Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 17

Padşahlığın xidmətçiləri kimi təlim alırıq

Padşahlığın xidmətçiləri kimi təlim alırıq

MÖVZU

Teokratik məktəblər Padşahlığın xidmətçilərini aldıqları tapşırıqları tam şəkildə yerinə yetirməyə hazırlayır

1—3. İsa təbliğ işini necə genişləndirdi və bununla bağlı hansı suallar ortaya çıxır?

İSA peyğəmbər iki il ərzində Cəlilədə təbliğ etmişdi. (Mətta 9:35—38 ayələrini oxuyun.) O, şəhərləri və kəndləri bir-bir gəzərək sinaqoqlarda insanları öyrədir və Padşahlıq haqqında müjdəni bəyan edirdi. İsa harada təbliğ edirdisə, ətrafına izdiham yığılırdı. O görürdü ki, «məhsul bol»dur və daha çox işçiyə ehtiyac var.

2 İsa təbliğ işini genişləndirməyin qayğısına qaldı. Bunun üçün o, 12 həvarisini «Allahın Padşahlığını təbliğ etməyə» göndərdi (Luka 9:1, 2). Ola bilsin, bu işin öhdəsindən necə gələcəklərinə dair həvarilərin çoxlu sualları vardı. İsa həvarilərini təbliğə göndərməmişdən əvvəl, səmavi Atasının onu öyrətdiyi kimi, o da məhəbbətdən irəli gələrək onlara təlim verdi.

3 Bununla əlaqədar ortaya bir neçə sual çıxır: İsa səmavi Atasından hansı təlimi almışdı? İsa həvarilərinə hansı təlimi vermişdi? Bəs bu gün Padşahlığın Padşahı təbliğ işini yerinə yetirmələri üçün öz davamçılarına təlim verirmi? Əgər verirsə, onda necə?

«Ata mənə nə öyrədibsə, mən də onu danışıram»

4. İsa səmavi Atasından nə zaman və harada təlim almışdı?

4 İsa Atası tərəfindən öyrədildiyini açıq-aydın şəkildə etiraf edirdi. Xidmət zamanı o demişdi: «Ata mənə nə öyrədibsə, mən də onu danışıram» (Yəh. 8:28). O, nə zaman və harada təlim almışdı? Şübhəsiz, Allahın ilkin Oğlunun təlimi o, yaradılandan dərhal sonra başlamışdı (Kol. 1:15). Atası ilə bərabər göydə olanda Oğul saysız-hesabsız illər ərzində Böyük Nəsihətçiyə qulaq asmış və Onu müşahidə etmişdi (Əşy. 30:20). Nəticədə, Oğul Atasının xüsusiyyətləri, işləri və məqsədləri barədə mükəmməl təlim almışdı.

5. Ata Öz Oğluna yer üzündə icra etməli olduğu xidmətlə bağlı hansı göstərişləri vermişdi?

5 Vaxtı çatanda Yehova Öz Oğluna yer üzündə icra etməli olduğu xidmətlə bağlı təlim keçdi. Gəlin Böyük Nəsihətçi və Onun ilk Oğlu arasındakı yaxın münasibəti təsvir edən peyğəmbərliyi nəzərdən keçirək. (Əşiya 50:4, 5 ayələrini  oxuyun.) Peyğəmbərlikdə deyilir ki, Yehova Oğlunu «hər səhər» oyadırdı. Bu sözlər insanın ağlında təlim vermək üçün hər səhər öz şagirdini oyadan müəllimi canlandırır. Müqəddəs Kitaba dair bir əsərdə deyilir: «Yehova... onu, sanki, şagird kimi, məktəbə aparır, nə barədə və necə təbliğ edəcəyini öyrədir». Bu səmavi «məktəb»də Yehova Oğluna insanlarla «nə haqda danışmağı, nə deməyi» öyrətmişdi (Yəh. 12:49). Ata Oğluna həmçinin başqalarına necə təlim verməyi də öyrətmişdi *. İsa aldığı təlimi yer üzündə təkcə öz xidmətini yaxşı yerinə yetirmək üçün istifadə etmirdi, həmçinin davamçılarını öyrədirdi ki, onlar da öz xidmətlərini yerinə yetirə bilsinlər.

