Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 12

İsa bizə dua etməyi öyrədir

İsa bizə dua etməyi öyrədir

SƏN Yehova Allahla danışırsan? ~ O istəyir ki, sən Onunla danışasan. Bizim Allahla danışmağımız dua adlanır. İsa səmavi Atası ilə tez-tez danışırdı. Hərdən o, Atası ilə danışanda tək qalmaq istəyirdi. Müqəddəs Kitabda deyilir ki, bir dəfə o, «dua etmək üçün tək-tənha dağa çıxdı, axşam düşdükdə, orada tək idi» (Matta 14:23).

Harada tək qalıb Yehovaya dua edə bilərsən? ~ Axşam yatmazdan əvvəl Yehova ilə təklikdə danışa bilərsən. İsa demişdi: «Sən dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq, Atana dua et» (Matta 6:6). Hər axşam yatmazdan əvvəl Allaha dua edirsən? ~ Bunu etmək vacibdir.

İsa həm təklikdə, həm də başqalarının yanında dua edirdi

İsa başqa insanların yanında da dua edirdi. Dostu Lazar öləndə İsa onun dəfn olunduğu yerə  toplaşan insanlarla birgə dua etmişdi (Yəhya 11:41, 42). O həmçinin şagirdləri ilə bir yerə yığışanda da dua edərdi. Sən yığıncaq görüşlərinə gedirsən? ~ Orada, adətən, yetkin insanlar dua edir. Onlar sənin adından Allaha dua etdikləri üçün bu dualara diqqətlə qulaq as. Belə etsən, onda duanın sonunda «amin» deyə biləcəksən. Bilirsən, duanın sonunda «amin» deməklə nəyi göstərirsən? ~ Bununla göstərirsən ki, dua sənin xoşuna gəldi, orada deyilənlərlə razısan və sən də belə dua edərdin.

Nəyə görə yığıncaq görüşlərində səslənən dualara diqqətlə qulaq asmaq lazımdır?

İsa həmçinin yeməkdən qabaq da dua edirdi. O, qarşısındakı yeməyə görə Yehovaya şükür edirdi. Bəs sən yeməkdən qabaq həmişə dua edirsən? ~ Yeməyə başlamazdan əvvəl yaxşı olardı ki, verdiyi qidaya görə Yehovaya şükür edək. Birlikdə yemək yeyərkən başqa bir adam dua edə bilər. Bəs tək, yaxud Yehovaya şükür etməyənlərlə birgə yemək yeyirsənsə, onda necə? ~ Belə olduqda, sən özün dua etməlisən.

Həmişə ucadan dua etmək lazımdır? Yoxsa Yehova ürəyində etdiyin duaları da eşidə bilər? ~ Bunun cavabını Nehemya ilə baş verən hadisədən öyrənə bilərik. Yehovaya ibadət edən bu adam fars padşahı Artaxşastanın sarayında işləyirdi. Bir gün Nehemya  yaman kədərli idi. O, xalqının əsas şəhəri olan Yerusəlimin divarlarının dağıdıldığını eşitmişdi.

Nə vaxt sən də Nehemya kimi dua edə bilərsən?

Padşah Nehemyadan nə üçün belə kədərli olduğunu soruşanda o, əvvəlcə ürəyində dua etdi. Sonra Nehemya padşaha nə üçün kədərli olduğunu dedi və Yerusəlimin divarlarını bərpa etmək üçün ora getməyə izin istədi. Bəs sonra nə baş verdi? ~

Bəli, Allah Nehemyanın duasına cavab verdi. Padşah ona getməyə icazə verdi! Hətta padşah divarları tikmək üçün Nehemyaya çoxlu ağac da verdi. Göründüyü kimi, Allah hətta ürəyimizdə etdiyimiz dualara da cavab verə bilər (Nehemya 1:2, 3; 2:4—8).

Gəl indi bu haqda düşünək: dua edərkən başımızı əyməliyik? Diz üstə durmalıyıq?  Sən necə düşünürsən? ~ Hərdən İsa diz çökərək dua edirdi. Digər hallarda ayaqüstə dua edirdi. Bəzən isə, məsələn, Lazarın hadisəsində olduğu kimi, başını göyə qaldırıb dua edirdi.

Allaha nə haqda dua etmək olar?

