Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 20

Hər şeydə birinci olmaq istəyirsən?

Hər şeydə birinci olmaq istəyirsən?

ELƏ adam tanıyırsan ki, hər şeydə birinci olmaq istəsin? ~ Ola bilsin, növbədə durarkən o, kimisə itələyib qabağa keçir ki, birinci olsun. Heç belə vəziyyətlə rastlaşmısan? ~ Bir dəfə Böyük Müəllim də gördü ki, böyük adamlar belə birinci, ən yaxşı yerləri tutmağa çalışırlar. Bu, onun xoşuna gəlmədi. Gəl bu hadisəyə birlikdə nəzər salaq.

Heç birinci olmağa çalışan adam görmüsən?

Müqəddəs Kitabda deyilir ki, günlərin bir günü dini rəhbər olan bir fərisey evində ziyafət qurmuşdu və İsanı da ora dəvət etmişdi. İsa orada olanda gördü ki, qonaqlar bir-bir gəlib  özlərinə ən yaxşı yerləri seçirlər. Buna görə də onlara bir əhvalat danışdı. İstəyirsən, bu əhvalatı sənə danışım? ~

İsa dedi: ‘Kimsə səni toya dəvət etsə, yuxarı başda oturma’. Bilirsən, İsa nəyə görə belə dedi? ~ O izah etdi ki, ola bilər, toya daha hörmətli adamı dəvət ediblər. Buna görə də, şəkildə gördüyün kimi, toy yiyəsi gəlib deyə bilər: ‘Yerini bu adama ver, özün isə bura keç’. Səncə, bunu eşidən qonaq özünü necə hiss edər? ~ O utanıb qızarar, çünki başqa qonaqların gözünün qabağında aşağı başa keçməli olacaq.

İsa göstərdi ki, yuxarı başda oturmağa can atmaq heç də yaxşı deyil. Buna görə də o dedi: ‘Toya dəvət olunanda gedib ən aşağı yerdə otur. Belə etsən, səni dəvət edən adam gəlib: “Dostum! Yuxarı başa keç”, — deyəcək. O zaman yaxşı yerə keçəndə bütün qonaqların yanında hörmətin artacaq’ (Luka 14:1, 7—11).

İsa ən yaxşı, yaxud yuxarı başda olan yerləri seçmək haqqında danışanda nəyi başa salmaq istəyirdi?

Başa düşdün, İsanın sözünün canı nə idi? ~ Gəl bir nümunə çəkək, görək başa düşmüsən, ya yox. Tutaq ki, avtobusa səninlə birlikdə çoxlu adam minmək istəyir. Sən hamını qabaqlayaraq, yaşlılara yer verməyib özün oturacaqsan? ~ Necə fikirləşirsən, bu, İsanın xoşuna gələr? ~

Kimsə deyə bilər ki, bizim hərəkətlərimiz İsa üçün maraqlı deyil. Sən də bu fikirdəsən? ~ Fəriseyin evində nahar edəndə İsa adamların özlərinə necə yer seçdiklərinə fikir verirdi. Bəs səncə, o, bizim də hərəkətlərimizə diqqət yetirir, yoxsa yox? ~ İndi göydə olduğu üçün İsa bizim nə etdiyimizi daha yaxşı görür.

 Kiminsə birinci olmağa çalışması adətən vəziyyəti gərginləşdirir, ortaya mübahisə salır və başqalarını özündən çıxarır. Hərdən uşaqlar birlikdə avtobusla yol gedəndə belə vəziyyət yaranır. Qapılar açılan kimi uşaqlar bir-birini itələyib qabağa qaçırlar. Onlar ən yaxşı yerlərdə, pəncərənin qabağında oturmaq istəyirlər. Həmin vaxt nə baş verə bilər? ~ Bəli, uşaqların bir-birinə acığı tuta bilər.

Birinci olmaq istəyi bir çox problemlər yarada bilər. Buna görə İsanın şagirdləri arasına da söz-söhbət düşmüşdü. Bu kitabın 6-cı fəslindən öyrəndiyimiz kimi, onlar kimin ən böyük olduğu üstündə bir-birilə mübahisə edirdilər. Bunu görcək İsa nə etdi? ~ Bəli, o, şagirdlərinə düzəliş verdi. Ancaq sonralar yenidən onların arasında mübahisə düşdü. Gəl görək mübahisə nədən başladı.