6, 7. a) İsa şagirdlərinə nəyi öyrətmişdi və bu onları nəyə hazırlamışdı? b) İsa bizim günlərdə davamçılarının hansı təlimi keçmələrinin qayğısına qalır?

6 İsa həvarilərinə nə öyrədirdi? Məttanın yazdığı müjdənin 10-cu fəslinə əsasən, İsa xidmətlərini icra etmələri üçün şagirdlərinə növbəti konkret göstərişləri vermişdi: harada təbliğ etməli (5 və 6-cı ayələr), hansı xəbəri çatdırmalı (7-ci ayə), Yehovaya necə güvənməli (9 və 10-cu ayələr), ev sahibləri ilə söhbətə necə başlamalı (11—13–cü ayələr), etirazlara necə münasibət göstərməli (14 və 15-ci ayələr) və təqiblər zamanı necə davranmalı (16—23–cü ayələr) *. İsanın verdiyi bu aydın təlim sayəsində şagirdlər eramızın birinci əsrində xoş xəbərin təbliğ işinə rəhbərlik etmək üçün lazımi bilik və bacarıqla təmin olunmuşdular.

7 Bəs bizim günlər barədə nə demək olar? Allahın Padşahlığının Padşahı olan İsa öz şagirdlərinə ən vacib işi — «Padşahlıq haqqındakı müjdə xalqların hamısına şəhadət olsun deyə» bütün yer üzündə təbliğ etməyi tapşırmışdı (Mət. 24:14). Bəs Padşah bu vacib işi icra etmək üçün Allahın xalqına təlim keçibmi? Əlbəttə. Allahın dərgahında olan Padşahımız qayğı göstərib ki, davamçıları təbliğ etmək və yığıncaqda şərəfli məsuliyyətləri icra etmək üçün təlim keçsinlər.

Xidmətçilər təbliğ etməyi öyrənirlər

8, 9. a) Teokratik Xidmət Məktəbinin əsas məqsədi nədir? b) Teokratik Xidmət Məktəbi sizə xidmətdə daha məharətli olmağa necə kömək edib?

8 Yehovanın təşkilatı uzun illərdir ki, konqreslər və yığıncaq görüşləri (məsələn, Xidməti görüş) vasitəsilə Allahın xalqını xidmətə hazırlayır. Ancaq 1940-cı illərdən etibarən mərkəzi idarədəki məsul qardaşlar müxtəlif məktəblər keçirmək üçün tədris proqramları hazırlamağa başladılar.

9 Teokratik Xidmət Məktəbi. Keçən fəsildən öyrəndiyimiz kimi, bu məktəb 1943-cü ildən keçirilməyə başlayıb. Bəs məktəbin məqsədi şagirdlərə yalnız yığıncaq görüşlərində məharətlə məruzələr söyləməyə kömək etməkdir? Əlbəttə ki, yox. Məktəbin əsas məqsədi dəyişilməz olaraq qalır. Onun məqsədi Allahın xalqına nitq ənamından istifadə edərək Yehovanı izzətləndirməkdir (Zəb. 150:6). Məktəbə yazılan  bacı-qardaşlar Padşahlığın daha məharətli təbliğçiləri olmağı öyrənirlər.

10, 11. Hal-hazırda Gilead Məktəbində kimlər təlim alır və bu məktəbin əsas məqsədi nədir?

