkk olunacaq. Ancaq övladınızla aranızdakı hörmətin artması, məhəbbət tellərinin möhkəmlənməsi üçün kitabı bir yerdə və müntəzəm olaraq oxuyun.

İndiki zəmanədə uşaqlar elə bir mühitdə yaşayırlar ki, cəmi bir neçə il bundan qabaq bütün bunlar ağlasığmaz görünərdi: onlar cinsi əxlaqsızlığa, spiritizmə və digər iyrənc işlərə qoşulmağa təhrik olunurlar. Buna görə də, onların müdafiəyə ehtiyacı var və əlinizdəki kitab bu işdə sizə kömək edəcək. Kitabda hər şey ləyaqətli, eyni zamanda aydın şəkildə izah olunur. Uşaqları ən üstün müdrikliyin Mənbəyi olan səmavi Atamız Yehova Allahın rəhbərliyini axtarmağa təşviq etmək lazımdır. Böyük Müəllim olan İsa da həmişə məhz bu cür davranırdı. Ümidvarıq ki, bu kitab sizə və ailənizə Yehovaya məqbul şəkildə davranaraq əbədiyyən xoşbəxt olmağa kömək edəcək.

Əlavə məlumat

«Əmr etdiyim sözlər ürəyinə həkk olunsun»

Uşaqlar valideynlərindən ən çox nəyi gözləyirlər? Ailəsini qorumağa çalışan ata haqqında filmə bax.