Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

Solda: Koreyada təbliğ edən kitabpaylayan bacı, 1931-ci il; Bu gün Koreyada jest dilində təbliğ olunur

 II BÖLMƏ

Padşahlığın təbliği — Xoş xəbərin dünyaya yayılması

Padşahlığın təbliği — Xoş xəbərin dünyaya yayılması

 İSTİRAHƏT günü səhər tezdən xidmətə getməyə hazırlaşırsınız. Ancaq özünüzü elə yorğun hiss edirsiniz ki, evdən çölə çıxmaq istəmirsiniz. Axı səhər yuxusunun yerini heç nə vermir! Lakin bu barədə dua edib xidmətə getmək qərarına gəlirsiniz. Birlikdə xidmət etdiyin yaşlı sadiq bacının dözümü və xeyirxahlığı sizi ruhlandırır. Siz xoş xəbəri evdən-evə təbliğ edən zaman birdən dərk edirsiniz ki, bütün dünyadakı bacı-qardaşlarınız da eyni müjdəni təbliğ edir, eyni ədəbiyyatı paylayır və eyni təlimdən faydalanır. Evə qayıdanda yorğunluqdan əsər-əlamət qalmadığını hiss edirsiniz. «Nə yaxşı ki, evdə qalmamışam!» — deyə sevinirsiniz.

Bu gün təbliğ xidməti Allahın Padşahlığının ən başlıca işidir. İsa peyğəmbər qabaqcadan bildirmişdi ki, təbliğ işi axır günlərdə geniş vüsət alacaq (Mət. 24:14). Bu peyğəmbərlik necə yerinə yetir? Bu bölmədə biz təbliğ işində mühüm rol oynayan müjdəçilərdən, təbliğ üsullarından və istifadə olunan alətlərdən söhbət açacağıq. Həmçinin görəcəyik ki, bunlar milyonlarla insanlara Allahın Padşahlığının real hökumət olduğunu görməyə necə kömək edir.

BU BÖLMƏDƏ

Fəsil 6

Müjdəçilər— Özlərini könüllü olaraq təqdim edən xalq

Nəyə görə İsa son günlərdə təbliğçilərdən ibarət ordunun olacağına əmin idi? Padşahlığı həyatınızda birinci yerə qoyduğunuzu necə göstərə bilərsiniz?

FƏSİL 7

Təbliğ etməyin üsulları — Xoş xəbəri bəyan etmək üçün müxtəlif üsullardan istifadə edirik

Son qəlməzdən öncə mümkün qədər çox insana müjdəni çatdırmaq üçün Allahın xalqı hansı texnikalardan istifadə etdiyi barədə öyrənin.

FƏSİL 8

Təbliğ etmək üçün vəsaitlər — Bütün dünyaya təbliğ etmək üçün ədəbiyyat nəşr olunur

Tərcümə işi İsanın bizə dəstək olduğunu necə sübut edir? Daima yenilənən nəşrlərimiz sizi Padşahlığın real olduğuna necə əmin edir?

FƏSİL 9

Təbliğ işinin bəhrəsi — «məhsul yetişib, biçinə hazırdır»

İsa şagirdlərini ruhani biçin işi ilə bağlı iki vacib məqamı vurğuladı. Bu dərslərdən biz nə öyrənirik?