10 Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead. Hal-hazırda Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead adlanan bu məktəb 1943-cü il fevralın 1-dən keçirilməyə başlayıb. Bu məktəbin lap əvvəldən başlıca məqsədi pionerlərə və digər tammüddətli xidmətçilərə dünyanın müxtəlif yerlərində xüsusi təyinatlı müjdəçi kimi xidmət etmək üçün təlim vermək olub. Ancaq 2011-ci ilin oktyabrından etibarən Gilead Məktəbinə təlim almaq üçün yalnız xüsusi tammüddətli xidmət növündə olanları — xüsusi pionerləri, beytelliləri, səyyar nəzarətçiləri və həyat yoldaşlarını, eləcə də bu məktəbi keçməyən xüsusi təyinatlı müjdəçiləri dəvət edirlər.

11 Bəs Gilead Məktəbinin məqsədi nədir? Uzun müddətdir ki, bu məktəbin təlimatçısı olan bir qardaş bu suala belə cavab verir: «Allahın Kəlamını hərtərəfli araşdırmağın sayəsində şagirdlərin imanını möhkəmləndirmək və onlara təyinatlarında üzləşəcəkləri çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün lazımi ruhani xüsusiyyətlərə yiyələnməyə kömək etməkdir. Həmçinin bu məktəbin məqsədi şagirdlərə xoş xəbəri daha şövqlə vəz etmək istəyi aşılamaqdır» (Efes. 4:11).

12, 13. Gilead Məktəbi ümumdünya təbliğ işinin irəliləməsinə hansı töhfəni verib? Nümunə çəkin.

12 Gilead Məktəbi ümumdünya təbliğ işinin irəliləməsinə hansı töhfəni verib? 1943-cü ildən bəri məktəbin 8500-dən çox məzunu olub * və bu məktəbdə təlim alan xüsusi təyinatlı müjdəçilər 170-dən çox ölkə və ərazidə xidmət edir. Bu xüsusi təyinatlı müjdəçilər səylə xidmət etməklə və başqalarına da bunu öyrətməklə aldıqları təlimi səmərəli şəkildə istifadə edirlər. Bir çox hallarda xüsusi təyinatlı müjdəçilər az təbliğçisi olan və ya heç təbliğçisi olmayan ərazilərdə təbliğ işinə rəhbərlik edirlər.

13 Gəlin görək İkinci Dünya müharibəsi zamanı Yaponiyada təşkil olunmuş təbliğ xidməti tamamilə dayandırılmaq üzrə olanda nələr baş vermişdi. 1949-cu ilin avqustunda orada heç on təbliğçi yox idi. Ancaq həmin ilin sonunda artıq Yaponiyada Gilead Məktəbinin 13 məzunu fəal şəkildə təbliğ edirdi. Sonradan bir çox xüsusi təyinatlı müjdəçilər də onlara qoşuldu. Əvvəlcə onlar diqqətlərini daha böyük şəhərlərə cəmləyirdilər, sonra isə başqa şəhərlərə üz tutdular. Xüsusi təyinatlı müjdəçilər öyrətdikləri insanları və digər məsihçiləri can-dildən pioner xidmətində onlara qoşulmağa təşviq edirdilər. Onların bu cür səylə xidmət etmələri gözəl səmərələr verdi. Hal-hazırda Yaponiyada 216 000-dən çox təbliğçi var və onlardan 40 faizi pioner kimi xidmət edir! *

14. Teokratik məktəblər nəyin sübutudur? (Həmçinin 188—191 səhifələrdəki « Padşahlığın xidmətçiləri üçün məktəblər» adlı çərçivəyə baxın.)

 14 Digər teokratik məktəblər. Pioner Xidməti Məktəbi, Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi və Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi orada təlim alanların ruhən inkişafında və başqalarına nümunə qoyaraq xidmətdə canla-başla iştirak etməsində əvəzsiz rol oynayıb *. Bütün bu teokratik məktəblər Padşahın öz davamçılarını xidmətlərini yerinə yetirmələri üçün tam yaraqlandırmasına güclü sübutdur (2 Tim. 4:5).

