Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 13

İsanın şagirdləri

İsanın şagirdləri

Bu adam kimdir və necə oldu ki, o, İsanın şagirdi oldu?

ALLAHIN ən yaxşı xidmətçisi kim olub? ~ Düz tapdın, İsa Məsih. Səncə, biz onun kimi ola bilərik? ~ Müqəddəs Kitabda deyilir ki, İsa bizim üçün nümunə qoyub. Həmçinin o, bizi şagirdi olmağa dəvət edir.

Bilirsən, İsanın şagirdi olmaq nə deməkdir? ~ Bunun üçün bir neçə şeyi etmək lazımdır. Birincisi, biz ondan öyrənməliyik. Amma hər şey bununla bitmir. Biz onun dediklərinə də ürəkdən inanmalıyıq. Əgər belə etsək, onun dediklərini yerinə yetirə biləcəyik.

Bir çoxları İsaya inandıqlarını söyləyir. Səncə, onların hamısını İsanın şagirdi adlandırmaq olar? ~ Yox, çoxları haqqında bunu demək olmaz. Onlar kilsəyə getsələr də, əksəriyyəti İsanın dediklərini öyrənməyə heç vaxt da ayırmır. Yalnız İsanın nümunəsini izləyənlər onun şagirdidir.

Gəl indi, İsa yer üzündə yaşayarkən onun şagirdi olmuş adamlar haqqında danışaq. İsanın ilk şagirdlərindən biri Filip olmuşdur. Filip, şəkildə gördüyün kimi, ağacın altında oturan dostu Nataneli (Bar-Talmay da deyirlər) axtarmağa gedirdi. Natanel İsanın yanına gələndə İsa belə dedi: ‘Budur, daxilində hiylə olmayan əsil israilli!’ Natanel mat-məəttəl qalıb soruşdu: «Sən məni haradan tanıyırsan?»

İsa kimləri şagirdi olmağa çağırır?

İsa cavab verdi: «Filip səni çağırmazdan qabaq səni əncir ağacının altında gördüm». İsanın  onun harada olduğunu dəqiq bildiyini görən Natanel təəccüb içində donub qalmışdı. Buna görə də o, İsaya dedi: ‘Sən Allahın Oğlusan, sən İsrailin Padşahısan!’ (Yəhya 1:49).

Yəhuda İskaryot, Yəhuda (həmçinin Taday deyirdilər) və Şimon

Filip və Natanel İsanın şagirdi olmazdan bir gün əvvəl bir neçə nəfər də onun şagirdi olmuşdu. Onlar Andrey, onun qardaşı Peter və Yəhya idi. Həmçinin, ola bilsin, Yəhyanın qardaşı Yaqub da onların arasında idi (Yəhya 1:35—51). Lakin bir müddət sonra bu dörd nəfər əvvəlki işləri ilə, balıq tutmaqla məşğul olmağa davam etdilər. Bundan sonra, günlərin bir günü İsa Qalileya dənizi sahilində gəzərkən Peter və Andreyin suya tor atdıqlarını gördü. İsa onları səsləyib dedi: «Ardımca gəlin».

Halfayın oğlu Yaqub, Toma və Matta

 Bir az irəlilədikdən sonra İsa Yaqubu və Yəhyanı gördü. Onlar qayıqda oturub ataları ilə birlikdə balıqçı torlarını təmir edirdilər. İsa onları da öz ardınca gəlməyə çağırdı. İsa səni də çağırsaydı, nə edərdin? Dərhal onun ardınca gedərdin? ~ Bu adamlar İsanın kim olduğunu bilirdilər. Onlar bilirdilər ki, İsanı Allah göndərib. Buna görə də işlərini atıb İsanın ardınca getdilər (Matta 4:18—22).

Natanel, Filip və Yəhya

Bu adamların İsanın şagirdi olması o demək idi ki, daha onlar səhv etməyəcəkdilər? ~ Yox, bu heç də belə deyil. Yəqin yadındadır, onlar hətta öz aralarında kimin böyük olduğu haqqında mübahisə də etmişdilər. Buna baxmayaraq, onlar İsaya qulaq asır və xasiyyətlərini dəyişməyə hazır idilər. Əgər dəyişməyə hazır olsaq, biz də İsanın şagirdi ola bilərik.

