Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

Siz Padşahlıqla bağlı vədlərin həyata keçməsinin həsrətini çəkirsinizmi?

 VII BÖLMƏ

Padşahlıqla bağlı vədlər — «Hər şeyi təzə edirəm»

Padşahlıqla bağlı vədlər — «Hər şeyi təzə edirəm»

 ƏL ATIB ağacdan yetişmiş, şipşirin, ətirli almanı dərib səbətə qoyursunuz. Bir neçə saatdır ki, işləyirsiniz, buna baxmayaraq özünüzü gümrah hiss edirsiniz, hələ bir o qədər də işləyə bilərsiniz. Ananız da ailənin digər üzvləri və köməyə gələn dostlarla şirin söhbət edə-edə işləyir. O, çox cavan görünür; siz onu illər öncə uşaq olanda belə görmüşdünüz. Adamın inanmağı gəlmir ki, o nə vaxtsa qoca olub. Elə bil, heç ananız xəstəlikdən şam kimi əriyən zaman son nəfəsini verərkən əlindən tutmamısınız və qəbrinin üstündə acı göz yaşları tökməmisiniz. Ancaq indi o da, bir çoxları kimi, sapsağlamdır.

Biz əminik ki, qarşıda bizi belə günlər gözləyir. Buna inanmağımıza səbəb Allahın vədlərinin heç vaxt boşa çıxmamasıdır. Bu bölmədə biz Padşahlıqla bağlı bəzi vədlərin yaxın gələcəkdə necə yerinə yetəcəyini və onların yerinə yetməsinin Armageddon müharibəsinə gətirib çıxaracağını araşdıracağıq. Biz həmçinin Armageddondan sonra yerinə yetəcək möhtəşəm vədlər barədə də danışacağıq. Allahın Padşahlığının bütün yer üzünü idarə edəcəyini və hər şeyi yeniləşdirəcəyini görmək necə də xoş olacaq!

BU BÖLMƏDƏ

FƏSİL 21

Allahın Padşahlığı düşmənlərin kökünü kəsir

İndidən Armageddon müharibəsinə hazırlaşa bilərsən.

FƏSİL 22

Padşahlıq yer üzündə Allahın iradəsini yerinə yetirir

Sən necə ola bilərsən ki, Yehovanın vədləri həqiqətən yerinə yetəcək?