Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 45

Allahın Padşahlığı nədir? Onun gəlişini gözlədiyimizi necə göstərə bilərik?

Allahın Padşahlığı nədir? Onun gəlişini gözlədiyimizi necə göstərə bilərik?

İSANIN öz davamçılarına öyrətdiyi duanı bilirsən? ~ Əgər bilmirsənsə, biz onu Müqəddəs Kitabın Matta 6:9—13 ayələrindən oxuya bilərik. Çoxlarının «Nümunəvi dua» adlandırdığı bu duada belə sözlər yazılıb: ‘Padşahlığın gəlsin’. Bilirsən, Allahın Padşahlığı nədir? ~

Bax, padşah hansısa ölkəni və ya ərazini idarə edən adama deyirlər. Onun hakimiyyətinə isə padşahlıq deyirlər. Bəzi ölkələrin başçısı prezident adlanır. Bəs Allahın hökumətinin başçısı necə adlanır? ~ Padşah. Elə buna görə də Allahın hökuməti Padşahlıq adlanır.

Bilirsən, Yehova Allah kimi Öz hökumətinin Padşahı seçib? ~ Oğlu İsa Məsihi. Nəyə görə İsa insanların seçə biləcəyi istənilən rəhbərdən daha yaxşıdır? ~ Çünki İsa Atası  Yehovanı ürəkdən sevir. Buna görə də o, həmişə düzgün davranır.

İsa Bet-Lexemdə doğulmazdan uzun illər əvvəl Müqəddəs Kitabda onun doğulacağı və Allahın seçdiyi Rəhbər olacağı barədə deyilmişdi. Gəl bu haqda Yeşaya 9:6, 7 ayələrindən oxuyaq. Orada deyilir: «Bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, onun adı... Əmin-amanlıq Hökmdarı olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq».

İsa Allahın Padşahlığının Rəhbəri olduğundan burada Hökmdar adlanır. O, həm də Böyük Padşah olan Yehovanın Oğludur. Yehova İsanı Öz hökumətinin Padşahı təyin edib ki, min il ərzində yer üzünü idarə etsin (Vəhy 20:6). İsa vəftiz olduqdan sonra: ‘Ay camaat, tövbə edin, çünki Allahın səmavi Padşahlığı yaxınlaşıb’, — deyərək təbliğ etməyə başladı (Matta 4:17).

Səncə, nəyə görə İsa Allahın Padşahlığının yaxınlaşdığını deyirdi? ~ Çünki gələcəkdə göydən idarə edəcək padşah onların yanında idi! Buna görə də İsa camaata deyirdi: «Allahın padşahlığı aranızdadır» (Luka 17:21, YD). Məgər Yehovanın təyin etdiyi Padşaha toxuna biləcək qədər yaxın olmaq istəməzdin? ~

Bəs de görüm, İsa yer üzünə hansı vacib işi görmək üçün gəlmişdi? ~ İsa bu suala belə cavab vermişdi: ‘Allahın Padşahlığının müjdəsini mən digər şəhərlərə də yaymalıyam; çünki mən bunun üçün göndərilmişəm’ (Luka 4:43). İsa bilirdi ki, bu işin öhdəsindən tək gələ bilməyəcək. Səncə, o nə etdi? ~

İsa yer üzünə hansı işi görməyə gəlmişdi?

İsa özü ilə bir neçə nəfər götürüb onlara təbliğ etməyi öyrətdi. Öyrətdiyi ilk 12 nəfəri həvariləri kimi seçdi (Matta 10:5, 7). Bəs İsa  təbliğ etməyi təkcə həvarilərinə öyrətdi? Xeyr, Müqəddəs Kitabda deyilir ki, o, bunu başqalarına da öyrətdi. Bir müddətdən sonra İsa 70 başqa şagirdini iki-iki təbliğ etməyə göndərdi. Bəs onlar insanlarla nə haqda danışırdılar? ~ İsa demişdi: ‘Gedin və “Allahın Padşahlığı sizə yaxındır” deyin’ (Luka 10:9). Bunun sayəsində insanlar Allahın hakimiyyəti haqqında öyrənirdilər.

Bundan çox-çox əvvəllər İsraildə padşahlar özlərini xalqa tanıtmaq üçün sıpanın üstündə şəhərə girirdilər. Axırıncı dəfə Yerusəlimə gələndə İsa da belə etdi. Deməli, İsa Allahın Padşahlığının Rəhbəri olacaq. Bəs camaat onun padşah olmasını istəyirdi? ~

İsa sıpanın üstündə irəlilədikcə çoxları üst paltarlarını çıxararaq onun qarşısında yerə sərirdi. Bir başqaları isə, ağacların budaqlarını qırıb yerə düzürdülər. Belə etməklə onlar göstərirdilər ki, İsanın Padşah olmasını istəyirlər. Onlar ucadan deyirdilər: «Rəbbin adı ilə gələn Hökmdara həmd olsun!» Ancaq buna hamı sevinmirdi. Bəzi din rəhbərləri hətta İsaya deyirdilər: ‘Şagirdlərinə de, sussunlar’ (Luka 19:28—40).

Nə üçün insanlar əvvəlcə İsanın padşah olmasını istəsələr də, sonradan fikirlərini dəyişdilər?