Qardaşlar xüsusi təyinatların öhdəsindən gəlmək üçün təlim keçirlər

15. Allahın xalqı arasında məsul mövqe tutan kişilər İsanı nədə təqlid etmək istəyirlər?

15 Əşiyanın peyğəmbərliyində deyilirdi ki, İsa Allahdan təlim alırdı. Bu səmavi «məktəbdə» Oğul «yerində deyilmiş sözlə yorğunlara» necə cavab verməyi öyrənirdi (Əşy. 50:4). İsa yer üzündə olanda öyrəndiklərinə əsasən davranaraq zəhmətkeşlərə və yükü ağır olanlara təravət verirdi (Mət. 11:28—30). Allahın xalqı arasında məsul mövqe tutan kişilər İsanı təqlid edərək bacı-qardaşları üçün təravət mənbəyi  olmaq istəyirlər. Buna görə də məsul qardaşlara həmimanlılarına daha səmərəli şəkildə xidmət etməyə kömək edən müxtəlif məktəblər təsis olunub.

16, 17. Padşahlıq Xidməti Məktəbinin məqsədi nədir? (Həmçinin haşiyəyə baxın.)

16 Padşahlıq Xidməti Məktəbi. Bu məktəbin ilk sinfi 1959-cu il martın 9-da Saut-Lansinqdə (Nyu-York) keçirilib. Bu biraylıq kursu keçmək üçün səyyar nəzarətçilər və yığıncaq xidmətçiləri dəvət olunurdu. Sonralar bu Məktəbin proqramı ingilis dilindən başqa dillərə tərcümə olundu və tədricən bütün dünyada keçirilməyə başlandı *.

Lloyd Berri qardaş Yaponiyada Padşahlıq Xidməti Məktəbi keçirir, 1970-ci il

17 Padşahlıq Xidməti Məktəbinin məqsədi ilə bağlı 1962-ci il üçün «Yehovanın Şahidlərinin illik məcmuəsi»ndə deyilmişdi: «Çoxlu işləmək lazım gələn bugünkü dünyada Yehovanın Şahidlərinin yığıncaq nəzarətçisi öz həyatını elə qurmağı bacarmalıdır ki, bütün yığıncağa lazımi qayğı göstərə bilsin və onlar üçün xeyir-dua olsun. Eyni zamanda da o, yığıncağın rifahı naminə ailə məsuliyyətlərinə başdansovdu yanaşmamalı, sağlamdüşüncəli olmalıdır. Bütün dünyadan olan yığıncaq xidmətçilərinin Padşahlıq Xidməti Məktəbinə  toplaşaraq nəzarətçi məsuliyyətini yerinə yetirməyə kömək edən təlim almaları, həqiqətən də, gözəl fürsətdir!» (1 Tim. 3:1—7; Tit. 1:5—9).

18. Nəyə görə demək olar ki, Padşahlıq Xidməti Məktəbi Allahın bütün xalqına fayda gətirir?

18 Padşahlıq Xidməti Məktəbi Allahın bütün xalqına fayda gətirir. Nəyə əsasən belə demək olar? Ağsaqqallar və yığıncaq xidmətçiləri məktəbdə öyrəndiklərini tətbiq edəndə, İsa kimi, onlar da həmimanlıları üçün təravət mənbəyi olurlar. Məgər ağsaqqalın və ya yığıncaq xidmətçisinin xoş söz deməsi, qulaq asması və ya başçəkməsi sizi ruhlandırmır? (1 Salon. 5:11). Yehovadan təlim almış bu cür qardaşlar yığıncaq üçün əsil xeyir-duadır!

