Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 11

Mələklər insanlara kömək edir

Mələklər insanlara kömək edir

BƏZİ insanlar deyirlər ki, onlar yalnız gördüklərinə inanırlar. Ancaq bu, ağılsızlıqdır. Elə şeylər var ki, biz onları heç vaxt görməmişik. Onlardan birinin adını çəkə bilərsən? ~

Nəfəs aldığımız hava haqqında nə demək olar? Biz onu hiss edirik? ~ Əlini ağzına yaxınlaşdır və üfür. Nə isə hiss etdin? ~ Hiss etməyinə hiss etdin, amma havanı görmədin, düzdür? ~

Biz artıq gözəgörünməz ruhani varlıqlar haqqında danışmışıq. Öyrəndik ki, onlardan bəziləri yaxşı, bəziləri isə pisdirlər. Görə bilmədiyimiz ruhani varlıqlardan bəzilərinin adlarını çəkə bilərsən? ~ Bəli, bunlar Yehova Allah, İsa və yaxşı mələklərdir. Bəs pis mələklər də var? ~ Müqəddəs Kitabda deyilir ki, var. Biz onlar haqqında nə öyrənmişdik? ~

Öyrəndik ki, həm yaxşı, həm də pis mələklər bizdən qat-qat güclüdürlər. Böyük Müəllim mələklər barədə çox şey bilirdi. Çünki onun özü də yer üzündə körpə kimi doğulmazdan əvvəl göydə mələk olmuşdu. O, göydə başqa mələklərlə birgə yaşayırdı və milyonlarla mələyi tanıyırdı. Bütün bu mələklərin adı var? ~

Öyrəndiyimiz kimi, Allah ulduzlara ad verib. Beləliklə, əmin ola bilərik ki, hər bir mələyin də öz adı var. Həmçinin biz bilirik ki, onlar bir-biri ilə danışa bilirlər. Çünki Müqəddəs Kitabda deyilir ki, ‘mələklərin dilləri’ var (1 Korinflilərə 13:1). Səncə, mələklər nə haqda danışırlar? Onlar bizim haqqımızda da danışırlar? ~

Bildiyimiz kimi, Şeytanın mələkləri, yəni cinlər istəyirlər ki, biz Allahın sözündən çıxaq. Buna görə də, ehtimal ki, bunu necə edə biləcəkləri  barədə danışırlar. Onlar istəyirlər ki, biz onlar kimi olaq və Yehova bizi də sevməsin. Bəs Allahın saleh mələkləri haqqında nə demək olar? Onlar da bizim haqqımızda danışırlar? ~ Bəli, danışırlar. Onlar bizə kömək etmək istəyirlər. Gəl sənə bəzi yaxşı mələklərin Yehovanı sevən və Ona xidmət edən insanlara necə kömək etdiyi barədə danışım.

Məsələn, Babildə Daniel adında bir adam yaşayırdı. Bu şəhərdə yaşayan insanların çoxu Yehovanı sevmirdi. Hətta insanlar belə bir qanun çıxarmışdılar ki, kim Yehova Allaha dua etsə, cəzalandırılacaq. Ancaq Daniel Yehovaya dua etməyə davam edirdi. Bilirsən, onlar Danielə nə etdilər? ~

Bəli, pis insanlar Danieli şirlərin olduğu quyuya atdılar. Daniel bir neçə ac şirin əhatəsində qaldı. Bilirsən, sonra nə baş verdi? ~ Danielin dediyi kimi, ‘Allah öz mələyini göndərib şirlərin ağzını bağladı’. Onun başından bir tük  belə əskik olmadı! Doğrudan da mələklər Yehovaya xidmət edənlər üçün möhtəşəm işlər görə bilərlər (Daniel 6:18—22).

Dənyalı xilas etmək üçün Allah nə etdi?

Bu hadisədən uzun illər keçdi. Bir gün Peteri zindana atmışdılar. Yadındadırsa, Peter Böyük Müəllimin, İsa Məsihin dostu idi. Bəzi insanların Peterdən xoşu gəlmirdi, çünki o deyirdi ki, İsa Allahın Oğludur. Buna görə də onlar Peteri həbs etdilər. Peterin qaçmaması üçün keşikçilər qapının ağzında qarovul çəkirdilər. Bəs ona kimsə kömək edə bilərdi? ~

Peter iki keşikçinin arasında yatmışdı və əlləri zəncirlə bağlı idi. Ancaq Müqəddəs Kitabda deyilir: ‘Yehovanın mələyi peyda oldu  və Peterin olduğu yeri bir nur işıqlandırdı. Mələk Peteri böyründən itələyib oyatdı və dedi: «Tez dur!»’