Beş gündən sonra İsanı həbs edib saraya, vali Ponti Pilatın hüzuruna apardılar. Düşmənləri dedilər ki, İsa özünü padşah adlandırır və Roma dövlətinə qarşı çıxır. Pilat İsadan deyilənlərin doğru olub-olmadığını soruşdu. İsa cavabında hakimiyyəti ələ keçirmək niyyətində olmadığını bildirdi. O, Pilata dedi: ‘Mənim padşahlığım bu dünyadan deyildir’ (Yəhya 18:36).

Pilat bayıra çıxıb camaata dedi ki, İsada heç bir günah görmür. Ancaq onlar artıq İsanın padşah olmasını arzulamırdılar. Onlar istəmirdilər ki, o, azadlığa buraxılsın (Yəhya 18:37—40). İsa ilə təkrarən danışdıqdan sonra Pilat əmin oldu ki, o, heç bir pis iş tutmayıb. Beləliklə, Pilat İsanı sonuncu dəfə xalqın qarşısına çıxarıb  dedi: «Budur hökmdarınız!» Ancaq camaat qışqırırdı: ‘Aparın! Aparın! Onu edam edin!’

Pilat soruşdu: ‘Hökmdarınızı edam edim?’ Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa hökmdarımız yoxdur». Belə şeyi təsəvvürünə gətirə bilərsən? Həmin zalım kahinlər bütün xalqı İsaya qarşı qaldırmışdılar! (Yəhya 19:1—16).

Bu gün də vəziyyət eynidir. İnsanların əksəriyyəti İsanın padşah olmasını istəmir. Onlar Allaha inandıqlarını desələr də, Allahın və Məsihin  dediklərini yerinə yetirmirlər. Onlar yer üzündə öz hökumətlərinin olmasını istəyirlər.

Bəs bizim haqqımızda nə demək olar? Biz Allahın Padşahlığı və onun görəcəyi gözəl işlər haqqında öyrənəndə Allaha qarşı ürəyimizdə hansı hisslər baş qaldırır? ~ Biz Onu daha çox sevməyə başlayırıq, elə deyil? ~ Belə isə, Allahı sevdiyimizi və Onun Padşahlığının hakimiyyəti altında yaşamaq istədiyimizi necə göstərə bilərik? ~

İsa nəyə görə vəftiz oldu və Allah bundan razı qaldığını necə göstərdi?

Biz İsanın nümunəsini izləməklə öz hisslərimizi Allaha göstərə bilərik. Bəs İsa Yehovanı sevdiyini necə göstərmişdi? ~ «Mən daim Onun xoşuna gələn işləri görürəm», — deyə o bildirmişdi (Yəhya 8:29). Bəli, İsa yer üzünə gəlmişdi ki, Allahın ‘iradəsini yerinə yetirsin’ və ‘Onun işini tamamlasın’ (İbranilərə 10:7; Yəhya 4:34). Gəl görək, İsa təbliğ işinə başlamazdan əvvəl nə etmişdi.

İsa İordan çayına, Vəftizçi Yəhyanın yanına getdi. Suya girəndə Yəhya onu tamamilə suya batırdı, sonra isə çıxardı. Bilirsən, Yəhya İsanı nəyə görə vəftiz etdi? ~

Allahın padşahlığı haqda harada danışa bilərik?

Bunu etməyi Yəhyadan İsanın özü xahiş etdi. Bəs biz haradan bilirik ki, Allah İsanın vəftiz olmasını istəyirdi? ~ Çünki İsa sudan çıxanda göydən Allahın: «Sən  Mənim sevimli Oğlumsan! Səndən çox məmnunam», — deyən səsi eşidildi. Allah hətta Öz müqəddəs ruhunu göyərçin şəklində onun üzərinə endirdi. Beləliklə, vəftiz olunmaqla İsa göstərdi ki, bütün ömrü boyu, başqa sözlə, əbədiyyən Yehovaya xidmət etmək istəyir (Mark 1:9—11).

İndi sən hələ balacasan. Bəs sən böyüyəndə nə edəcəksən? ~ İsa kimi vəftiz olacaqsan? ~ İsa kimi davranmaq vacibdir, çünki Müqəddəs Kitabda deyilir ki, o, ‘izləri ilə getməyimiz üçün bizə nümunə qoyub’ (1 Peter 2:21). Məhz vəftiz olmaqla göstərəcəksən ki, doğrudan da Allahın Padşahlığının rəhbərliyi altında yaşamaq istəyirsən. Ancaq bununla hər şey bitmir.

Biz İsanın öyrətdiyi hər şeyə əməl etməliyik. İsa demişdi ki, biz ‘dünyadan olmamalıyıq’. Bəs dünyanın işlərinə qarışsaq, İsaya qulaq asmış olacağıq? İsa və onun həvariləri dünyanın işlərindən uzaq dururdular (Yəhya 17:14). Onlar nə edirdilər? ~ İnsanlara Allahın Padşahlığı haqqında danışırdılar. Bu, onların həyatında vacib yeri tuturdu. Biz də həmin işlə məşğul ola bilərik? ~ Bəli, əgər Allahın Padşahlığının gəlişi barədə səmimi-qəlbdən dua ediriksə, bunu nəinki bacaracağıq, hətta edəcəyik.

Allahın Padşahlığının gəlişini arzuladığımızı necə göstərə bilərik? Bu sualın cavabını tapmaq üçün, zəhmət olmasa, növbəti ayələri oxu: Matta 6:24—33; 24:14; 1 Yəhya 2:15—17 və 5:3.