Deməli, bu nəyi göstərir? ~ Düzdür, bu göstərir ki, necə durmağımızın heç bir fərqi yoxdur. Hərdən yaxşı olardı ki, başını əyib, gözlərini yumasan. Digər vaxtlarda isə, ola bilsin, sən İsa kimi, hətta diz üstə dua etmək istəyəsən. Ancaq bir şeyi yadda saxla ki, gecə də olsa, gündüz də olsa, Allah bizim dualarımızı hər zaman eşidir. İnanırsan ki, Yehova sənin dualarını eşidir? ~

Yehovaya nə haqda dua etməliyik? ~ De görüm, dua edəndə Allahla nə haqda danışırsan? ~ Yehova bizə bu qədər yaxşı şeylər verib. Məgər bunlara görə Yehovaya minnətdarlığımızı bildirməli deyilik? ~ Biz yeməyə görə Allaha şükür edirik. Bəs sən nə vaxtsa mavi səmaya, yaşıl ağaclara və gözəl güllərə görə Allaha təşəkkür etmisən? ~ Axı bunları da O yaradıb.

Bir dəfə şagirdləri İsadan xahiş etdilər ki, onlara dua etməyi öyrətsin. Böyük Müəllim İsa belə də etdi və onlara nə haqda dua etməyin daha vacib olduğunu göstərdi. Bilirsən, bura nə daxildir? ~ Müqəddəs Kitabını götür və «Matta» kitabının 6-cı fəslini aç. Həmin fəslin 9-dan 13-dək ayələrində nümunəvi duanı görəcəksən. Gəl bunu birlikdə oxuyaq.

 Buradan görürük ki, İsa Allahın adı haqqında dua etməyi öyrədirdi. O, Allahın adının müqəddəs tutulması, yəni təmizə çıxarılması haqqında dua etməyi söyləyirdi. Allahın adı nədir? ~ Düz deyirsən, Onun adı Yehovadır və biz bu adı sevməliyik.

İkincisi, İsa Allahın Padşahlığının gəlməsi haqqında dua etməyi öyrətmişdi. Bu Padşahlığın gəlməsi çox vacibdir, çünki o, yer üzünə sülh gətirəcək və onu cənnətə çevirəcək.

Üçüncüsü, Böyük Müəllim demişdi ki, biz Allahın iradəsinin göydə olduğu kimi, yerdə də olması üçün dua edək. Əgər bunun üçün dua ediriksə, onda Allahın istədiyi kimi də davranmalıyıq.

Sonra İsa gündəlik yemək üçün dua etməyi öyrətmişdi. O həmçinin demişdi ki, səhv iş görəndə Allahdan üzr istəməliyik. Bundan başqa, Yehovadan bizi bağışlamasını da xahiş etməliyik. Lakin əvvəlcə özümüz bizim xətrimizə dəyənləri bağışlamalıyıq. Sənin üçün bunu etmək asandır? ~

Sonda, İsa demişdir ki, biz Yehova Allahın bizi pisdən, Şeytan İblisdən qoruması üçün dua etməliyik. Beləliklə, bütün bunlar haqda Allaha dua etmək yaxşı olardı.

Biz əmin olmalıyıq ki, Yehova dualarımızı eşidir. Yehovadan kömək istəməklə yanaşı, Ona minnətdarlıq bildirməyi də yaddan çıxarmamalıyıq. Ürəyimizi Allaha açanda və Ondan düzgün olan şeyləri istəyəndə O, çox sevinir. Buna görə də Yehova bütün bu arzularımızı yerinə yetirəcək. Sən buna inanırsan? ~

Dua haqqında bir neçə yaxşı məsləhəti Romalılara 12:12; 1 Peter 3:12 və 1 Yəhya 5:14 ayələrindən tapmaq olar.

Əlavə məlumat

Bu gün nə barədə dua edə bilərsən?

Nə haqda dua etmək istədiyini yaz və ya onun şəklini çək.

Müqəddəs ruh dilə

Bu tapşırıq 6—8 yaş arası uşaqlara dua etməyin vacibliyini öyrədir.

Yehova konkret dualara cavab verir

6—8 yaşlı uşaqların onlara konkret duaların əhəmiyyətini öyrədən bu tapşırıq xoşuna gələcək.