Mələk Butrusu zindandan necə azad etdi?

Həmin an Peterin əlindəki zəncirlər düşdü! Mələk ona dedi: ‘Paltarını, çarıqlarını geyin və ardımca gəl’. Keşikçilər onlara mane ola bilmədilər, çünki mələk Peterə kömək edirdi. Onlar dəmir darvazaya çatanda qeyri-adi bir şey baş verdi. Darvaza öz-özünə açıldı! Mələk Peteri azad etdi ki, o, təbliğ işini davam etdirə bilsin (Həvarilərin işləri 12:3—11).

Allahın mələkləri bizə də kömək edə bilərlər? ~ Bəli, edə bilərlər. Bəs bu o deməkdirmi ki, onlar bizi istənilən zərərdən qoruyacaqlar? ~ Xeyr, ağılsız hərəkət etsək, mələklər bizi qorumayacaq. Hətta özümüzü yaxşı aparsaq belə, bəzən başımıza pis iş gələ bilər. Mələklərə bizi hər xətadan qorumaq tapşırılmayıb. Əksinə, Allah onlara xüsusi iş tapşırıb.

Müqəddəs Kitabda bütün insanları Allaha ibadət etməyə çağıran bir mələk haqqında danışılır (Vəhy 14:6, 7). Mələk insanlarla necə danışır? Hər kəs eşitsin deyə o, ucadan qışqırırmı? ~ Xeyr, insanlara Allah haqqında İsanın yer üzündəki davamçıları danışır, mələklər isə bu işə rəhbərlik edirlər. Mələklər çalışırlar ki, səmimi istəyi olan insanlar Allah haqqında bilik ala bilsinlər. Biz də təbliğ işində iştirak edə bilərik və mələklər mütləq bizə kömək edəcəklər.

Bəs əgər Allahı sevməyən insanlar bizə mane olursa, bizi həbsə atırlarsa, onda necə? Mələklər bizi azad edəcəklər? ~ Onlar bunu edə bilərlər, amma həmişə etmirlər.

Mələk Bulusa nə deyir?

Bir dəfə İsanın davamçısı Pavel həbsdə idi. Onu bir gəmiyə mindirib yola saldılar. Gəmi yolda olarkən dəhşətli fırtına başladı. Ancaq mələklər dərhal özlərini yetirmədilər. Çünki Allah haqqında eşitməli olan başqa insanlar da var idi. Mələk Pavelə dedi: ‘Qorxma, Pavel; sənə qeysərin önünə çıxmaq gərəkdir’. Bəli, Pavel o dövrdə dünyanı idarə edən qeysərin — Roma imperatorunun  qarşısına çıxarılmalı idi. Bu, Pavelə imkan verəcəkdi ki, ona təbliğ etsin. Pavelin harada olduğundan mələklərin həmişə xəbəri olurdu və onun köməyinə çatırdılar. Əgər biz Allaha ürəkdən xidmət etsək, əmin ola bilərik ki, onlar bizə də kömək edəcəklər (Həvarilərin işləri 27:23—25).

Tezliklə mələklər başqa vacib bir işdə də iştirak edəcəklər. Allahın pis insanları məhv edəcəyi gün çox yaxındır. Həqiqi Allaha xidmət etməyən hər kəs yer üzündən silinəcək. Gözəgörünməz olduqları üçün mələklərin olduğuna inanmayan kəslər yanıldıqlarını anlayacaqlar (2 Saloniklilərə 1:6—8).

Bunun bizə hansı aidiyyəti var? ~ Əgər biz Allahın mələklərinin tərəfində olsaq, onlar bizə kömək edəcəklər. Bəs biz onların tərəfindəyik? ~ Əgər Yehovaya xidmət ediriksə, deməli, onların tərəfindəyik. Həmçinin Yehovaya xidmət etməklə biz başqa insanları da Ona xidmət etməyə dəvət edirik.

Mələklərin insanların həyatına necə təsir etdiyi ilə bağlı daha çox məlumatı bu ayələrdən öyrənmək olar: Məzmur 34:7; Matta 4:11; 18:10; Luka 22:43 və Həvarilərin işləri 8:26—31.

Əlavə məlumat

Allah bizə kömək etmək istəyir

Bu tapşırıqların köməyilə uşaqlarınıza Yehova Allaha güvənməyi öyrədin.