Yəhyanın qardaşı Yaqub, Andrey və Peter

İsa hər kəsi şagirdi olmağa dəvət edirdi. Bir dəfə gənc və varlı olan bir rəhbər İsanın yanına gəlib, ondan əbədi həyatı almaq üçün nə etməli olduğunu soruşdu. O, Allahın əmrlərinə uşaqlıqdan riayət etdiyini deyəndə İsa onu ‘ardınca gəlməyə’ dəvət etdi. Bilirsən, sonra nə baş verdi? ~

İsanın şagirdi olmağın varlı olmaqdan daha vacib olduğunu biləndə onun kefi yaman pozuldu. O, İsanın şagirdi olmadı, çünki pulu Allahdan çox sevirdi (Luka 18:18—25).

İsa təxminən bir il yarım təbliğ etdikdən sonra şagirdlərindən on ikisini həvari seçdi. Həvarilər İsanın xüsusi iş üçün göndərdiyi adamlar idi. Onların adını bilirsən? ~ Gəl görək, onların adını əzbərləyə bilərik? Onların şəklinə bax, gör adlarını deyə bilərsən? Sonra adlarını əzbərdən deməyə çalış.

İsa təbliğ etməyə gedərkən ona kömək edən bu qadınların adı nədir?

Bu 12 həvaridən biri axırda pis adam oldu. O, Yəhuda İskaryot idi. Sonralar onun yerinə başqa şagird həvari seçildi. Bilirsən, onun adı nədir? ~ O, Matiya idi. Daha sonra Pavel və Barnaba da  həvari oldu, amma onlar 12 həvarinin sırasına daxil deyildi (Həvarilərin işləri 1:23—26; 14:14).

Bu kitabın birinci fəslindən öyrəndiyimiz kimi, İsa uşaqlara qarşı diqqətli idi. Səncə, o, nəyə görə belə davranırdı? ~ Çünki bilirdi ki, uşaqlar da gələcəkdə onun şagirdi ola bilərlər. Doğrudan da uşaqlar elə danışa bilərlər ki, hətta böyüklər də onlara qulaq asar və Böyük Müəllim haqqında daha çox öyrənmək istəyərlər.

Bir çox qadınlar da İsanın şagirdi olmuşdular. O, başqa şəhərlərə təbliğ etməyə gedərkən onlardan bəziləri onunla səyahət edirdilər. Bunlar Məcdəlli  Məryəm, Yohanna və Suzanna idi. Ola bilsin, onlar həm də yemək hazırlamaqla və paltarlarını yumaqla İsaya kömək edirdilər (Luka 8:1—3).

Bəs sən necə, İsanın şagirdi olmaq istəyirsən? ~ Yadında saxla, sadəcə İsanın şagirdi olduğumuzu demək heç də onun şagirdi olduğumuzu göstərmir. Biz təkcə yığıncaqda yox, hər yerdə özümüzü onun şagirdi kimi aparmalıyıq. Deyə bilərsən, harada olanda İsanın şagirdi kimi hərəkət etmək vacibdir? ~

Bəli, biz evdə də, məktəbdə də belə davranmalıyıq. Nə sən, nə də mən heç vaxt unutmamalıyıq ki, İsanın əsil şagirdi olmaq üçün harada oluruqsa-olaq, hər gün, hər saat özümüzü onun kimi aparmalıyıq.

Harada olanda İsanın şagirdi kimi davranmaq vacibdir?

İndi isə gəl Müqəddəs Kitabın Matta 28:19, 20; Luka 6:13—16; Yəhya 8:31, 32 və 1 Peter 2:21 ayələrində İsanın şagirdləri haqqında nə deyildiyini birlikdə oxuyaq.

Əlavə məlumat

Şagirdlik məsuliyyəti

İsa Məsihin şagirdi olmaq böyük məsuliyyətdir. Şagird olmağın özünə nəyi daxil etdiyini Məsih açıq-aydın göstərir. Məsihin bəzi davamçıları onun sözlərindən çaş-baş qalırlar.