19. Təlim komitəsinin nəzarətində daha hansı məktəblər var və bu məktəblərin məqsədi nədir?

19 Digər teokratik məktəblər. Rəhbərlik Şurasının Təlim komitəsi təşkilatdakı məsul qardaşların təlim aldığı digər məktəblərə də nəzarət edir. Bu məktəblər yığıncaq ağsaqqalları, səyyar nəzarətçilər və filialın komitə üzvləri kimi məsul qardaşlara üzərlərinə düşən çox saylı məsuliyyətləri daha səriştəli şəkildə yerinə yetirməyə kömək etmək üçün yaradılıb. Müqəddəs Kitaba əsaslanan bu təlim zamanı qardaşları ruhaniliklərini qorumağa və Yehovanın onlara etibar etdiyi dəyərli sürü ilə Müqəddəs Kitab prinsiplərinə əsasən davranmağa təşviq edirlər (1 But. 5:1—3).

Malavidə keçirilən Xidməti Təkmilləşdirmə Məktəbinin ilk sinfi, 2007-ci il

20. Nəyə görə İsa demişdi ki, bizim hamımız Yehovadan elm almışıq və siz nə etməyə qətiyyətlisiniz?

20 Heç bir şübhə yoxdur ki, Allahın Padşahlığının Padşahı davamçılarının yaxşı təlim almalarının qayğısına qalır. Bütün bu təlimlər Yehovadandır: O, Öz oğlunu, Oğul isə davamçılarını öyrədir. Buna görə də İsa demişdi ki, bizim hamımız Yehovadan elm almışıq (Yəh. 6:45; Əşy. 54:13). Gəlin Padşahın bizə təqdim etdiyi təlimlərdən — Teokratik Xidmət Məktəbindən, digər yığıncaq görüşlərindən, eləcə də bu fəsildə adı çəkilən hər bir məktəbdən tam fayda əldə etməyə qətiyyətli olaq. Gəlin həmişə yadda saxlayaq ki, aldığımız bu təlimlərin əsas məqsədi xidmətimizi tam şəkildə yerinə yetirmək üçün ruhən möhkəm qalmağımıza kömək etməkdir.

^ abz. 5 Haradan bilirik ki, Ata Oğula necə təlim verməyi öyrədib? Gəlin bir şeyə diqqət yetirək: İsa dünyaya gəlməmişdən əsrlər öncə qələmə alınmış peyğəmbərlikdə deyildiyi kimi, öz təlimlərində çoxlu nümunələrdən istifadə edirdi (Zəb. 78:2; Mət. 13:34, 35). Şübhəsiz, bu peyğəmbərliyin Müəllifi olan Yehova Allah çox-çox əvvəl qərar vermişdi ki, Onun Oğlu nümunələrlə və məsəllərlə öyrədəcək (2 Tim. 3:16, 17).

^ abz. 6 Aylar sonra İsa «yetmiş şagird təyin edib onları... iki-iki [təbliğə] göndərdi». O, onlara da təlim verdi (Luka 10:1—16).

^ abz. 12 Bəziləri Gilead Məktəbini bir neçə dəfə keçib.

^ abz. 13 Gilead Məktəbi keçmiş xüsusi təyinatlı müjdəçilərin ümumdünya təbliğ sahəsinə hansı faydanı gətirdikləri barədə əlavə məlumatı «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 23-cü fəslinə (rus.) baxın.

^ abz. 14 Son iki məktəb Padşahlığın Müjdəçiləri üçün Məktəb ilə əvəz olunub.

^ abz. 16 Hal-hazırda bütün ağsaqqallar Padşahlıq Xidməti Məktəbindən fayda əldə edirlər. Bu məktəb bir neçə ildən bir keçirilir və keçirilmə müddəti müxtəlifdir. 1984-cü ildən bəri yığıncaq xidmətçiləri də bu məktəbdə təlim alırlar.

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Uğur qazanmaq üçün «getdiyin yolu düzəlt»

Maneələri dəf edib ruhani məqsədlərə necə nail ola bilərsən?

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Onların potensialını üzə çıxarın

Gənc və yenicə vəftiz olunmuş qardaşlara inkişaf etməyə necə kömək edə bilərik?