İsa axırıncı dəfə Yerusəlimə gedəndə onun yanında həvarilər və başqa adamlar var idi. İsa onlara  öz Padşahlığı haqqında danışırdı, buna görə də Yaqubla Yəhya onunla birlikdə padşahlıq etmək barədə fikirləşirdi. Onlar hətta anaları Şalomitlə də bu haqda danışdılar (Matta 27:56; Mark 15:40). Bu səbəbdən, Yerusəlimə gedəndə Şalomit İsaya yaxınlaşdı, baş əyib ondan nə isə xahiş etməyə başladı.

«Sən nə istəyirsən?» — deyə İsa soruşdu. O cavab verdi ki, İsanın Padşahlığında oğlanlarının onun yanında, birinin sağında, o birisinin isə solunda oturmasını istəyir. Necə fikirləşirsən, Yaqubla Yəhyanın öz analarını İsanın yanına belə bir xahişlə göndərməsi digər on həvariyə necə təsir etdi? ~

Şalomit İsadan nəyi xahiş edir və bu, nə ilə nəticələnir?

Bəli, onların Yaqubla Yəhyaya çox acığı tutdu. Buna görə də İsa bütün həvarilərinə müdrik bir məsləhət verdi. İsa onlara dedi ki,  xalqların hökmdarları hamıdan üstün olmağı və şan-şöhrəti sevirlər. Onlar elə yüksək mövqeyə sahib olmaq istəyirlər ki, hamı onlara tabe olsun. Ancaq İsa davamçılarına dedi ki, onların arasında belə olmamalıdır. Əksinə, ‘aralarında birinci olmaq istəyən, digərlərinin qulu olmalıdır’. Təsəvvür edirsən, bu nə deməkdir?! (Matta 20:20—28).

Bilirsən, qul nə edir? ~ O, başqalarının ona qulluq edəcəyini fikirləşmədən özü onlara xidmət edir. O, yuxarı başda yox, ən aşağı yerdə oturur. O, özünü başqalarından üstün saymır, əksinə, hamıdan aşağı tutur. Həmçinin yadda saxla: İsa dedi ki, birinci olmaq istəyən özünü başqalarının yanında qul kimi aparmalıdır.

Səncə, bu, bizim üçün hansı mənanı daşıyır? ~ Qul ən yaxşı yerdə əyləşmək, yaxud yeməyi birinci yemək üstündə ağası ilə mübahisə edər? Necə fikirləşirsən? ~ İsa izah etdi ki, qul ağasını həmişə özündən üstün tutur (Luka 17:7—10).

Deməli, birinci olmağa çalışmaq əvəzinə biz nə etməliyik? ~ Bəli, biz qul kimi olmalıyıq. Bu isə o deməkdir ki, başqalarını birinci yerə qoymalı, onları özümüzdən üstün tutmalıyıq. Hansı hallarda başqalarını birinci yerə qoya bilərik? ~ Gəl 40 və 41-ci səhifələri açaq və bir də baxaq görək, başqalarına xidmət etməklə onları necə birinci yerə qoya bilərik.

Yadından çıxarma, Böyük Müəllim başqalarına xidmət etməklə onları özündən üstün tuturdu. Həvariləri ilə keçirdiyi axırıncı gecədə o hətta əyilib onların ayaqlarını da yumuşdu. Biz də insanlara xidmət edərək onları birinci yerə qoysaq, həm Böyük Müəllimi, həm də onun Atası, Yehova Allahı sevindirərik.

Gəl başqalarını özümüzdən üstün tutmağa bizi təşviq edən bəzi ayələri oxuyaq: Luka 9:48; Romalılara 12:3 və Filipililərə 2:3, 4.

Əlavə məlumat

Xudbin dünyada xeyirxah övlad böyüdək

Uşağınızın xudbin olmaması üçün fikir verməli olduğunuz üç sahəyə nəzər salın.